Ekklesiologiya (yunan. ἐκκλησία, ekklesia, "Kilsə, cəmiyyət", + yunan. λογος, loqos, "elm") – xristian teologiyasının bir sahəsi, Kilsənin təbiətini və xüsusiyyətlərini tədqiq edən elm.

Ekklesioloji terminologiya Azərbaycan dilində kilsə sözü ən çox xristian ibadətgahı, məbədi, bəzən də dini təşkilat, təriqət, məzhəb mənasında işlənir.Bax: Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. II Cild. Bakı, "Şərq-Qərb", 2006. Səh. 703: KİLSƏ is. [əsli yun.] Xristian ibadətgahı, məbədi…. // Xristianlarda: din işləri ilə, dini həyatla məşğul olan təşkilat; dini təriqət, məzhəb. Lakin həm Bibliyanın yunan mətnində, həm də xristian teologiyasında "ἐκκλησία" (ekklesia) sözünün daha dəqiq mənası "imanlılar cəmiyyəti"dir. Buna görə də Bibliyanın Azərbaycan dilinə müasir tərcüməsində (Bax: Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009) bu söz müvafiq şəkildə tərcümə olunmuşdur: Efeslilərə Məktub 5:25 – Ey ərlər, Məsih imanlılar cəmiyyətini (yunan. ἐκκλησία, ekklesia) sevib onun uğrunda Özünü fəda etdiyi kimi siz də arvadlarınızı sevin. Həvarilərin İşləri 2:47 – Onlar Allaha həmd edir və bütün xalq qarşısında lütf qazanırdı. Rəbb isə hər gün insanları xilas edir və imanlılara (yunan. ἐκκλησία, ekklesia) qoşurdu.

İsa İncildə "εκκλησια" (ekklesia) sözünü yalnız iki dəfə işlətmişdir: Matta Müjdəsi 16:18 – Mən sənə deyirəm ki, sən Petersən və Mən cəmiyyətimi (yunan. ἐκκλησία, ekklesia) bu Qayanın üzərində quracağam. Ölülər diyarının qapıları ona qalib gələ bilməyəcək. Matta Müjdəsi 18:17 – Əgər o bu adamların da sözünə qulaq asmaq istəməsə, vəziyyəti imanlılar cəmiyyətinə (yunan. ἐκκλησία, ekklesia) bildir. Əgər cəmiyyətin (yunan. ἐκκλησία, ekklesia) də sözünə qulaq asmaq istəməsə, onu bir bütpərəst və vergiyığan hesab et.

Yunan dilində "ἐκκλησία" (ekklesia) sözü Bibliyaya hələ bizim eradan əvvəl daxil olmuşdu. B.e.ə. III–II əsrlərdə yerinə yetirilmiş Tövratın yunan dilinə tərcüməsi Septuagintada bu sözə rast gəlinir. Septuagintanı yaradan yəhudi ilahiyyatçıları Qanunun Təkrarı 4:10-dakı "Xalqı Mənim üçün bir yerə topla. Mən Öz sözlərimi onlara eşitdirəcəyəm" ayəsindəki "topla" kəlməsini ("קהל" — kahal) "εκκλησιασον" (ekklesiason) olaraq tərcümə etmişlər.Bax: http://www.godrules.net/para2/deu/paraecfdeu4-10.htm Buna görə, Əhdi-Cədidin müəlliflərinin Əhdi-Ətiqdəki İsraili də "εκκλησια" (ekklesia – cəmiyyət) adlandırdıqları heç təəccüblü deyildir: Həvarilərin İşləri 7:38 – Bu, həmin adamdır ki, Sina dağında onunla danışan mələklə və ata-babalarımızla birgə səhradakı cəmiyyətdə (yunan. ἐκκλησία, ekklesia) olmuşdu. O, canlı sözlər almışdı ki, bizə versin.

Ümumi ekklesioloji müddəalar

Əhdi-Ətiq ekklesiologiyası Əhdi-Ətiq cəmiyyəti insan tərəfindən deyil, Rəbbin iradəsi ilə yaranmışdır. Onun təməlini Rəbb Özü qoymuşdur. Allahın xalqının əcdadları Yaradılış Kitabında heç də ideal qəhrəmanlar kimi deyil, əksinə, cürbəcür zəiflikləri, nöqsanları ilə əsl insanlar kimi təsvir edilmişlər. Beləliklə, Allahın xalqı əcdadlarının nailiyyətinə görə deyil, Allahın sərbəst qərarı ilə seçilmişdir.

