Bəhram Bağırzadə (tam adı: Bəhram Arif oğlu Bağırzadə; ) — Azərbaycan aktyoru, şoumen, naşir, Azərbaycan Respublikasının əməkdar artisti (2015).

Həyatı və fəaliyyəti thumb|Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupunun Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı. 1 mart 2019-cu ilİlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər . president.az, 01.03.2019 . Bəhram Arif oğlu Bağırzadə 1972-ci il sentyabrın 4-də Bakıda ziyalı ailəsində anadan olmuşdur.

O, 1979–1989-cu illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1989-cu ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna qəbul olub və 1994-cü ildə həmin institutu bitirib. İxtisası teatr rejissorudur.

1991-ci ildən "Bakılı oğlanlar" ŞHK komandasının üzvüdür. 1992-ci ildə ŞHK çempionu, 1995-ci ildə ŞHK Yay Kubokunun sahibi və 2000-ci il ŞHK "Əsrin Çempionu" olmuşdur. MDB ŞHK yığmasının üzvüdür. 1992-ci ildən karikatura çəkir, karikaturaları "Kirpi" satirik jurnalında çap olunub. Respublikada keçirilən bir çox sərgilərin iştirakçısıdır. Bakıda fərdi sərgisi açılıb. 2004-cü ildən "Qalereya" jurnalının naşiridir. Bağırzadənin tanınmasında müstəsna rolu Şən və Hazırcavablar Klubunda yarışlarında "Bakılı Oğlanlar" komandasında çıxışları olub. Onun iştirak etdiyi bu komanda 1992, 1993-cü illərdə çempion, 1995-ci ildə keçirilən yay kubokunun və iyirminci əsrin ən yaxşı komandaları sırasında birinci olub. 2006-cı ildən Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür. 2006-cı ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyorudur. "Qorod" jurnalının naşiridir.

Bəhram Bağırzadə 2012-ci il aprelin 26-da Kitab nominasıyasında "Humay" milli mükafatına layiq görülmüşdür. 14 sentyabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.

Filmoqrafiya Hər şey yaxşılığa doğru - milis nəfəri Yerlə göy arasında (film, 1999) Yuxu (film, 2001) - Polis rəisinin oğlu - Akif Milli bomba (film, 2004) Yoxlama (film, 2006) Bir dəfə Qafqazda (film, 2007) Halal pullar (film, 2008) Adam (film, 2010) Vəkil hanı? (film, 2011) 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: özü) Qorxma, mən səninləyəm! 1919 (film, 2013) Axırıncı dayanacaq (film, 2014) 100 kağız (film, 2015) Həyət (film, 2015) (qısametrajlı bədii film) Ağanatiq (film, 2017) Bəxt üzüyü 2 (film, 2017) Məhəllə 3 (film, 2019)

İstinadlar

Mənbə Münsiflər: Bəhram Bağırzadə Arif oğlu yumorkuboku.az

Xarici keçidlər

Bəhram Bağırzadənin blogu Karikatura profili

Kateqoriya:Hacılar Kateqoriya:Parni iz Baku Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanlı aktyorlar Kateqoriya:Azərbaycan komediyaçıları Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Azərbaycanlı rejissorlar Kateqoriya:Azərbaycan karikaturçuları Kateqoriya:Azərbaycanlı karikaturçular Kateqoriya:Azərbaycan memuarçıları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin məzunları Kateqoriya:Azərbaycanın televiziya aparıcıları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları