Koralayn () — 2009-cu il ABŞ istehsalı stop-motion, dark-fentezi, qorxu animasiya filmi. Nil Geymanın eyniadlı əsəri əsasında "Laika" studiyası tərəfindən ekranizasiya olunmuşdur. Cizgi film Oskar mükafatına namizəd olub. Amerika Kinematoqrafiya İnstitutu 2009-cu ildə "Koralayn"a "İlin ən yaxşı filmi" adını vermişdir. Dünya üzrə filmin ümumi gəlirləri 124 mln dollar təşkil etmişdir.
Süjet
Koralayn Cons valideynləri ilə Çəhrayı saray adlanan bir köhnə evə köçür. Valideynləri öz işləri ilə çox məşğul olduğundan, Koralayn darıxır və özünü hər hansı bir işlə məşğul etmək məqsədilə ev və onun ətrafını tədqiq etməyə başlayır. Beləliklə o cənab Bobinski adlı ekssentrik rus akrobatı və siçovulların baş məşqçisi, məcburi iki təqaüdçü aktrisalar - Miss Spink və Miss Forsibl və ağzıboş oğlan Vaybi ilə tanış olur. Bir gün Koralayn evdə gəzişərək pəncərələri və qapıları sayarkən kərpic ilə daxili doldurulmuş, qədim gizli qapı aşkar edir. O gecə Koralayn öz yuxusunda siçanların köməyi ilə həmin qapını açaraq paralel dünya, yəni «Digər» dünya adlannan bir yerə düşür. Orada o, onun «Digər» ana və atası olduğunu öyrənir, onların gözlərinin yerinə düymələr var idi. Onun real valideynlərindən əsas fərqi - bu versiyaların həmişə onun üçün vaxt ayırırması, həddindən artıq mehriban və qayğıkeş olmasıdır və bütün bu sevgi və mehribanlığı görən Koralayn real dünyaya qayıtmaq istəmir. Coşğulu Koralayn hər gecə digər dünyaya səfər edərək, oradakı qonşularla tanış olur və vaxtını çox yaxşı keçirir.
Səfəri zamanı Koralayn burada təhlükənin olduğunu xəbərdarlıq edən, danışmaq qabiliyyətinə malik qara pişik görür, lakin Koralayn pişiyin sözlərinə çox elə diqqət vermir. Üç gecə sonra, «Digər» ana Koralayna burada əbədi qalması üçün gözlərinə düymələri tikməyə icazə verməsini təklif edir. Qarışıq bir hiss və bir qədər qorxu ilə Koralayn bu təklifdən imtina edir və qayıtmaq istəyir, o tez öz otağına qaçaraq tələsik halda yatmağa çalışır. O düşünür ki, oyandıqda o yenə öz real dünyasına qayıdacaq, lakin bu belə olmur. O ayağa qalxaraq «Digər» ananın yanına gedir və onu öz dünyasına qaytarmağı istəyir. Beldam bundan əsəbləşir və Koralaynın yüksək tonla danışdığına görə üzr istəməyi əmr edir. Koralayn «Digər» ananın onu real ana olmadığını deyəndən sonra, Beldam üzdən dəyişilir: üzü və bədəni arıqlayır, dırnaqları uzanır. «Digər» ana onu güzgünün dalında yerləşən otağa ataraq, onun bir müddət orada qalacağını deyir. Güzgünün dalında yerləşən otaqda Karolina 3 kabus-uşaqla tanış olur. Onlar əbədi əyləncə üçün öz gözlərinin çıxarılaraq yerinə düymələrin qoyulmasına razı olduqlarını deyirlər. Lakin Beldam onları aldadır və gözləri ilə birlikdə, onların həyatını da əlindən alır. Kabus uşaqlar Koralayna xahiş edirlər ki, o onları xilas etsin və Koralayn razı olur. Digər Vaybinin köməyi ilə, Koralayn öz real dünyasına dönə bilir. Evdə, Koralayn valideynlərini tapmır və bu zaman pişik onların «Digər» ana tərəfindən düzəldilmiş kuklalarını aşkar edir. Koralayn anlayır ki, Beldam onun valideynlərini oğurlayıb. O yenidən pişiklə birgə paralel dünyaya qayıtmağa qərar verir.