Əhdi-Ətiq cəmiyyəti aşağıdakı xüsusiyyətlərlə səciyyələndirilir:

Əhdi-Ətiq cəmiyyətinin tarixi bağlanğıcında İlahi çağırış və vəd bir insana – İbrahimə verildiyi halda, o artıq ilkin formasında müəyyən insan icması ilə əlaqəli idi (İbrahimin nəsli Əhdi-Cədiddə ruhani mənada şərh edilir – Məsihə iman edənlərin cəmiyyəti). Beləliklə, Əhdi-Ətiqə görə Vəhy heç bir fərdə deyil, Allahın xalqına – cəmiyyətə məxsusdur. Əhdi-Ətiq cəmiyyətinin banisi İbrahimin ilk addımı bütpərəstlərdən ayrılması, vətənindən "çıxışı" idi.Bax: Yaradılış Kitabı 12:1–3: "Rəbb İbrama dedi: "Öz torpağından, qohumlarının arasından, ata evindən çıx, sənə göstərəcəyim torpağa get. Səndən böyük bir millət törədəcəyəm, sənə xeyir-dua verəcəyəm, adını ucaldacağam və bərəkət qaynağı olacaqsan. Sənə xeyir-dua verənlərə xeyir-dua verəcəyəm, sənə lənət edənləri lənətləyəcəyəm. Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq"" İkinci "çıxış" isə Musa Peyğəmbərin sözünə inanmış bir dəstə adama nəsib olur. Misirdən çıxan icma səhrada dolaşarkən xalq olaraq formalaşır və Allahdan xüsusi bir əmr alır: "Siz isə Mənə xidmət edən kahinlər padşahlığı, müqəddəs millət olacaqsınız"Çıxış Kitabı 19:6 Müqəddəs millət dedikdə, özünü tamamilə Allaha həsr etmiş xalq nəzərdə tutulur. Müqəddəslik onlara əvvəlcədən verilmir, lakin onlar Allahın iradəsinə uyğun həyat sürərək müqəddəsliyə nail olmağa çağırılırlar. Onların böyük əksəriyyəti Rəbbə sədaqətsiz olanda belə, Rəbbə sadiq qalanların "azlığı" heç vaxt kəsilmir. Əhdi-Ətiq cəmiyyətinin etnik baxımdan məhdud olmağına baxmayaraq, onun ümumdünya təbiəti İbrahimə verilmiş ən qədim vəddə artıq əks olunur: "Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq".Yaradılış Kitabı 12:3 Daha sonra İsraildə meydana gələn peyğəmbərlər bütün millətlərin xilası ideyasını Əhdi-Ətiq cəmiyyətinin şüuruna yeridirlər. Onlar İlahi Vəhyin bütün millətlər tərəfindən qəbul ediləcəyini öyrədirlər.Bax, məsələn: Yeşaya 2:2–4: "Axır zamanda Rəbbin evi olan dağ dağların zirvəsində möhkəm duracaq, təpələrdən yuxarı ucalacaq. Bütün millətlər ona sarı gələcək. Çox xalqlar gəlib deyəcək: "Gəlin Rəbbin dağına, Yaqubun Allahının evinə qalxaq, qoy Rəbb bizə Öz yollarını öyrətsin, biz Onun rizləri ilə gedək". Siondan Rəbbin təlimi, Yerusəlimdən Onun kəlamı yayılacaq. Millətlər arasında Rəbb hakim olacaq, çox xalqlar haqqında qərar çıxaracaq. Onlar qılınclarından kotan, nizələrindən isə dəryaz düzəldəcək. Millət millətə qarşı qılınc qaldırmayacaq, artıq dava etməyi öyrənməyəcək". Əhdi-Ətiq cəmiyyəti ənənə üzərində qurulur. Cəmiyyətin imanı, əqidəsi, adət-ənənələri nəsildən-nəslə keçir. Musa israillilərə yeni Allahı deyil "atalarının Allahı, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı Rəbbi" elan edir.Çıxış Kitabı 4:5 Əhdi-Ətiq cəmiyyəti Xilaskarın intizarında idi. Beləliklə, onu "Məsihi" cəmiyyət adlandırmaq olar. Əhdi-Ətiq cəmiyyətinə həsr etmə mərasimi ilə daxil edilirdi (sünnət adəti). Sünnət qədim dünyada xeyli yayılmasına baxmayaraq, Əhdi-Ətiqdə xüsusi ekklesioloji mənada şərh olunurdu (Allahın xalqına mənsubluq). Bütün Əhdi-Ətiq cəmiyyəti "müqəddəs xalq" və "kahinlər padşahlığı" adlandırıldığı haldaBax: Çıxış Kitabı 19:6; Qanunun Təkrarı 7:6 onun içərisində xüsusi xidmətlər və xarizmatik ənamlar var idi (kahinlər, levililər, peyğəmbərlər, müdrik ilahiyyatçılar).

