Murad Arif oğlu Şükür () — müğənni, bəstəkar, musiqi prodüseri, şoumen və jurnalist. Bir sıra məşhur mahnıların müəllifi kimi Azərbaycan mətbuatında "Hitmeyker" adı ilə təqdim edilmişdir. Murad Arif dəfələrlə ölkənin ən böyük konsert zallarında solo-konsertlər vermiş, beynəlxalq televiziya layihələri olan "The Voice" və "Masked Singer"-də münsif və kouç kimi iştirak etmişdir.
Həyatı Murad Arif 27 sentyabr 1981-ci ildə Sumqayıt şəhərində incəsənət xadimi Arif Şükürovun (1936–2019) və bioloq Sənubər Şükürovanın (d. 1949) ailəsində anadan olmuşdur. Ata tərəfdən əsli Füzuli, ana tərəfdən isə Şuşadandır. Ailədə özündən başqa iki bacısı var. O, tanınmış televiziya aparıcısı Könül Arifqızının qardaşıdır.
Murad Arif Sumqayıt şəhərində 15 nömrəli və 28 nömrəli məktəblərdə, həmçinin "İstedad" liseyində təhsil almışdır. Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin məzunudur. 2011-ci ildə ailə həyatı qurmuşdur. 2012-ci ildə oğlu Mikayıl, 2015-ci ildə isə qızı Ayla doğulmuşdur.
Televiziya karyerası Ali təhsilini başa vurduqdan sonra Murad Arif iqtisadiyyat sahəsində fəaliyyətini davam etdirməmişdir. 2002-ci ildə Radio Space 104 FM-də efir operatoru kimi çalışmışdır. Daha sonra 104 FM, Lider Jazz FM, İctimai radio və Day. Az radiosunda DJ kimi fəaliyyət göstərmişdir.
Murad Arif həmkarı Leyla Quliyeva ilə birlikdə Avroviziya 2006 mahnı müsabiqəsinin Azərbaycandakı ilk şərhçilərindən biri olmuşdur. Televiziyada ilk aparıcılıq etdiyi veriliş isə 2006-cı ildə İctimai Televiziya efirində yayımlanan və Hüsniyə Məhərrəmova ilə birgə təqdim etdiyi "Qaraj" verilişi olmuşdur. 2007-ci ildə Murad Dadaşovun "Maşın şou" layihəsində iştirak etmiş və qalib olaraq avtomobil qazanmışdır.
Bundan başqa, o, Lider TV-də "Yeni Səhər", "Solo" və ATV kanalında "Gün keçir" verilişlərinin aparıcısı olmuşdur. 2008-ci ildə İsveçrənin Montrö şəhərində keçirilən "Montreux Jazz Festival" üçün silsilə proqramlar hazırlamışdır. 2010-cu ildə Futbol üzrə Dünya Çempionatının açılış mərasimini, həmçinin "5 Звезд" beynəlxalq musiqi müsabiqəsini şərh etmişdir. "Böyük səhnə" müsabiqəsində münsif kimi iştirak etmiş, Avroviziya 2014 milli seçimində Dilarə Kazımovanın seçilməsində təşəbbüs göstərmişdir.
2018-ci ildə Lider TV-dən ayrılaraq müəllif layihəsi olan "Popumuz Var!" verilişini təqdim etmişdir. Layihə internet üzərindən yayımlanan musiqi və şou-biznes yönümlü müsahibə formatı kimi tamaşaçıların marağına səbəb olmuşdur.
Murad Arif Avroviziya mütəxəssisi olaraq 2019, 2020, 2021 və 2022-ci illərdə Avroviziya Mahnı Müsabiqəsində şərhçi kimi iştirak etmişdir.
2020-ci ildə Zülfiyyə Xanbabayeva və Çingiz Mustafayevlə birgə "The Voice Kids" ("Səs Uşaqlar") beynəlxalq televiziya müsabiqəsində "Ustad" seçilmişdir.
2021-ci ildə Brilyant Dadaşova, Tünzalə Ağayeva və Eldar Qasımovla birgə "The Voice" (Səs Azərbaycan) beynəlxalq televiziya müsabiqəsində "Ustad" seçilmişdir.