Pişiyin məsləhətindən sonra, Koralayn «Digər» anaya oyun oynamağa təklif eləyir. O, digər ana ilə pari imzalayır: əgər Koralayn öz valideynlərini və kabus uşaqları bu oyunda tapa bilməsə, o əbədi olaraq digər dünyada qalacağını və öz gözlərinin yerinə düymələri tikməyə icazə verəcəyinə söz verir. Bu oyunda Koralayn qalib gəlir - o 3 kabus-uşaqların gözlərini tapır. Koralayn onun valideynlərin şüşə qabda həbs olunduğunu öyrənir. Pişik, digər ananın üstünə atlanaraq onun düymə gözlərini çıxarır. Koralayn isə bu məqamı istifadə edərək, şüşə qabı götürür və real dünyaya qayıda bilir. Gecə Koralaynın yuxusuna 3 kabus-uşaq qəlir. Onlar onun təhlükədə olduğunu xəbərdarlıq edirlər. Axı paralel dünyanın qapısı hələ bağlanmayıb və «Digər» ana bu yolla real dünyaya daxil ola bilər. Çox çətin mübarizədə, dostu Vaybinin köməyi ilə Koralayn açarı quyuya ataraq həmişəlik olaraq «Digər» dünyanın qapısını bağlaya bilir.
Aktyorlar və xarakterlər Baş qəhrəmanlar Dakota Fanninq — Koralayn Cons - Cəsarətli, ağıllı və hər bir şeylə maraqlanan qız - baş qəhrəman. Koralina hər yeni bir şeyi tədqiq etməyi, xüsusən də yaşadıqları evin ətrafındaki bağçanı bəzəməyi çox sevir. Valideynlərin onunla az maraqlandığını düşünən Koralayn buna görə daim kədərli olur; Koralayn əsəbləşir ki, ətrafdakılar onun adını düz demirlər - Koralayn yerinə Karolina deyə çağırırlar. Nil Qeyman öz kitabında onu "çox cəsarətli və enerji ilə coşub daşan bir qız" kimi təsvir edir. Koralayn və oğlan Vaybi arasında «sevgi/nifrət» hissləri yaşanır. Teri Hatçer — Mel Cons — Bütün günü çalışan Koralaynın anası və daha diqətli və daha çox qıza sevgi ayıran "Digər" ana. Onun real anası bağlar üzrə kataloqun müəllifidir. Mel öz qızını çox sevir, lakin onun başqalarına diqqət ayırmağa elə də vaxtı olmadığından Koralayn buna görə daim kədərli olur. «Digər» ana — filmin əsas antaqonistidir və Digər dünya və onun sakinlərinin yaradıcısıdır. Koralayn onu əvvəlcə «mükəmməl ana» hesab edir, çünki o özünü yüksək səviyyədə diqqətli və qayğıkeş bir kimi göstərir (və həmçinin real anadan fərqli olaraq, o çox gözəl yeməklər bişirir). Koralaynın digər dünyada rast gəldiyi 3 kabus-uşaq «Digər» ananı arxaikləşmiş söz olan «Beldam» deyərək çağırırlar. Bu söz tərcümədə «cadugər» mənasını verir. Sonradan digər ana çox arıq, uzun dırnaqları və gözündə qara rəngdə düymələri olan qadına və sonda yenidən dəyişərək insan kəlləli və mərmər üzlü nəhəng həşərata çevrilir. Con Hocman — Çarli Cons — Koralaynın real və «Digər» atası. Con Hocman bu personajı «banan qabığına ayağını basmasa da, lakin elə onun düz yanındakı kanalizasiya lükuna düşən bir oğlan» kimi xarakterizə edir. Müəllif Nil Geyman Çarlini "uşaqların utandığı hərəkətləri özünün yaxşı hesab etdiyi" bir insan kimi təsvir edir. «Digər» ata - müğənni-pianist və bağbandır. Sonradan o dəyişərək melanxolik və pafosla dolu üzü balqabağa bənzəyən və «Digər» anaya xidmət edən məxluqa çevrilir. Ancaq filmin gedişi ilə «Digər» atanın əslində Koralayna heç bir pisliyi olmadığı da məlum olur. O sadəcə digər anadan qorxduğu üçün onun tələblərini yerinə yetirməyə məcburdur. Kit Devid — Pişik — Koralaynın dünyasından olan qara pişik. O Çeşir pişiyi kimi istədiyi vaxt itib yenidən başqa bir