Əhdi-Cədid ekklesiologiyası Əhdi-Ətiq cəmiyyəti kimi Məsihin cəmiyyəti də Allahın iradəsi ilə qurulur. İsrail 12 soy başı əcdad üzərində qurulduğu kimi Məsihin cəmiyyəti də 12 həvari üzərində qurulmuşdur. Bu, Əhdi-Cədid cəmiyyətinin bir mənada yeni İsrail – Allahın yeni xalqı rolunu oynadığına şəhadət edir. Tövratda İsrailin əcdadlarının zəif cəhətləri təsvir edildiyi kimi, Əhdi-Cədiddə Məsihin həvarilərinin zəifliyi heç də gizlədilməmişdir.

Bibliyada Əhdi-Cədid cəmiyyətinin aşağıdakı xüsusiyyətləri göstərilir:

Məsihin cəmiyyəti vahiddir. İmanlılar cəmiyyətinin vahidliyi sırf zahiri bütövlükdən ibarət deyildir. Bir-birinə zidd olan müxtəlif xristian kilsələri, cəmiyyətləri olduğuna baxmayaraq bütün möminlər arasında mistik, ruhani vəhdət mövcud ola bilir. Məsihin ardıcılları arasındakı bu vəhdətdə Üç üqnumun İlahi sirri öz əksini tapır. Bunu xüsusilə İsa Məsihin şagirdləri üçün son duasında görmək olar: "Yalnız onlar üçün deyil, onların sözü ilə Mənə iman edənlər üçün də xahiş edirəm ki, hamısı bir olsun. Ey Ata, Sən Məndə, Mən də Səndə olduğum kimi onlar da Bizdə olsun ki, dünya Sənin Məni göndərdiyinə inansın".Yəhya Müjdəsi 17:20–21 Əhdi-Cədid müəllifləri imanlılar cəmiyyətində daxili vəhdətin olmasının zərurəti barəsində yekdilliklə öyrədirlər. Luka erkən xristian cəmiyyətini "İmanlıların hamısı canbir qəlbdə idi"Həvarilərin İşləri 4:32 deyə təsvir edir, həvari Pavel və Pyotr həmçinin möminlərin bölünməsinə qarşı çıxır və bir olmağa çağırır: "Ey qardaşlar, Rəbbimiz İsa Məsih naminə sizə yalvarıram: hamınız həmfikir olun. Qoy aranızda dəstəbazlıq olmasın, eyni düşüncədə və eyni ağılda birləşin".1 Korinflilərə Məktub 1:10 "Nəhayət, hamınız həmfikir olun. Başqalarının hər bir hissinə şərik olun, bir-birinizi qardaşlıq məhəbbəti ilə sevin, rəhmli və itaətkar olun".1 Peter 3:8. Bax həmçinin: Romalılara Məktub 12:16; Filipililərə Məktub 2:2 "Çağırış aldıqda bir ümidə çağırıldığınız kimi bədən bir, Ruh bir, Rəbb bir, iman bir, vəftiz bir, hamının Allahı və Atası birdir. O hamı üzərində, hamı ilə və hamıdadır".Efeslilərə Məktub 4:4–6 Əhdi-Cədiddə imanlılar cəmiyyətinin Allahın yeni xalqı kimi müqəddəs olmasını öyrədir: "Amma siz seçilmiş nəsil, Padşahın kahin dəstəsi, müqəddəs millət, Allaha məxsus olan xalqsınız. Sizi qaranlıqdan Öz heyrətamiz nuruna çağıran Allahın çox gözəl işlərini elan etmək üçün seçilmisiniz".1 Peter 2:9 Əhdi-Ətiq cəmiyyətinə xas olan etnik məhdudluq Məsihin cəmiyyətində tamamən aradan qaldırılır. Müjdə "əvvəlcə yəhudilərə, sonra yunanlara"Romalılara Məktub 1:16 elan edilsə də, "bütün millətlərə"Matta Müjdəsi 28:19–20 yayılır. Məsihə iman gətirən bütün insanlar – yəhudilər də, yunanlar da ümumdünya xalqlar ailəsində birləşirlər. "Burada Yəhudi ilə Yunan arasında fərq yoxdur, hamısının Rəbbi birdir və Onu çağıranların hamısına bol bərəkət verir".Romalılara Məktub 10:12 Əhdi-Cədid imanlılar cəmiyyətində Əhdi-Ətiqə, Məsihə və Həvarilərə əsaslanan ənənə önəmli rol oynayır. Əhdi-Cədid cəmiyyəti sözün əsl mənasında "Məsihi cəmiyyət"dir. Onun təməli, guşədaşı Məsihdir.Efeslilərə Məktub 2:20: "Həvarilərlə peyğəmbərlərin təməli üzərində tikilmisiniz, guşədaşı isə Məsih İsa Özüdür". Məsihin cəmiyyətinə daxil olma əlaməti vəftizdir. Vəftiz, Əhdi-Ətiq cəmiyyətində sünnətin yerini almışdır. Əhdi-Cədid cəmiyyətinin ibadətinin mərkəzində yevxaristiya durur.Bax: 1 Korinflilərə Məktub 11:23–27 Əhdi-Cədid cəmiyyətində müxtəlif xidmətlər mövcuddur: "Allah imanlılar cəmiyyətində birinci yerdə həvarilər, ikinci yerdə peyğəmbərlər, üçüncü yerdə də müəllimlər təyin etdi. Sonra bəzilərinə möcüzə yaratmağı, habelə şəfa ənamlarını, yardımçılığı, idarəçiliyi, müxtəlif dillərdə danışmağı verdi".1 Korinflilərə Məktub 12:28 Əhdi-Cədiddə nəzarətçi (yepiskop), ağsaqqal (presviter) və xidmətçi (dyakon) olmaq üzrə üç ruhani rütbənin adı çəkilir.Bax: Filipililərə məktub 1:1; Həvarilərin İşləri 15:4; Romalılara Məktub 16:1 Lakin həvarilərin dövründə bu rütbələrin vəzifələri haqqında konkret məlumat yoxdur. Nəzarətçi (yepiskop) və ağsaqqal (presviter), yəqin ki, sinonim olaraq işlənirdi.

