"Puşkinin ölümünə Şərq poeması"Azərbaycan Sovet Ensiklopediyası. Tom I. s. 498 (, Mərsiyə-yə şərq dar vəfat-e Puşkin) — Mirzə Fətəli Axundov tərəfindən 1837-ci ildə yazılmış poema, qəsidə. Poema rus şairi Aleksandr Puşkinin vəfatı ilində yazılmışdır və onun ölümünə həsr olunmuşdur. Əsər fars dilində klassik şərq poeziyası üslubunda yazılıb Yuxarıda qeyd olunan M. F. Axundovun ilk şeiri kimi "Puşkinin ölümünə Şərq poeması" da fars dilində və klassik şərq poeziyası ənənələrində yazılıb. Əsərin poetik forması aydın ifadə edilmiş romantik şərqi ruh, müqayisələr, metaforalar, şərq klassik poeziyasına xas olan epitetlər, parlaq və əcaib şeir ornamentləri ilə səciyyələnir. "Puşkinin ölümünə Şərq poeması"nın bədii forması və strukturu tamamilə ənənəvidir və özündə heç bir yenilik daşımır. M. F. Axundovun poemasının bütöv bədii gücü və dəyəri ilk növbədə onun materialının yeniliyi və təsirliyi, hisslərinin dərinliyi və məzmununun emosionallığı ilə bağlıdır....

Bu Axundovun orijinalda qalmış ikinci bədii əsəridir "Puşkinin ölümünə Şərq poeması" M. F. Axundovun bizim dövrə qədər orijinal şəkildə gəlib çatmış ikinci poetik əsəridir. Puşkinin faciəli ölümü haqda xəbər gənc azərbaycan şairini dərindən sarsıtdı. Onun poeması böyük rus şairinə alovlu sevgi bəstəliyir. Puşkinin qatillərinə qəzəblə lənət oxuyaraq o, onun vaxtsız vəfatına acı-acı ağlayır. Poema müəllifin dərc edilmiş ilk işi idi və onun ilk mühüm əsəri sayılır.

Poemanı Azərbaycan dilinə Böyükağa Qasımzadə, Mikayıl Müşfiq və Maarif Soltan tərcümə etmişdilər. Rus dilinə sətri tərcüməni ilk dəfə 1837-ci ildə müəllifin özü etmişdir, sonradan Aleksandr Bestujev-Marlinski də rus dilinə yeni sətri tərcüməni təqdim etmişdir. Həmçinin, İosif Qrişaşvili, Aşot Qraşi, Zəki Nuri, Qədir Mirzə Əli və s. tərcümə işlərini görmüşdülər.

1937-ci il fevralın 8-də qəsidə İran və Əfqanıstan üçün Moskvadan Puşkinə həsr olunmuş yubiley radiokonsert tədbirində oxunmuşdur. Cəfər Xəndanın tərtib etdiyi poemanın sözləri əsasında Süleyman Ələsgərov ballada-romans bəstələmişdir.

Yazılması thumb|180px|Əsərin müəllifi Mirzə Fətəli Axundov.|alt=

1837-ci ildə rus şairi Aleksandr Puşkin və Jorj Dantes arasında duel keçirildi, nəticədə Puşkin qarnından yaralanaraq, 1837-ci ildə vəfat etdi.

O vaxtlar Rusiya İmperiyasında qanlı şərəf döyüşləri qanunla qadağan edilmişdi. Buna görə də mətbuatda Puşkinin ölüm səbəbi qeyd olunmurdu. Duel barədə məlumat, xüsusən də cəmiyyətin baş verənlər barədə fikri mətbuatda əks olunmurdu, mətbuatda daha çox hökumətin rəsmi versiyası hökm sürürdü. Bu məlumatlar əsasən söhbətlərdə, şəxsi yazışmalarda, poetik rəylərdə ifadə olunurdu Cəmiyyətin duel ərəfəsindəki hadisələr barədə fikri rəsmi hökumət versiyasına üstünlük verən mətbuatda yox, məhz şəxsi yazışmalarda, söhbətlərdə, poetik çağırışlarda ifadə olunurdu.

Puşkinin vəfatı o vaxtı Tiflisdə Qafqaz canişininin dəftərxanasında tərcüməçi işləyən Axundovu dərindən sarsıdaraq, ona böyük poemanın yazılmasında ilham verdi. Ədəbiyyatşünas Mikayıl Rəfili iddia edir ki, Mixail Lermontovun Puşkinin ölümünə həsr etdiyi "Şairin ölümü" adlı şeirləri həmin vaxt Tiflisdə tanınırdı. Hesab edilirdi ki, şairin ölümünün xəbəri yalnız fevral ayının sonunda Qafqaza qədər çata bilərdi. Rəfili həmçinin fərz edir ki, Axundov poemasını təxminən martın əvvəllərində yazmışdır. O, bu fikri müəllifin əsərdə bahar mənzərəsini təsvir etməyi ilə izah edir. Poemanın martda yazıldığına aid versiya axundovşunas Nadir Məmmədov tərəfindən də dəstəklənir. Axundovun poeması müəllifin özü tərəfindən tərcümə edildi və 1831-1837-ci illərdə Qafqazda mülki hissənin müdiri olmuş Qriqori Rozenə təqdim olundu.

Tərcüməsi və nəşri

1837-ci ildə poema "Moskovski teleqraf" jurnalında ilk dəfə rus dilində dərc olundu, hərfi tərcüməni müəllifin özü etmişdir. (Axundov poemanın rus dilinə nəsr tərcüməsini hazırlamışdır). Poemanın rus dilinə tərcüməsi Axundovun bu sahədə ilk cəhd idiMüqayisədə göründüyü kimi, "Moskovski nablüdatel" jurnalı tərəfindən dərc olunmuş mətndə redaksiya yalnız cüzi düzəlişlər edib. Poemanın M F Axundovun özü tərəfindən edilmiş rus dilinə tərcüməsi gənc azərbaycanlı şairin bu sahədə ilk cəhd idi. Və qeyd etmək lazımdır ki, tam uğurlu cəhddir. Bu tərcümənin rus mətbuatının səhifələrində nəşr edilməsi diqqətəlayiq hadisə oldu.. Ədəbiyyatşünas Andrey Popovun qeyd etdiyi kimi, bu tərcümə bəlkə də M. F. Axundovunun Gürcüstan dəftərxanasından olan dostu və yoldaşı İvan Klementyev tərəfindən müəllifin xəbəri olmadan Moskvaya, "Moskovski nablüdatel" () jurnalının redaksiyasına göndərilibM. F. Axundovun dostu və Gürcüstanda yerləşən baş müdirin dəftərxanasından olan iş yoldaşı İ. İ. Klementyevin etdiyi "Puşkinin ölümünə" şərq poemasının bu müəllif tərcüməsi bəlkə də müəllifin xəbəri olmadan, Moskvaya göndərilmişdi və "Moskovski nablüdatel" jurnalının 1837-ci ilin mart kitabında çap olunmuşdur. Belə ki, poemanın sətri tərcüməsi hazırlayan Axundov onu Klementyevə göstərir. Tərcüməni oxuyan Klementyev heyrətə gəlir və əsərin yazılış üslubuna müəyyən düzəlişlər edərək və qısa məktubla birlikdə "Moskovski nablüdatel" jurnalının redaksiyasına göndərir.

Jurnalın redaksiyası əsərə rəğbətlə yanaşdı və poema dərhal jurnalının XI mart kitabında kiçik qeydlə (14 mart 1837-ci il tarixli senzura icazəsi) çap olundu. Bundan başqa redaksiya bir qeyd əlavə etmişdir ki, əsər təkçə Puşkinə yox, həm də ümumilikdə rus mədəniyyətinə ehtiram göstərir. Qeyd etmək lazımdır ki, redaksiya "Moskovski nablüdatel"də dərc olunan mətndə xırda düzəliş etmişdir. Redaksiya əsəri "Puşkinin məzarına atılmış lətif bir çiçək" adlandırmışdır və poemanın mətninə kiçik bir qeyd əlavə etdi. Belə ki, qeyddə deyilirdi:

thumb|155x155px|1837-ci ildə əsərin rus dilinə tərcüməsini tərtib etmiş Aleksandr Bestujev-Marlinski.

Bir qədər sonra, 1837-ci ilin mayında baron Rozenin təklifi ilə Axundovun dostu, dekabrist Aleksandr Bestujev-Marlinski tərəfindən poemanın rus dilinə poetik (digər ehtimala görə sətri) tərcüməsi tərtib edildi. Sətri tərcümənin bu yeni variantı uzun illər Axundovun arxivində qalmışdı və yalnız 1874-cü ildə onun yaxın dostu, məşhur rus şərqşünası Adolf Berjenin təşəbbüsü ilə Russkaya Starina jurnalında çap olunmuşdur. Beləcə, 1874-cü ildə Axundov Tiflisdən köçməyə hazırlaşan Adolf Berjeyə poemasının Bestujev tərəfindən hazırlanan tərcüməsini verdi. Elə həmin ildə tərcümə Berjenin yazdığı kiçik önsözü ilə Russkaya Starina jurnalında dərc olundu. Hansındaki xüsusilə qeyd olunmuşdur:

thumb|216x216px|Əsəri gürcü dilinə tərcümə etmiş İosif Qrişaşvili|alt= Russkaya Starina jurnalında Berje poemanın sətri tərcüməsinin yeni variantının yazılma hekayəsi barəsində yazmışdır. Bu 1837-ci ilin aprelində baş vermişdir ki, Bestujevın Mirzə Fətəlinin şeirləri ilə tanış olmadığı aşkar olunanda, o, Qafqaz canişi baron Rozenin xahişi ilə razılaşdı ki, müəllifin iştirakı ilə poemanı rus dilinə çevirsin. Əlyazma şəklində əldən ələ gəzən bu tərcümə Cənubi Qafqazda məşhurlaşdı. Mikayıl Rəfili Bestujev tərəfindən orijinal mətnə əlavə edilən üslub düzəlişlərini aşkar etmişdir, lakin onlar əsərin məzmunu, obraz və mənasını dəyişməmişdilər. Bu tərcümə Bestujevin sonuncu işi olmuşdur, üç gündən sonra o, Adler rayonunda qətlə yetirildi. Sonralar yeni tərcüməsi "Kafkaz" (1874, 22 noyabr 1874, № 137) qəzetində dərc olunmuşdur və inqilabdan əvvəlki rus dövri mətbuatında dəfələrlə dərc olunmuşdur. Sovet hakimiyyəti illərində xüsusilə populyarlıq almışdır. Əsər rus dilində həmçinin "Puşkinin ölümünə" (rus. «На смерть Пушкина») adı ilə də tanınırАхундов // Ангола — Барзас. — M. : Sovet ensiklopediyası, 1970. — (Böyük Sovet Ensiklopediyası : [30 cildli] / baş redaktor Aleksandr Proxorov ; 1969—1978, cild 2)..