yerdə peyda ola bilir. Digər dünyada o danışmaq qabiliyyətinə malikdir; digər personajlardan fərqli olaraq onun gözlərində düymələr yoxdur və o Koralayna hər zaman kömək edir. Tez-tez Vaybinin yanında olduğundan Koralayn əvvəllər ona "ev pişiyi" deyərək lağa qoyurdu. Robert Beyli kiçik — Vayborn «Vaybi» Lovat — Yaşlı ev yiyəsinin nəvəsi. Tez-tez 3 obyektivi və əllə düzəldilmiş periskopu olan və üzərində kəllə rəsmi ilə boyanan maska taxır. Ətrafdakı meşəni patrul etmək məqsədilə onun həmçinin motorlaşdırılmış velosipedi də var. Vaybi öz nənəsini sevir lakin ondan çox qorxur, elə ona görə də nənəsi onu uzaqdan çağıran kimi tez velosipedinə minərək onun yanına gedir. «Digər» dünyada Vaybi çox sakitdir, o danışmaq qabiliyyətinə malik deyil. Sonralar o gülmədiyinə görə Beldam tərəfindən cəzalandırılmışdı. «Digər» ana onun ağzını tikərək onu daimi, lakin dəhşətli gülüşə çevirmişdi. Lakin sonda Vaybi Koralayna Beldamdan xilas olmağa, ondan qaçmağa və öz real dünyasına qayıtmağa kömək edir. Buna görə «Digər» ana onu məhv edərək onun parçalarını bayraq şəklində mister Bobinskinin evi üzərində asır. Orjinal kitabda bu personaj yox idi.
İkincidərəcəli qəhrəmanlar Cennifer Saunders və Doun Frenç — miss Spink və miss Forsibl, Eypril və Miriam — beletajda yaşayan yaşlı aktrisalar. Onların 3 skotç teryerləri var, evlərin fəxri yerini isə əvvəllər yaşamış sonralar isə qocalıb ölmüş teryerlərin müqəvvaları bəzəyir. Miss Spink və Miss Forsibl özlərinin aktrisa həyatını xatırlamağı çox sevirlər. Onlar okkultizmdən və kofedə baxıcılıq etməkdən məftundurlar. «Digər» Spink və Forsibl əvvəlcə real prototipləri kimi görünürlər, lakin sonra onlar cavan, gözəl və Şekspirdən sitatlar gətirən akrobatlara çevrilirlər. «Digər» dünyada onların itləri özlərini insanlar kimi aparır, sonra isə yarasalara çevrilirlər. İen Makşeyn — mister Bobinski (tam adı — Semyon Ostapoviç (dublyajda — Sergey Aleksandroviç) Bobinskiy, dostları onu Q.B. deyərək çağırırlar) — Koralaynın qonşusu, milliyətcə rusdur. Cavanlıqda gimnastika ilə məşğul olarkən öz fiziki formasını qorumaq üçün çuğundur dietasında oturduğundan, dərisi mavi rəngdədir. Bobinski Çernobıl faciəsini likvidasiyasında iştirakına görə aldığı medalı həmişə üstündə gəzdirir, onun evinin üstündə üzərində Rusiya gerbi əks olunmuş böyük bayraq asılıb. O muşkaları (atlanan siçanları) təlim edir, baxmayaraq ki, heç kim bu siçanları görməyib. «Digər» Bobinski bu muşkalardan (əslində isə içi qumla doldurulmuş və gözlərində düymələr olan siçovullardan) ibarət böyük bir sirkin rəhbəridir. Məhz bu siçanlara görə də Koralayn «Digər» dünyaya daxil olur. Kerolin Krouford — xanım Lovat — Vaybinin nənəsi və Koralayn və qonşuların qaldığı evin sahibəsi. O əvvəllər öz əkiz bacısı ilə bu malikanədə yaşayırdı. Onun bacısı bir gün bu evdə sirli şəkildə itkin düşür (əslində isə «Digər» ananın qurbanlarından birinə çevrilir). Ev onun bacısını oğurladığını hesab edən xanım Lovat, oranı 4 hissəyə bölərək kirayə verməyə razı olur, özü isə yaxınlıqda yerləşən kiçik bir evə köçür. Lakin malikanənin «yenə uşaqları oğurlayacağından» qorxan Lovat, uşaqlı ailələrə evi kirayə verməyə razı olmur. Məhz buna görə də öz nəvəsi Vaybiyə də Çəhrayı saraya getməyə qadağan edir.
