Arxa plan Fin Müharibəsinin ardınca 1809-cu ildə, İsveç əsrlər ərzində İsveç krallığının şərq yarısını təşkil etmiş olan Finlandiyanı itirdi. Kral IV Qustav Adolfa qarşı hiddət üsyanı sürətləndirdi. Qustav Adolf devrildi və onun dayısı XIII Karl kral elan edildi. Yeni kral sonsuz olduğundan, 1810-cu ildə Riksdaq, İsveç parlamenti Danimarka şahzadəsi Xristian Avqust Şlesviq-Holşteyn-Sonderburq-Avqustenburqu vəliəhd seçsə də o sonrakı il vəfat etdi. Hakimiyyətə gəliş Bu vaxtlar, İmperator Napoleon da Fransada kontinental Avropanın böyük hissəsini idarə edirdi və onun vassal krallıqlarının bəziləri onun qardaşları tərəfindən idarə edilirdi. Riksdaq Napoleonun bəyənəcəyi bir kral seçməyi qərara aldı. 21 avqust, 1810-cu ildə, Riksdaq Fransanın Marşalı Karl Jan Baptist Juls Bernadotu, İsveç taxt-tacına varis seçdi. Hakimiyyət dövrü O qəyyumluğa gələndə, 1813-cü ildə Napoleondan üz çevirdi və İsveç anti-Napoleon ittifaqına qoşuldu. 1814-cü ildə Napoleon Rusiyaya hücum edəndə o çar I Aleksandra söz verdi ki, Napoleonun müttəfiqi Danimarka-Norveç dövlətinə müharibə elan edəcək. Elə həmin ilin 14 Avqustunda İsveç ordusu Norveçi ələ keçirdi və Norveç İsveçə birləşdirildi. Bernadot 8 Mart, 1844-cü ildəki ölümünə qədər 5 fevral 1818-ci ildən İsveçi XIV Karl İohann və Norveçi III Karl İohann kimi idarə etdi. Bernadot'un sülaləsi şəxsi uniyanın bitməsi üçün danışıqlar aparan Norveç parlamentinin qərarına hörmət etdi və 1905-ci ildə Norveç müstəqil dövlət oldu. Gerb Bernadotlar sülaləsinin gerbinin sol tərəfi Vaza sülaləsini, sağ tərəfi isə Jan Bernadotun mülkü olan Pontekorvo prinsliyini bildirir. Sülalənin nümayəndələri Şəkli Adı Hakimiyyətə gəlişi Hakimiyyətdən gedişi Əlaqə80pxKarl Jan Baptist Juls Bernadot 18181844qurucu hökmdar80pxJozef Fransua Oskar 1844əvvəlki kralın oğlu80pxKarl Lüdviq Evgen 1872əvvəlki kralın oğlu80pxOskar Fredrik18731907əvvəlki kralın qardaşı80pxOskar Qustav Adolf19071950əvvəlki kralın oğlu80pxOskar Fredrik Vilhelm Olaf Gustav Adolf19501973əvvəlki kralın oğlu80pxKarl Gustav Fulke Hubertus1973hakimiyyətdədirəvvəlki kralın nəvəsi
Kateqoriya:İsveç kralları Kateqoriya:Avropanın kral sülalələri Kateqoriya:Sülalələr Kateqoriya:1818-ci ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Bernadotlar