II Afonso () və ya Şişman Afonso (; ) — III Portuqaliya kralı. Hakimiyyəti dövründə hüquq islahatları və mərkəzi hakimiyyətin möhkəmləndirilməsi sahəsində atdığı addımlarla tanınmışdır.

1185-ci ildə Koimbrada dünyaya gəldi. Atası I Sançonun ölümündən sonra 1211-ci ildə taxta çıxdı. Hakimiyyətinin əvvəlində bəzi zadəgan və ailə üzvləri ilə münaqişələr yaşadı. Qardaşlarına qarşı sərt tədbirlər görməsi daxildə narazılığa səbəb oldu. II Afonso Portuqaliyada hüquq sisteminin təməlini qoyan ilk hökmdarlardan biri sayılır. O, yazılı qanunların tətbiqinə üstünlük vermiş, xüsusilə torpaq mülkiyyəti və vergi sahəsində islahatlar aparmışdır.

1206-cı ildə Kastiliya kralı VIII Alfonsonun qızı Urraka ilə evləndirildi. Cütlüyün bu nigahdan 4 övladı dünyaya gəldi.

II Sanço, Portuqaliya kralı III Afonso, Portuqaliya kralı Elyanora, Danimarka kraliçası Fernando (1217-1246), Serpa lordu Mərkəzi hakimiyyəti möhkəmləndirmək məqsədilə zadəganların və kilsənin səlahiyyətlərini məhdudlaşdırmağa çalışmışdır. Bu isə onun Roma Papası ilə münasibətlərini gərginləşdirmişdir. II Afonso 25 mart 1223-cü ildə Koimbrada vəfat etmiş və burada dəfn edilmişdir. Taxt-taca onun oğlu II Sanço sahib olmuşdur. Mənbə

Ədəbiyyat

İstinadlar Kateqoriya:Portuqaliya kralları