"Real Sosyedad" — İspaniyanın peşəkar futbol klubu.
Real Sociedad, İspaniyada bir Bask şəhəri olan San Sebastianın futbol komandasıdır. Mavi-ağ rənglərə sahib olan komanda La Liqayada mübarizə edir. Matçlarını 32.000 tamaşaçı tutan Estadio Anoetada stadionunda keçirir. 2002-03 mövsümündə La Liqada Nihat Kahveçi, Darko Kovačević, Aitor López Rekarte, Xabi Alonso və Sander Westerveld kimi əhəmiyyətli oyunçularıyla həftələrcə lider olmuşdu. 4-2 məğlub etdikləri Real Madrid komandasıyla son ana qədər çempionluq mübarizəsini davam etdirmiş ancaq rəqiblərinin 29. liqa çempionluğunu qazanmalarına maneə ola bilməyib liqanı 2. sırada tamamlamışlar. 2003-04 UEFA Çempionlar liqasında qrupdan 2-ci olaraq çıxmışlar və 2. dövrdə Olimpik Lyon komandasına uduzmuşdular.
Real Sociedad xüsusilə Nihat Kahveçi getdikdən sonra böyük bir enişə uğradı.
2006-07 mövsümünü çox pis keçirən komanda La Liqayadan düşmüşdür. Sociedad, Segunda Divisionda keçirdiyi üç mövsümün ardından 2010-11 mövsümündə yenidən La Liqayaya döndü. Bu mövsüm də çətin günlər keçirən komanda, liqası düşmə xəttinin 2 xal üzərində tamamlaya bildi.
Kateqoriya:İspaniya futbol klubları
Kateqoriya:1909-cu ildə yarananlar Kateqoriya:7 sentyabrda yarananlar Kateqoriya:Real Sosyedad FK