Sonralar Axundovun poeması dəfələrlə nəşr olunmuşdur. 1871-ci ildə "Kafkaz" qəzetində. Moskvada Puşkinin abidəsinin açılması ilə əlaqədar 1880-ci ildə Peterburqski listok adlı qəzet poemanın Aleksandr Sokolovun ağ misralı tərcüməsini dərc etmişdir Daha bir neçə il sonra, 1880-ci ildə Puşkinin Moskvada abidəsinin açılması ilə əlaqədar "Peterburqski listok" Axundovun poemasını Sokolovun ağ misralı tərcüməsini dərc etdi(bu tərcümə poemanın rus dilinə olan ilk mənzum tərcüməsi idi). Puşkinin anadan olmasının yüz illiyi ilə əlaqədar "Kafkaz" qəzeti poemanı Bestujevin yeni tərcümə olunmuş variantda təkrarən çap etmişdir və Bestujev oxuyucularına bildirmişdi ki O, gənc M. F. Axundov idi ki, Puşkinin faciəli ölümünə dərhal öz münasibətini bildirdi və Lermontovun "Şairin ölümü" şeirinin ardınca 1837-ci ildə necə deyərlər, ürəyinin qanı ilə məşhur "Puşkinin ölümünə Şərq poeması"nı yazdı.1899-cu ildə, Puşkinin anadan olmasının yüz illiyi ilə əlaqədar Tiflisdə nəşr olunan "Qafqaz" qəzeti M. F. Axundovun poemasınının yeni rus dilinə tərcümə olunmuş versiyasını təkrarən yazaraq oxuculara bildirirdi: "Dahi rus şairinin faciəli vəfatı barədə məşum xəbər yurdumuza çatanda, Fət-Əli öz kədərini gur şeirlərlə ifadə etdi". "Puşkinin ölümünə şərq poeması" poetik əsərdir və elə görünə bilər ki, onun bizim mövzuya aidiyyəti yoxdur. Lakin əsəri diqqətlə oxuyanda asanlıqla əmin olmaq olar ki, onun daxilində poetik bədii həyatı kritik fikri ilə üzvi şəkildə uyğunlaşır, tənqidi fikirlər daim müşayiət olunur. Poemanın birinci hissəsi şərq poetik ənənələri üslubunda və poetik simvol və obrazlarla zəngin olduğu vaxtda, onun ikinci hissəsində tənqidi qiymətlər və təyinlər üstünlük təşkil edir, tənqidi fikir poetik fikri üstələyir. Daha doğrusu, ikinci hissə poetik tənqid janrının xüsusiyyətlərini özündə ehtiva edir. Poemanın poetik obrazları və müqayisələrində Axundov Puşkinin yaradıcılığı, böyük şairin rus poeziyası tarixində dəqiq yer konsepsiyası və roluna öz nöqteyi-nəzərini bildirir. Poema müəllifinin qiymətləndirməsi və müşahidələri göstərilər ki, o, Puşkinin yaradıcılığını yaxşı tanıyırdı, onu uca şöhrəti haqqında xəbərdar idi. "O Puşkin ki, nüktəyə başlayan zaman. Hər bucaqdan qopardı, coşqun alqışlar?" sətirlərində Axundov şairin yaradıcılığına öz qiymətini verir, onu "söz ordusu başçısı" adlandırır, onun dünya şöhrətini vurğulayır "Dolaşırdı şöhrəti diyarbədiyar". Poemada rus ədəbiyyatının Lomonosovdan Puşkinə qədər biçimli inkişaf konsepsiyasını görmək olar. Özü də Puşkindən əvvəl rus ədəbiyyatının inkişafında görkəmli yazıçıların yeri və xidmətlərini xarakterizə edərək, müəllif kontrast və müqayisələr üsullarına əl atır, hansılar ki ona Puşkinin rus ədəbiyyatı tarixində yeri və əhəmiyyətini qabarıq şəkildə müəyyən və ifraz etməyə imkan verir. Əlbəttə ki, Axundov şairi onu sələfləri ilə müqayisə etmir, amma onu onların davamçısı kimi görür, hansı ki onların başladığı rus ədəbiyyatının yeniləşmə işini davam etdirir və bitirir. Nəzm evini süsləyən Lomonosovdu, Orada Puşkin xəyalı oldu bərqərar. Derjavin tutmuşdusa sözün mülkünü, Yerində Puşkin oldu nəzmilə muxtar. Camə bilik meyini tökdü Karamzin, Puşkinə qismət oldu o cami-gülnar. Lomonosov, Derjavin və Karamzin — rus ədəbiyyatının Puşkinə qədər dövrünün inkişafında başlayan yeni tendensiya və yeni istiqamətin yaranması bu üç şəxsiyyətin adı ilə bağlıdır. Lakin bütün bu təşəbbüslər, istiqamətlər və tendensiyalar Puşkinin yaradıcılığında bir araya gəldilər və vahid realist istiqamətdə birləşdilər, hansı ki rus ədəbiyyatının inkişafında yeni mərhələyə çevrildi. Bu Axundovun XVIII və XIX (üçdə bir hissəsi) əsrlərdə olan rus ədəbiyyatının konsepsiyası idi, hansı ki sonradan V. Q. Belinski tərəfindən irəli sürülən həmin dövrdə rus ədəbiyyatının inkişaf konsepsiyası ilə demək olar ki, üst-üstə düşür..., "dahi rus şairinin faciəli vəfatı barədə nəhs xəbər yurdumuza çatanda, Fət-əli ahəngdar şeiri ilə öz kədərini ifadə etdi"Kavkaz" qəzeti, 26 may 1899 (Şıxəli Qurbanovun "Puşkin və Azərbaycan" kitabından sitat, Bakı, 1959, səhifə 121)".

left|thumb|140px|Poemanı farscadan azərbaycan dilinə tərcümə etmiş Mikayıl Müşfiq.