Sinan Şamil Sam () — Almaniya azərbaycanlılarından olan ağır çəkili peşəkar boksçu. Əsli Türkiyənin Qars şəhərindəndir.

Həyatı Əsli Cənubi Azərbaycandan Amasyanın Penbek kəndinə, oradan da 1926-cı ildə Qarsın Akyaka Şahnalar kəndində yerleşən Oruc Samın nəvəsi idi.

Sinan Şamil Sam 1974-cü ildə Almaniyanın Frankfurt şəhərində anadan olub. Həvəskar boks üzrə doqquzqat Türkiyə çempionu olub. 1992-ci ildə dünya çempionu adını qazanıb. 1999-cu ildə böyüklər arasında da dünya çempionu olmağı bacarıb. 15 aprel 2000-ci ildə peşəkar boksa başlayıb. 12 oktyabr 2002-ci ildə polşalı Przemyslaw Saletı məğlub edərək Avropa çempionu olub. "Boğazın buğası" ləqəbi ilə tanınıb.

Keçirdiyi 35 döyüşün 31-də qalib gəlib. Bu qələbələrin 16-nı nokautla qazanıb. Qızıl kəməri iki döyüşdə qorumağı bacarıb.

O, uzun müddətdir qara ciyər çatışmazlığından əziyyət çəkirdi. Sam ilk dəfə 2010-cu ildə müalicə olunub. Amma bu Noyabrın əvvəllərində o, eyni diaqnozla xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, qaraciyər xəstəliyindən əziyyət çəkən Sinan Şamil Samı xilas etmək mümkün olmayıb.

İstinadlar

Xarici keçidlər Sinan Şamil Sam Xəbərləri və Şəkilləri

Kateqoriya:Almaniya azərbaycanlıları Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:Boks üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Türkiyə boksçuları Kateqoriya:Türkiyə əsilli Almaniya şəxsləri