2023-cü ildə Faiq Ağayev, Nigar Camal, Kamilə Babayeva və Coşqun Rəhimovla birgə "Masked Singer" (Maska) layihəsində "Detektiv" təyin olunmuşdur.
2025-ci ildə Zülfiyyə Xanbabayeva, Röya və Eldar Qasımovla birgə "The Voice" (Səs Azərbaycan) beynəlxalq televiziya müsabiqəsində yenidən "Ustad" seçilmişdir.
2026-cı ildə Faiq Ağayev, Nigar Camal, Kamilə Babayeva və Coşqun Rəhimovla birgə "Masked Singer" (Maska) layihəsində yenidən "Detektiv" təyin olunmuşdur.
Musiqi karyerası Murad Arif uzun müddət Ayaz Qasımov, Xəyyam Nisanov, Yaşar Cəlilov və Elton Hüseynəliyevin musiqi prodüseri olmuşdur. 2008-ci ildən mahnı müəllifi kimi fəaliyyət göstərməyə başlamışdır. Həmin il əməkdaşlıq etdiyi Ayaz Qasımova "Almalarınla" mahnısını təqdim etmişdir. Mahnı efirlərdə yayımlandıqdan sonra ölkədə populyarlıq qazanmışdır. Bu uğurdan sonra Murad Arif Natəvan Həbibi, Aygün Kazımova, Röya Ayxan, Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, Faiq Ağayev və digər ifaçılarla əməkdaşlıq etmiş, onlar üçün mahnılar yazmışdır.
2009-cu ildə Mədəniyyət Nazirliyinin sifarişi ilə keçirilən "Bakı Gecələri" müsabiqəsində Murad Arifin yazdığı "Sevdiyini söylə" mahnısı qalib olmuşdur. Mahnını Natəvan Həbibi və İntizar ifa etmişdir.
2011-ci ildə Natəvan Həbibi sözləri və musiqisi Murad Arifə məxsus olan "Təyyarələr" mahnısını Dənizli şəhərində keçirilən "Turkcevizyon Muzik Festivali 2011" türkdilli xalqlar festivalında təqdim etmişdir.
Murad Arifin mahnılarına rəsmi icazə əsasında Nil Karaibrahimgil, Ziynət Sali və DJ Suat Ateşdağlı kimi Türkiyə sənətçiləri müraciət etmiş, həmin mahnıları albomlarına daxil etmişlər. Bundan başqa, onun bəzi mahnıları qeyri-rəsmi (icazəsiz) şəkildə Qazaxıstan, Özbəkistan və Rusiya ifaçıları tərəfindən istifadə olunmuşdur.
2014-cü ildə Murad Arif öz mahnılarını ifa edərək solo karyeraya başlamışdır. Onun "Həyat yoldaşımsan", "İnşallah" və "Saçların" adlı ilk mahnıları diqqət cəlb etmişdir. 2018-ci ildə yayımlanan "Oppalara" mahnısı Murad Arifin ən uğurlu ifalardan biri olmuşdur.
5 dekabr 2019-cu ildə Murad Arif "Elektra Hall" klubunda "Tufan" adlı solo konsert vermişdir. 19 may 2023-cü ildə Heydər Əliyev Sarayında "SOLO" adlı ilk böyük solo konserti keçirilmişdir. 23 may 2024-cü ildə Heydər Əliyev Sarayında "HITMAKER" adlı ikinci, 30 sentyabr 2025-ci ildə isə "3:0" adlı üçüncü solo konsertini vermişdir.
