Cavad Fakuri ( 1938, Təbriz, İran - 30.09.1981) — əslən azərbaycanlı, İran İslam Respublikasının hərbi hava qüvvələrinin komandiri. General-mayor. 1980-1981-ci illər arası İran İslam Respublikasının 4-cü Müdafiə Naziri.

Əmək Fəaliyyəti Cavad Fakuri:

1958-ci ildə "F-100" tipli qırıcı təyyarə pilotu olaraq İran Hərbi Hava Qüvvələrinə hərbi xidmətə daxil olub; 1967-ci ildə "F-4" tipli qırıcı-bombardmançı təyyarə pilotu olma vəsiqəsi qazanıb; Pəhləvi rejimi dövründə uçuş, eskadron, qanad və bir qrup "F-4" təyyarələrində uçuşlara rəhbərlik edib; 1978-ci ildə polkovnik rütbəsi alıb və Tehranda qərargah zabiti vəzifəsinə təyin olunub.

Əmisi oğullarından biri MEK-in aparıcı üzvü olmasına və 1980-ci ildə İsveçdən siyasi sığınacaq istəməsinə baxmayaraq, Cavad Fakuri Xomeyninin və Rəfsəncaninin etibarını qazanaraq, Xomeyninin razılığı ilə o zamankı prezident Abolhassan Banisadr tərəfindən 1980-ci ilin iyununda yüksək vəzifəyə təyin edilib.

C. Fakuri İran-İraq müharibəsində İran Hərbi Hava Qüvvələrinin komandiri kimi iştirak edib. Eyni zamanda, 1981-ci ilin yazından 1981-ci ilin sentyabrına qədər İİR-in Müdafiə Naziri vəzifəsində çalışıb. Bu zaman o əvvəlki müdafiə naziri Mustafa Kamranın İran–İraq müharibəsi zamanı təyyarə qəzasında öldükdən sonra bu vəzifəni tutmuşdur. C.Fakurini bu vəzifədə 1981-ci ildə Məhəmməd Salimi əvəz etdi.

Ölümü C.Fakuri, Valiolla Fallahi və Musa Namju da daxil olmaqla digər yüksək rütbəli hərbi vəzifəlilər 29 sentyabr 1981-ci ildə Tehran yaxınlığında baş verən təyyarə qəzasında həlak olublar. Hadisədən dərhal sonra çıxış edən Ayətullah Ruhollah Xomeyni bu hadisədə Xalq Mühacidləri təşkilatını günahlandırıb, amma birlavasitə sonçulara işarə etməyib.

Cavad Fakuri ölümündən sonra general-mayor rütbəsinə layiq görülüb.

İstinadlar

Kateqoriya:Təbrizdə doğulanlar Kateqoriya:İran generalları Kateqoriya:Behişti-Zəhrada dəfn olunanlar Kateqoriya:İran azərbaycanlısı hərbçilər Kateqoriya:İran azərbaycanlısı siyasətçilər Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:XX əsr İran siyasətçiləri