Ceyhun Cəmil oğlu Mirzəyev () — Azərbaycan kino aktyoru və rejissoru.
Həyatı Ceyhun Mirzəyev 9 aprel 1946-cı ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Moskvada da təhsil alıb. Onun 46 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Çünki "Görüş" filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi. On iki yaşı olanda isə "Ögey ana"ya dəvət almışdı. Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. Müxtəlif vaxtlarda assistent, rejissor köməkçisi, rejissor və aktyor kimi fəaliyyət göstərib. "Mozalan" satirik kinojurnalı üçün süjetlər çəkib. "Mozalan"ın bədii rəhbəri olub. Ceyhun Mirzəyev həm də parodiyaçılıq qabiliyyətinə malik olub. Belə ki, o, bir dəfə söhbət etdiyi adamın səsini, danışıq formasını o dəqiqə yamsılamağı bacarırmış. Hətta "Mozalan"ın başlığında səslənən vızıltı səsi də ona məxsus olub.
Ceyhun Mirzəyevin son filmi "Fəryad" olub, lakin bu filmin premyerasında iştirak edə bilmədən vəfat edib. Yasamal qəbiristanlığında dəfn olunub.
"Fəryad" filmindəki şücaətinə görə "Bakılı" cəmiyyətinin "Humay" mükafatına layiq görülüb. Ölümündən sonra Diplom və Priz verilmişdir. Milis işçisi Cəmil Mirzəyevin oğludur.
Xatirəsi 2026-cı ildə aktyorun 80 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Film Fondunda xatirə gecəsi keçirilmişdir.
Filmoqrafiya 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) — rejissor assistenti Axtaran tapar (film, 1980) Ay müştəri... (film, 1986) Bakıda küləklər əsir (film, 1974) Baş tutmayan ziyafət (film, 1981) Bəxtəvər (film, 1984) Bəyin oğurlanması (film, 1985) Bir məhəllədən iki nəfər (film, 1957) Bir məktubun izi ilə (film, 1982) Buxarlanan vədlər (film, 1980) Çarə (film, 1981) Cazibə qüvvəsi (film, 1964) Cazibə qüvvəsi (film, 1985) Çətin sual (film, 1979) Damğa (film, 1984) Daş münasibət (film, 1983) Defisit qliserin (film, 1975) Dəli Kür (film, 1969) DHD (film, 1982) Eksperiment (film, 1984) Əlamət (film, 1982) Ən vacib müsahibə (film, 1971) Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007) Əsl dost (film, 1959) Fəryad (film, 1993) Fırıldaqçı (film, 1983) Görüş (film, 1955) Gözdən uzaq… (film, 1985) Gözəyarı (film, 1984) Hamıya! Hamıya!! Hamıya!!! (film, 1977) Hansı peşə yaxşıdır (film, 1982) Haray (film, 1989) Heyvandarların gileyi (film, 1991) İmtahan (film, 1982) İntizam (film, 1983) İşarəni dənizdən gözləyin (film, 1986) İsrafçılıq (film, 1980) İsrafçılar (film, 1983) İstintaq davam edir (film, 1966) Keyfiyyət nişanı (film, 1974) Kimə inanaq? (film, 1990) Koroğlu (film, 1960) Qanlı zəmi (film, 1985) Qanun naminə (film, 1968) Qara qağayı (film, 1962) Qaş düzəldən yerdə… (film, 1980) Qiymətli tüstü (film, 1978)]] Qonşuya ümid olan… (film, 1990) Qunduzdan söhbət açaq (film, 1976) Quq-qulu-qu (film, 1992) Lətifə (film, 1989) Matteo Falkone (film, 1960) Məntiqi sual (film, 1979) Meşə xəlvət... (film, 1988) "Mədəniyyət" № 1 (film, 1975) "…Mən salim olum, cümlə cahan batsa da batsın…" (film, 1980) Məşədi İbad-80, yaxud köhnə tanışlar (film, 1980) Məsuliyyətsizlik (film, 1991) Mükafat, yoxsa… (film, 1980) Narazılıq (film, 1981) Nəticə (film, 1991) Növbənöv… (film, 1988) Ögey ana (film, 1958) Olan yerdən umarlar (film, 1991) Orijinal üsul (film, 1983) Örtülü bazar (film, 1984) "Pərvanələr" (film, 1985) Sabaha ümidlə baxanlar (film, 1991) Səbəblərdən biri (film, 1978) Şərabçıyam, şərabçı (film, 1991) Şərt (film, 1984) Şikayətçilər… (film, 1987) Sizdən hərəkət… (film, 1992) Su niyə yoxdur? (film, 1983) Taxtası və saxtası (film, 1982) Təşəkkür (film, 1978) Tətil (film, 1991) Torpağa düşməsin havayı bir dən (film, 1983) Vəssəlam-şüttəmam (film, 1990) Xəbərdarlıq (film, 1985) Xırdavat (film, 1982) Yağışlı havalarda (film, 1982) Yanlış da bir naxışdır (film, 1984) Yenilməz batalyon (film, 1965) Yol əhvalatı (film, 1980)
İstinadlar
Mənbə Mükərrəmoğlu, M. "Bu həyat bir nağıldır…" [Mərhum aktyor və rejissor Ceyhun Mirzəyevin sənətə gəlişinin 45 ili tamam olur] //Xalq.- 2002.- 12 dekabr. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816. "Özünə abidə ucaldan rejissor" //Kaspi.- 2011.- 13 aprel. ""Ögey ana"nın İsmayılı "Fəryad"ın qəhrəmanı oldu" //Xalq.- 2011.- 16 aprel.
Xarici keçidlər
Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Məşhur uşaqlar Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Mirzəyevlər Kateqoriya:Yasamal qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin məzunları Kateqoriya:Gürcüəsilli azərbaycanlılar Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr Azərbaycan aktyorları