Diskoqrafiya
Solo (2014) Hitmaker (2018) Milli (2021) Superstar (2024) Nostalgiya (2025)
Yazdığı mahnılar İl İfaçı Mahnı 2008 Ayaz Qasımov "Almalarınla" 2008 Xəyyam Nisanov "İstanbul" 2008 Elnarə Xəlilova "Ay qız oyan" 2009 Natavan Həbibi və İntizar "Sevdiyini söylə" 2009 Aygün Kazımova "Şou № 1" 2009 Xəyyam Nisanov "İstidir" 2009 Ayaz Qasımov "Şokolad" 2009 Aygün Rəhimova "Məni dəli kimi sevən adam" 2009 Faiq Ağayev "Bal kimi" 2010 Tünzalə Ağayeva və Xəyyam Nisanov "Ürəyimsən" 2010 Xəyyam Nisanov "Boom" 2010 Natavan Həbibi "Təyyarələr" 2011 Natavan Həbibi "Stop" 2011 Zamiq Hüseynov "O mənə inanır" 2011 Nadir Qafarzadə "Rakkada-çıkkada" 2012 Natavan Həbibi "Damlalar" 2012 Rəşad İlyasov "Adrenalin" 2012 Roza Zərgərli "Atəş" 2012 Xəyyam Nisanov "Bakı-Moskva" 2012 Nil Karaibrahimgil "Ay kız uyan" 2012 Faiq Ağayev "Riyaziyyat" 2012 Ziynət Sali "İstanbul" 2013 Natavan Həbibi "Sən məni başa düşmürsən niyə" 2013 Fəqan Səfərov "Xəstə" 2013 Ayaz Qasımov "Mən səni öldürdüm" 2014 Zamiq Hüseynov "Yeganə" 2014 Nura Suri "Brilliantlar" 2014 İlhamə Qasımova "Seni seviyorum" 2014 Röya Ayxan "Ona nə varki" 2014 Murad Arif "Həyat yoldaşımsan" 2014 Zülfiyyə Xanbabayeva və Abbas Bağırov "Xoşbəxt olun" 2015 Röya Ayxan və Xəyyam Nisanov "Sənə ehtiyacım var" 2015 Roza Zərgərli "Şirin çay" 2016 Fuad Dadaşov "Şəkillər" 2016 Enbe Orkestrası, Ziynət Sali və Xəyyam Nisanov "İstanbul" 2016 Abbas Bağırov "Safiyə" 2016 Murad Arif "Sevgililər" 2016 Murad Arif "Dondurma" 2016 Manana Caparidze və Murad Arif "Yaşasın sevənlər" 2017 Aygün Məmmədli "İkimiz" 2017 Natavan Həbibi "Sənə" 2017 Murad Arif "Saçların" 2017 Murad Arif "Partlat!" 2018 Murad Arif və Dilarə Kazımova "Yalnız səni gözlədim" 2018 Murad Arif "Qızım" 2018 Murad Arif və Ramil Nabran "Oppalara" 2019 Murad Arif və Günel Zeynalova "Tufan" 2020 Murad Arif "Oğlum" 2020 Murad Arif və Ramil Nabran "Qadan alaram" 2020 Murad Arif və Elşad Xose "Get iş tap işlə" 2020 Murad Arif "Şəkillər" 2020 Murad Arif "Qələbə" 2021 Murad Arif və Okaber "Yaşamalı" 2021 Murad Arif "Bakı göz yaşlarına inanmır" 2021 Murad Arif "İçin-için" 2022 Murad Arif və Brilyant Dadaşova "Təşəkkür" 2022 Murad Arif və Ramil Nabran "YAŞA!" 2022 Murad Arif "Hər şeyim" 2022 Murad Arif "İstanbul" 2023 Murad Arif "Brilyantlar (oriental version)" 2023 Murad Arif və Aygün Kazımova "Çalxala" 2023 Röya "Şükür edirəm" 2023 Murad Arif və Payam Türk "Şuşam" 2024 Murad Arif və Sevda Ələkbərzadə "Superstar" 2024 Murad Arif və Jay Aliyev "O qızın adı nədir" 2025 Murad Arif və Röya "Bumeranq" 2025 Murad Arif və Röya "Ona nə var ki?" 2025 Murad Arif "Brilyantlar (Remix)" 2026 Röya "Ayrılan adamlar" 2026 Murad Arif və Brilyant Dadaşova "Cin atı" 2026 Murad Arif və Orxan Zeynallı "Üzr" 2026 Murad Arif "HOQQA" 2026 Murad Arif "Səni unuda bilmirəm"
İstinadlar
Kateqoriya:Sumqayıtda doğulanlar Kateqoriya:Maşın Şounun qalibləri Kateqoriya:Azərbaycan bəstəkarları Kateqoriya:Azərbaycanlı bəstəkarlar Kateqoriya:Azərbaycanın televiziya aparıcıları