thumb|Noyenqam həbs düşərgəsində "Der sterbende Häftling" (ölmüş məhbus) adlı Francis Salmonun yaratdığı heykəl. Noyenqam həbs düşərgəsi () - Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Almaniyanın Hamburq şəhərində yaradılmış, 1938 - 1945-ci illərdə fəaliyyət göstərmiş Nasist həbs düşərgəsi. İkinci dünya müharibəsinin sonuna kimi düşərgədə 106 min nəfər şəxsin yarısı ölmüşdür. Britaniya ordusunun işğalı nəticəsində isə SS qoşununun saxlanılma mərkəzi kimi istifadə olunmuşdur. Həmin ərazi hazırda muzey kimi fəaliyyət göstərir.
İşgəncələr
Düşərgədə məhbuslardan, əsasən, alman ordusuna məxsus silahların daşınmasında istifadə olunurdu. Onlar çətin mövqelərdəki ağır işlərə göndərilib istismar olunmuşdur. Mənbələrə görə 50 min insan bunlara dözməyərək həlak olmuşdur. Qadınlar isə bina və kanalların tikintisində zorla işlədirlirdi.
Qurbanlar Təxmini, 28 millətdən olan nümayəndələr, həmçinin yerli yəhudi məhbuslar saxlanılırdı. Bu siyahıya kommunistləri, homoseksualları, qaraçıları və s. əlavə etmək olar. 20 min şəxsin adı memorialda əks olunmuşdur. Məhkumların sayı Ölkə Kişilər Qadınlar CəmiSSRİ28,4505,90034,350Polşa13,0003,90016,900Fransa11,00050011,500Almaniya8,8004009,200Hollandiya6,6503006,950Belçika4,5003004,800Danimarka4,800-4,800Macarıstan 1,400 1,2002,600Norveç2,200-2,200Yuqoslaviya1,4001001,500Çexoslovakiya8005801,380Yunanıstan1,250-1,250İtaliya 850- 850İspaniya 750-750Avstriya30020320Lüksenburq50-50İslandiya1-1digər ölkələr1,3003001,600Ümumi87,50013,500101,000qeyri-rəsmi--5,000Qlobal miqyas--106,000Deportasiyada ölənlər--55,000
Tarix
1938 13 dekabr 1938-ci ildə artıq Noyenqamın tikintisi başa çatmışdı və Zaksenhauzen həbs düşərgəsidən 100 məhbus gətirilmişdi.
1940 Aprel 1940-cı ildə SS və Hamburq şəhəri Almaniyada fəaliyyət göstərən kərpic zavodu ilə müqavilə imzaladı. Bunun nəticəsində düşərgə genişləndi və müstəqil fəaliyyət göstərdi.
1942 Şahidlərin sözlərinə görə həmin il 200 SSRİ əsgəri xüsusi qaz kameralarında öldürülmüşdür. Artıq Hamburqda ölənləri yandırmaq üçün krematoriya tikilmişdir. thumb|Noyenqam abidəsi
1943 Noyabr ayında düşərgəyə artıq ilk qadınlar gətirildi.
1944 1944-cı ilin yayında Auşvits həbs düşərgəsindən onlarla qadın məhbus Noyenqama köçürüldü.Həmin ilin sonuna kimi düşərgədəki ümumi məhbus sayı 49 min idi.
1945 15 mart 1945-ci ildə düşərgəyə Skandinaviyadan əsirlər gətirildi.Müharibənin son günlərində məhbuslar Almaniyanın işğal olunmamış bölgələrinə köçürülürdü. 2 may 1945-ci ildə sağ qalanlar Noyenqamı tərk etdi.
Müharibədən sonra Müharibənin ardınca düşərgə Britaniya qüvvələrinin nəzarətinə keçərək SS hərbi qulluqçularının və Nasist rəsmilərinin məhkəməyə qədər saxlanıldığı yer idi.
İstinadlar
Xarici keçidlər Noyenqam memorialının rəsmi veb saytı
Həmçinin bax Nasist həbs düşərgələri
Kateqoriya:Nasist həbs düşərgələri Kateqoriya:1938-ci ildə Almaniya Kateqoriya:1938-ci ildə yaradılmış təşkilatlar Kateqoriya:1939-cu ildə Almaniya Kateqoriya:1941-ci ildə Almaniya Kateqoriya:1942-ci ildə Almaniya Kateqoriya:1943-cü ildə Almaniya Kateqoriya:1944-cü ildə Almaniya Kateqoriya:1945-ci ildə Almaniya Kateqoriya:Almaniya İkinci Dünya müharibəsində Kateqoriya:Almaniya tikililəri Kateqoriya:Əsir düşərgələri Kateqoriya:Hamburq Kateqoriya:Nasist ölüm düşərgələri