Məsihin cəmiyyətinin xidmətçilərinə verilən səlahiyyət dünyəvi deyil, ruhanidir. Onlara "bağlamaq" və "açmaq", yəni imanlılar cəmiyyətinə rəhbərlik etmək səlahiyyəti verilir.Bax: Matta Müjdəsi 18:18: "Sizə doğrusunu deyirəm: yer üzündə bağlayacağınız hər şey göydə bağlanmış olacaq və yer üzündə açacağınız hər şey göydə açılmış olacaq". Lakin hökmranlıq, ağalıq etmək, özünü yüksək tutmaq qadağan olunur.Matta Müjdəsi 20:25–27: "İsa şagirdləri yanına çağırıb dedi: "Bilirsiniz ki, millətlərin rəhbərləri onların üzərində hökmranlıq, əyanları da onlara ağalıq edir. Sizin aranızda isə qoy belə olmasın. Sizlərdən böyük olmaq istəyən xidmətçiniz olsun. Aranızda kim birinci olmaq istəsə, başqalarının qulu olsun".

Yerli imanlılar cəmiyyəti və ümumdünya imanlılar cəmiyyəti "İmanlılar cəmiyyəti" dedikdə bir otaqda toplaşan 2–3 nəfərlik qrupdan tutmuş bütün dünyada İsa Məsihə iman edən möminlərə qədər müxtəlif insan qrupları nəzərdə tutula bilir. Əhdi-Cədidin bir sıra yerlərində "evdə toplaşan cəmiyyət" ifadəsi işlənir.Bax: Romalılara Məktub 16:5; 1 Korinflilərə Məktub 16:19 Başqa yerlərdə müəyyən şəhərdə və ya bölgədə yaşayan bütün möminlərin ümumi məcmusu nəzərdə tutulur.Bax: 1 Korinflilərə Məktub 1:2; 2 Korinflilərə Məktub 1:1; Həvarilərin İşləri 9:31 Nəhayət, ümumdünya imanlılar cəmiyyəti də "ἐκκλησία" (ekklesia) adlanır.Bax: Efeslilərə Məktub 5:25 – Ey ərlər, Məsih imanlılar cəmiyyətini (yunan. ἐκκλησία, ekklesia) sevib onun uğrunda Özünü fəda etdiyi kimi siz də arvadlarınızı sevin.

İmanlılar Cəmiyyətinin metaforları