Məzmun Bu gün, insan hər iki qütbü fəth edəndən, Yerdə praktiki olaraq "ağ ləkələr" qalmayandan sonra, biz cazibə qüvvəsini dəf edib ulduzlara hücum etdik, sözün həqiqi mənasında Yer planetini özümüz üçün kəşf etdik.

XX əsrin güclü sənayesi ilə ətraf mühitin dramatik qarşılıqlı əlaqəsi zəmanəmizin ən sərt və vacib məsələlərindən biridir.

"Ekologiya", "Ətraf mühitin mühafizəsi"-bu sözlər dünya mətbuatında hər gün səslənir. Ən müdrik və ağıllı insanlar, beş qitənin ən qabaqcıl alimləri haray qaldırır, torpağımızı çirkləndirməkdən, onun varını-meşələri, çayları, okeanları, atmosferi, birbaşa məhv olmaqdan xilas etməyə çağırırlar.

Elmi-kütləvi film Yerin nə olduğu barədə onun insanla mürəkkəb əlaqəsi haqqında danışır. Film eyni zamanda insan zəkasının geniş yaradıcılıq imkanları haqqındadır.

Bu kinolent insana həsr olunmuş himndir.

Filmin heyəti

Film üzərində işləyənlər Rejissor: Ruslan Şahmalıyev Ssenari müəllifi: Tofiq İsmayılov, Ruslan Şahmalıyev Operator: Nemət Rzayev, Anatoli İvanov Bəstəkar: Rafiq Babayev Səs operatoru: Nataliya Nuriyeva

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 332.

Kateqoriya:1984-cü ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı sənədli filmlər