Sonic 3D, Sonic 3D: Flickies’ Island və ya Sonic 3D Blast — "Sonic Team" oyun şirkəti tərəfindən 1996-cı ildə yaradılan macəra oyunudur.

Hekayə

Həkim Robotnik alternativ ölçülmədə yaşayan Fliki adlı quşları tapdıqdan sonra öyrənir ki, bu quşlar böyük üzüyün köməyi ilə müxtəlif yerləri gəzə bilirlər. Bu səbəbdən Həkim Robotnik onları robota döndərir ki, Xaosun zümrüdlərini asan tapsın. Sonik Fliki adasına səyahət edən zaman burada Həkim Robotnikin bazasını görür və onun quşlardan robot düzəldtməsini müşahidə edir. Bütün bu hadisələri öyrənən Sonik qərar verir ki, Fliki quşlarını xilas etsin və Həkim Robotnikin Xaosun zümrüdləri axtarışına son qoysun. Sonik əvvəlcə quşları azad edir və Həkim Robotnik ilə bir neçə dəfə döyüşür. Bir çox macəralardan sonra Sonik Həkim Robotnik ilə sonuncu dəfə döyüşərək ona qalib gəlir və bütün quşları azad edir.

Xarici keçidlər Rəsmi sayt

Kateqoriya:Sonic the Hedgehog Kateqoriya:Platforma videooyunları Kateqoriya:İzometrik qrafikaya malik videooyunlar Kateqoriya:1996-cı ilin videooyunları Kateqoriya:Birləşmiş Krallıq videooyunları Kateqoriya:Yaponiya videooyunları Kateqoriya:Birnəfərli videooyunlar Kateqoriya:Alternativ sonluqlu videooyunlar Kateqoriya:Windows videooyunları Kateqoriya:Sega Saturn videooyunları