İstehsal Özünün maksimal yüklənmə müddətində, film 450 insanın, o cümlədən 30-35 animatorun və «Rəqəmsal Dizayn Qrupunun» dizaynerlərin, həmçinin 250-dən çox texniki personalın və layihəçilərin gücünü özündə birləşdirirdi. Təkcə kukla qəhrəmanların qeyimlərin tikilməsi, onların sviterlərinin insan saçı qalınlığında toxuculuq iynələri ilə əllə toxunması üçün ayrıca bir komanda üzvləri yığılmışdı.
Çəkilişlər 13 min m2 ərazidə düzənlənmişdi,. Çəkiliş pavilyonu 50 epizodik hissəyə bölünmüşdü, onların hər biri isə 150-dən çox yığma kompozisiyanı özündə birləşdirirdi. Kompozisiyalar içərisində 3 viktorian malikanəsi, 12 metrəlik alma bağı və Eşlend şəhərinin (Oreqon ştatı) modeli var idi.
Filmdə çox minimal kompüter qrafikası istifadə olunmuşdu, o da qəhrəmanların üzündəki tikişləri yığışdırmaq və kuklaların kadrda saxlanılması üçün istifadə olunmuşdu. Filmdə duman səhnəsi əsl ağ dumanın video çəkilişidir. Kompüter qrafikası ilə həmçinin paralel dünyanın pikselləşməsi, onun dağılıb yenidən yaranması səhnəsində də istifadə olunmuşdu.
Kukla qəhrəmanların üz cizgilərini və mimikalarını daha da realistik göstərmək üçün kukla fraqmentlərin bir-birini izləmə texnikası istifadə olunmuşdu. Ümumilikdə isə filmdə 15 mindən artıq fərqli mimikadan istifadə olunmuşdu.
Film xətaları Koralayn kompüter qarşısında oturub işləyən atasının yanına gələndə, o özünün kuklasını qutunun kənarına tullayır, belə ki kuklanın qolu bir az sallanır. Lakin ardınca kuklanın öz yerini dəyişdiyini görmək olar.
Koralayn öz «Digər» valideynləri ilə şam yeməyi yeyərkən əvvəlcə boşqabın yanında nektar üçün boş stəkan, su üçün isə dolu badə görmək olar. Amma daha sonra su ilə dolu badə yarıyacan boşalır (Koralayn su içməmişdi, çünki bu vaxt oyuncaq qatarın ona sous gətirməyinə baxırdı). Daha sonra isə kartof püresindən bir qaşıq yedikdən və «Digər» anaya kompliment etdikdən sonra, onun yanındaki su qədəhinin ümumilikdə harasa itdiyini görmək olar.
Bir çox amerikalının fikrincə, mister Bobinskinin evi üzərində asılan bayraq Monteneqronundur. Lakin bu doğru deyil. Monteneqronun bayrağı qırmızı rəngdə olmaqla, onun mərkəzində Monteneqronun gerbi əks olunub. Monteneqronun gerbində ikibaşlı qartalın mərkəzində şir var, Rusiya gerbində isə əşdahanı oxla yaralıyaraq onu məğlub edən gümüşü atlı təsvir olunmuşdu. Həmçinin mister Bobinskinin qapısının yanında, üstündə "Сыр" (yəni pendir) yazısı olan qutular vardır, məhz elə bu onun rus olduğunu sübut edir.
Film musiqisi