Ukrayna Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 2003-cü ildə qoşulmuş və ümumilikdə 15 dəfə müsabiqədə iştirak etmişdir. İştirak etdiyi illər ərzində ölkə iki dəfə müsabiqədə qələbə qazanmışdır. Ukraynanın ilk Avroviziya qələbəsi ölkənin müsabiqədə ikinci iştirak etdiyi il olan 2004-cü ildə Ruslananın ifa etdiyi "Wild Dances" mahnısı ilə qazanılmışdır. 2016-cı ildə Camalanın ifa etdiyi "1944" mahnısı ilə Ukrayna ikinci dəfə Avroviziyada qələbə sevincini yaşamışdır. Bundan başqa Ukrayna ümumilikdə altı dəfə müsabiqədə ilk beşlikdə yer almışdır. 2007-ci ildə Verka Serdyuçka və 2008-ci ildə Ani Lorak ilə ikinci, 2013-cü ildə Zlata Oqneviç ilə üçüncü və 2011-ci ildə Mika Nyuton ilə dördüncü yeri tutmuşdur. Avroviziyada yarımfinalların tətbiq olunduğu 2004-cü ildən etibarən Ukrayna həmişə müsabiqənin finalına yüksələ bilən az saylı ölkələrdən biridir. Avroviziya iki dəfə ölkənin paytaxtı Kiyevdə keçirilmişdir.

Ukrayna 2015-ci ildə ölkədə yaşanan ciddi siyasi böhran səbəbindən Avroviziyada iştirak etməmişdir. Növbəti il ölkə müsabiqəyə geri dönmüş və qələbə qazanmışdır. Ukrayna 2019-cu ildə müsabiqədə iştirak etməyi planlaşdırsa da, milli seçim turu sonrası yaşanan qalmaqalların ardınca ölkə müsabiqədəki iştirakını geri çəkmişdir.

Təmsilçilər

İlDilMüğənniMahnıFinalYarım-finalYerXalYerXal 2003 İngiliscə Aleksandr Ponomaryov "Hasta la Vista" 14 30Yarımfinal olmayıb 2004 İngiliscə, Ukraynca Ruslana "Wild Dances" 1 280 2 256 2005 Ukraynca, İngiliscə GreenJolly "Razom nas bahato" (Разом нас багато) 19 30Ev sahibi-ölkə 2006 İngiliscə Tina Karol "Show Me Your Love" 7 145 7 146 2007 Almanca, Ukrayna, İngiliscə Verka Serdyuçka "Dancing Lasha Tumbai" 2 235Birbaşa finalçı 2008 İngiliscə Ani Lorak "Shady Lady" 2 230 1 152 2009 İngiliscə Svetlana Loboda "Be My Valentine! (Anti-Crisis Girl)" 12 76 6 80 2010 İngiliscə Alyoşa "Sweet People" 10 108 7 77 2011 İngiliscə Mika Nyuton "Angel" 4 159 6 81 2012 İngiliscə Qaytana "Be My Guest" 15 65 8 64 2013 İngiliscə Zlata Oqneviç "Gravity" 3 214 3 140 2014 İngiliscə Mariya Yaremçuk "Tick-Tock" 6 113 5 118 2016 İngiliscə, Krımtatarca Camala "1944" 1 534 2 287 2017 İngiliscə O.Torvald "Time" 24 36Ev sahibi-ölkə 2018 İngiliscə Melovin "Under the Ladder" 17 130 6 1792020UkraynacaGo ASoloveyYarışma ləğv edildiYarışma ləğv edildiYarışma ləğv edildiYarışma ləğv edildi

Səsvermə tarixçəsi Ukraynanın ən çox xal verdiyi ölkələr Sıra Ölkə Xal 1 116 2 88 3 714 51

Ukraynanın ən çox xal aldığı ölkələr Sıra Ölkə Xal 1 126 2 120 3 117 4 108 5 101

QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.

Ev sahibliyi İlŞəhərEv sahibiAparıcılar 2005Kiyev İdman sarayı Mariya Efrosinina və Pavlo Şılko 2017 Beynəlxalq sərgi mərkəzi Volodımır Ostapçuk, Oleksandr Skiçko və Timur Miroşnıçenko

Qalereya

Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi Ukrayna Avroviziya Uşaq Mahnı Müsabiqəsində

Kateqoriya:Ölkələr Avroviziya Mahnı Müsabiqəsində