Funt sterlinq, funt, Britaniya funtu () —Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli pul vahidi.

Funt sterlinq həmçinin Gernsi, Cersi və Men adası taxt-tac ərazilərinin paralel valyutası, Folklend adaları, Cəbəli-Tariq, Müqəddəs Yelena adası, Dirçəliş və Kristian-da-Kunyanın isə qanuni ödəniş vasitəsidir.

Funt sterlinq 100 pennidən ibarətdir. Simvolu — £ (dan — libra, funta ekvivalentdir). Кodu ISO 4217 — GBP (), hərdən istifadədən çıxmış abbrevaturadan da istifadə edilir — UKL (United Kingdom Libra). Dövriyyədə 5, 10, 20, 50 funtluq əskinaz; 1, 2, 5, 10, 20, 50 pensli, 1 və 2 funtlu sikkələr vardır. Nadir halda 25 pensli və 5 funtlu sikkələrə də rast gəlinir.

Böyük Britaniyanın ərazisindəki bəzi banklar (Şotlandiyada üç bank və Şimali İrlandiyada dörd bank) əskinazları öz dizaynları ilə buraxırlar.

Funt sterlinq ehtiyat valyuta kimi Funt sterlinq bir çox ölkələrdə XVIII və XIX əsrlərdə ehtiyat valyuta kimi istifadə edilirdi. İkinci Dünya Müharibəsindən sonra ölkədəki ağır iqtisadi vəziyyət funt sterlinqin mövqeyini xeyli zəiflətdi. Hazırda o istifadəsinə görə dünyanın üçüncü ehtiyat valyutasıdır.

Valyuta kursu rejimi Hazırda Böyük Britaniyada sərbəst valyuta kursu rejimi vardır. Onun səmərəliliyi kimi inflyasiya göstəriciləri götürülür.

Mənbə 1270-ci ildən funt sterlinqin müasir valyutaya dəyişməsi. 1791-ci ildən funt sterlinqin çar Rusiyası, sovet və müasir Rusiya rubluna valyutaya dəyişməsi Böyük Britaniya sikkələrinin kataloqu və qalereyası Funt srterlinqlər. Bütün əskinaz seriyası Funt sterlinq

İstinadlar

Kateqoriya:Pul vahidləri Kateqoriya:Funt Kateqoriya:Britaniya imperiyası pulları Kateqoriya:Birləşmiş Krallıq pulları