Məhəmmədəmin Riyahi () — Azərbaycan əsilli İran tarixçisi, ədəbiyyatşünası və dövlət xadimi.Moḥammad Esteʿlāmi, "RIAHI, MOHAMMAD AMIN" in Encyclopaedia Iranica. Online access at March, 2011
Həyatı Azərbaycan əsilli tədqiqatçı, tarixçi və ədəbiyyatçı Məhəmmədəmin Riyahi 1923-də Qərbi Azərbaycan ostanının Xoy şəhərində anadan olmuşdur. O, 2009-cu ilin may ayında 86 yaşında Tehranda vəfat etmişdir.
Təhsili İbtidai və orta təhsilini Xoyda bitirib, ikinci dünya müharibəsinin başlanması və Azərbaycanın işğal olunmasının ardınca təhsilini davam etdirmək məsədi ilə Tehran şəhərinə köçmüşdür. Tehran Universitetinin ədəbiyyat fakültəsində Bədiülzaman Furuzanfər, Abbas İqbali Aştiyani, Məliküşşüəra Bahar, Əbdüləzim Qərib və s… alimlərdən dərs almışdır. 1958-də fars dili və ədəbiyyatı sahəsində diplom almışdır, daha sonra təhsilini davam etdirib, ədəbiyyat üzrə doktorluq dərəcəsinə yiyələnmişdir.
Fəaliyyəti Məhəmmədəmin Riyahi illərlə təlim işində çalışaraq ədəbiyyat və tarix üzrə tədqiqatlar aparmışdır. İran mədəniyyəti, Firdovsinin "Şahnamə" əsəri və İran tarixi haqqında dəyərli tədqiqi əsərlər yaratmışdır. Həmçinin tarix üzrə məktə dərsliklərinin yazılmasında da yaxından iştirak etmişdir.
Onun əsas araşdırma mövzusu Firdovsinin, Hafizin yaradıcılığı və fars dili olmuşdur. Həmçinin, İranika Ensiklopediyasının yazarlarından biri olmuşdur.
O, Tehran Universitetində professor kimi çalışmışdır. Şahnamə fondunun qurucu üzvlərindən biri və sonradan rəhbəri olmuşdur (1971–1979). İran Ədəbiyyat və İncəsənət Akademiyasının vitse-prezidenti olmuşdur. O, həmçinin 1979-cu ildə İranın Mədəniyyət və Təhsil naziri kimi də çalışmışdır.
Əsərləri Qədim əsərlərlə bağlı yazdığı əsərlər: Cahannamə, Məhəmməd ibn Nəcib Bəkran (1963) Məftah-əl-Muamelat, Məhəmməd ibn Əyub Təbəri (1970) Mərsad-əl-ebad, Nəcməddin Razi (1973) Alamarayi Nadiri, Məhəmməd Kazım Mərvi (1983) Nüzhət-əl-məcalis, Camal Xəlil Şarvani (1996)
Tarix və ədəbiyyatla bağlı tədqiqatları: Kisai Mərvazinin həyatı və şeriyyatı (1988) Osmanlı bölgəsində fars dili və ədəbiyyatı (1990) Xoyun tarixi (1993) Firdovsi və Şahnamə ilə ilkin erkən mənbələr (1993) Firdovsinin həyatı, düşüncləri və şeriyyatı (1996) İran tarixi, ədəbiyyatı və dili haqqında 40 esse (2000)
Həmçinin bax İran azərbaycanlılarının siyahısı Jalə Amuzgar Abbas Zəryab Hüma Natiq
Xarici keçidlər
İstinadlar Kateqoriya:Xoyda doğulanlar Kateqoriya:Tehranda vəfat edənlər Kateqoriya:İran azərbaycanlıları Kateqoriya:İran tarixçiləri Kateqoriya:Behişti-Zəhrada dəfn olunanlar Kateqoriya:İran azərbaycanlısı tarixçilər Kateqoriya:İran ədəbi tənqidçiləri Kateqoriya:İran azərbaycanlısı yazıçılar Kateqoriya:XX əsr İran siyasətçiləri Kateqoriya:XXI əsr İran tarixçiləri