Bağatur xaqan — Tardu xaqanın oğlu, Göytürk xaqanı. Öncələr dövlətin şimal hissələrini idarə edirdi.

Hakimiyyəti Xaqanlığa Tuluların dəstəyi ilə öz qardaşı oğlu Tonqu öldürərək gəlmişdi. Tan sülaləsindən bir şahzadə ilə evlənmək istəsə də buna nail olmadan üsyan nəticəsində devrildi. Altay dağlarına qaçdısa da orda öldürüldü. Yerinə Nuşibilərin dəstəklədiyi, öncəki xaqanın oğlu Si Yabqu xaqan gəldi.L. M. Qumilyov :Eski Türkler, Selenge yayınları, İstanbul, 2002, ISBN 975-7856-39-8, OCLC 52822672, səh.265-266

İstinadlar

Kateqoriya:Qərbi Göytürk xaqanları Kateqoriya:Aşina ailəsi Kateqoriya:Xristian monarxlar