Ağ qan qısametrajlı bədii filmi rejissorlar Xəyyam Abdullayev və Elməddin Alıyev tərəfindən 2012-ci ildə ekranlaşdırılmışdır. Film EXA prodakşnda istehsal edilmişdir. Filmdə təsərrüfatları məhv olmuş tərəkəmə ailəsinin həyatı göstərilir. Filmdə ölüm yatağında olan qocanın (Vaqif Kərimov) son istəyinin, qarısı tərəfindən müdrikcəsinə həyata keçirilməsindən bəhs olunur. Filmdə rolları Svetlana Həkimova, Vaqif Kərimov, Bənövşə Əliyeva, Xanım Əliyeva, Şövqiyə Əliyeva, İlham Əlizadə və Nihad Əlizadə ifa edirlər.

Məzmun Filmdə təsərrüfatları məhv olmuş tərəkəmə ailəsinin həyatından, ana və övlad bağlılığından, həyata münasibətdən bəhs edilir. Ölüm yatağında olan qocanın (Vaqif Kərimov) son istəyinin qarısı (Svetlana Həkimova) tərəfindən müdrikcəsinə həyata keçirilməsi filmin əsasını təşkil edir.

Film çıxış yolu olmayan heç bir çətin vəziyyətin olmadığı ideyasına xidmət edir. Süjetdəki ana südü həyatın axarını dəyişmir, əksinə başqa həyatın başlanğıcı olur. Filmi maraqlı edən cəhətlərdən biri də süjetə verilən fəlsəfi yozumdur.

Festivallar Belçikada 39-cu Beynəlxalq Ghent festivalı Dubai International Film Festivalı ABŞ-də Milwaukee Short Film Festivalı Gürcüçtanda Batumi Beynəlxalq film festivalı

Filmin üzərində işləyənlər Ssenarist: Xəyyam Abdullayev, Elməddin Alıyev Rejissor: Xəyyam Abdullayev, Elməddin Alıyev Operator: Elman Əliyev Prodüser: Zövqü Quliyev Rəssam: İbrahim Kərimov Bəstəkar: Xəyal Məmmədov

Rollarda Svetlana Həkimova — qocanın qarısı Vaqif Kərimov — xəstə qoca Bənövşə Əliyeva Xanım Əliyeva Şövqiyə Əliyeva İlham Əlizadə Nihad Əlizadə

İstinadlar

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2012-ci ilin Azərbaycan filmləri 2010-cu illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:2012-ci ilin filmləri Kateqoriya:2012-ci ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Azərbaycan köçəri həyatı Kateqoriya:Azərbaycan qısametrajlı filmləri Kateqoriya:Azərbaycanın dram filmləri