Leonid Borisoviç Krasin (); () — sovet mühəndisi, diplomat.

Həyatı Bakıda işə başlarkən R. E. Klasson sonralar görkəmli sovet diplomatı olan Leonid Borisoviç Krasini özünə baş köməkçi vəzifəsinə təyin etdi. L. B. Krasin Bakıda elektrik stansiyalarının tikintisində 4 il ərzində — 1 iyul 1904-cü ilə qədər işlədi. O, faktiki olaraq, bütün tikinti, quraidırma və montaj işlərinə rəhbərlik edirdi, hərçənd ki, peşəsi mühəndis-kimyaçı idi, tikinti sahəsindəki bilik və təcrübəsini Orta Sibir, Zabaykalski və Kruqlobaykalski dəmir yollarının tikintisində qazanmışdı. İşlər dayanmadan, R. E. Klasson və L. B. Krasin tərəfindən tərtib olunmuş cədvələ əsasən aparıldı. Hər şeydə bir qayda var idi. Korpuslar, maşın zalları, istehsalın inkişafını nəzərə alaraq, gələcəkdə daha güclü aqreqatların quraşdırılması perspektivi ilə tikilirdi.

Leonid Borisoviç Krasin! O Krasin ki, bir vaxtlar Bakı neft mədənlərində mühəndis işləyirdi. Şəhərin Kömürçü meydanı səmtində bolşeviklərin gizli "Nina" mətbəəsi də onun köməkliyi ilə qurulmuşdu. Sovet hakimiyyəti dövründə bir müddət yüksək vəzifələrdə çalışdı və ömrünün son illərində İngiltərədə işlədi. 1926-cı ildə 56 yaşında ikən Londonda vəfat edəndə xidmətlərini nəzərə alıb Qızıl meydanda Kreml divarları önündə dəfn etdilər.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Rusiya mühəndisləri Kateqoriya:Bakı şəxsləri Kateqoriya:Ürək-damar xəstəliyindən vəfat edənlər Kateqoriya:RK(b)P-nin XIII qurultayının nümayəndələri Kateqoriya:RK(b)P-nin XII qurultayının nümayəndələri Kateqoriya:Rusiya inqilabçıları Kateqoriya:SSRİ Mərkəzi İcraiyyə Komitəsinin üzvləri Kateqoriya:RK(b)P-nin XIV konfransının nümayəndələri Kateqoriya:RK(b)P-nin XIII konfransının nümayəndələri Kateqoriya:RK(b)P-nin XII konfransının nümayəndələri Kateqoriya:RK(b)P-nin XI konfransının nümayəndələri Kateqoriya:RK(b)P-nin X konfransının nümayəndələri Kateqoriya:RK(b)P-nin IX konfransının nümayəndələri Kateqoriya:RK(b)P-nin VIII konfransının nümayəndələri Kateqoriya:Köhnə bolşeviklər Kateqoriya:RK(b)P-nin XI qurultayının nümayəndələri Kateqoriya:RK(b)P-nin X qurultayının nümayəndələri Kateqoriya:SSRİ diplomatları Kateqoriya:Rusiya diplomatları Kateqoriya:SSRİ nazirləri Kateqoriya:RK(b)P-nin IX qurultayının nümayəndələri Kateqoriya:RSDFP-nin IV qurultayının nümayəndələri Kateqoriya:RSDFP-nin V qurultayının nümayəndələri Kateqoriya:RSDFP-nin III qurultayının nümayəndələri Kateqoriya:RSDF(b)P-nin VII konfrasının nümayəndələri