Mahmudov Rəşid Mahmud oğlu () — tibb elmləri namizədi. Azərbaycan Respublikasının əməkdar müəllimi(2010)

Həyatı və fəaliyyəti Rəşid Mahmudov 28 noyabr 1938-ci ildə Gədəbəy rayonunun Kəsəmən kəndində anadan olmuşdur.

1952–1955-ci illərdə Füzuli adına Böyük Qaramurad kənd orta təhsil almışdır. 1955-ci ildə, Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1961-ci ildə təhsilini başa vuraraq Səhiyyə Nazirliyinin göndərişi ilə Gədəbəy rayonunun Rəsullu kənd xəstəxanasına baş həkim təyin edilmiş və 1963-cü ilə qədər burada fəaliyyət göstərmişdir.

1963–1966-cı illər arasında Azərbaycan Dövlət Tibb İnstitutunun aspiranturasında təhsil almış, 1966-cı ildən 1971-ci ilə qədər həmin institutun normal fiziologiya kafedrasında assistent kimi çalışmışdır. 1971-ci ildə normal fiziologiya kafedrasında baş müəllim kimi çalışmışdır.

1983-cü ildə "Aterosklerozun yaranmasında böyrək üstü vəzin beyin maddəsinin hormonu adrenalin və noradrenalinin (katexolaminlər) rolu" mövzusunda tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.

1991-ci ildən Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuda dosent təyin edilmişdir. Hal-hazırda Azərbaycan Tibb Universitetinin normal fiziologiya kafedrasında dosent vəzifəsində çalışır.

Mükafatları 20 sentyabr 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda tibb təhsilinin və elminin inkişafındakı xidmətlərinə görə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

İstinadlar

Xarici keçidlər Kateqoriya:Gədəbəy rayonunda doğulanlar Kateqoriya:Fizioloqlar Kateqoriya:Tibb elmləri namizədləri