İnqilab Şəfaqət oğlu Şəmiyev () — Respublikanın Tədarük və Meyvə-Tərəvəz Təsərrüfatı naziri (1969–1985), kənd təsərrüfatı elmləri namizədi.
Həyatı İnqilab Şəfaqət oğlu Şəmiyev 1934-cü ildə Ağcabədi rayonunun Gələbədin kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1956-cı ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1956-cı ildə elmi fəaliyyətə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutundan başlamışdır. 1962-ci ildə kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almişdır. Otuzdan artıq elmi işin və məqalənin müəllifidir. O, 1997-ci ildə vəfat etmişdir.
İnqilab Şəmiyevin 2 övladı var.
Əmək fəaliyyəti 1962–1967-ci illərdə Azərbaycan Mərkəzi Komitəsində təlimatçı, bölmə müdiri və kənd təsərrüfatı şöbəsində müdir müavini; 1967–1985-ci illərdə Azərbaycan Respublikasi Nazirlər Soveti yanında Baş Taxıl Məhsulları İdarəsinin rəisi, Dövlət Taxıl Məhsulları Komitəsinin sədri, "Azmeyvətərəvəzsənaye" Respublika Birliyinin sədri, Respublikanın Tədarük və Meyvə-Tərəvəz Təsərrüfatı naziri ; 1985–1990-cı illərdə "Azərtərəvəztoxum" Respublika Birliyinin rəisi; 1990–1994-cü illərdə Dövlət Aqrar-Sənaye Komitəsində Baş Bitkiçilik Məhsulları İstehsalı İdarəsinin rəisi; 1994–1995-ci illərdə Respublika Kənd Təsərrüfatı Nazirliyində Üzüm, Meyvə-Tərəvəz Məhsulları istehsalı və Tədarükü Baş İdarəsinin rəisi,
Siyasi fəaliyyəti İnqilab Şəmiyev 1970, 1975, 1980 və 1985-ci illərin çağırışında Azərbaycan Ali Sovetinin deputatı olmuşdur.
İnqilab Şəmiyev bir müddət Azərbaycan Demokratik Sahibkarlar Partiyası üzvü olmuşdur. 1995-ci il parlament seçkilərində partiyanın poporsional seçki üzrə vahid namizədlər siyahısında beşinci sırada olmuşdur. ADSP proporsional seçkilərdə 142 323 səs (ümumi səslərin 4%-i) toplayaraq 8%-lik səs həddini keçə bilməmiş, İnqilab Şəmiyev isə deputat seçilə bilməmişdir.Dieter Nohlen, Florian Grotz & Christof Hartmann (2001) Elections in Asia: A data handbook, Volume I, p357
Mükafatları "Lenin" ordeni, "Qırmızı Əmək Bayrağı" ordeni, "Oktyabr İnqilabı" ordeni və Ali Sovetin Fəxri Fərmanı, bir sıra medallara, o cümlədən Ümumiittifaq Xalq Təsərrüfatının Naliyyətləri Sərgisi (ÜXTNS)-nin qızıl və gümüş medalları ilə təltif olunmüşdur.
Kateqoriya:Ağcabədidə doğulanlar Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin deputatları