Artur Miller (; ) — ABŞ dramaturqu.

Həyatı Amerika, ümumilikdə dünya dramaturgiyasının klassiki və əfsanəsi Artur Miller 1915-ci ilin 17 oktyabrında Nyu-Yorkda anadan olub. Millerin 1943–1999-cu illər, yəni yarım əsrdən artıq bir müddəti əhatə edən pyes yaradıcılığı onun XX əsr dünya dramaturgiyasındakı yerini müəyyən etdi. Və şübhəsiz ki, onun yeri birincilər sırasındadı. Millerin dramları Amerikanın və Avropanın ən nüfuzlu teatrlarında oynanılıb, ədəbi tənqidçilər və teatrşünaslar indi bu əsərləri XX əsrin sənət hadisəsi adlandırırlar.

Teatr təbii ki, vizual sənətdi, amma Millerin pyesləri hardasa dramaturgiya ilə nəsrin vəhdətində, daha doğrusu, sərhədlərində yazılıb. Çünki dialoqlar obrazların daxili aləmin psixoloji vəziyyətini açmağa yönəlib. Artur Millerin pyesləri əsasən sosial yönümlü olsa da, ABŞ-dəki böyük depressiyadan bəhs etsə də, dramaturqun qəhrəmanları bu mövzunu bəşəri mövzu anlamı səviyyəsinə qaldıra bilirlər.

Məşhur dramaturqun 1968-ci ildə yazılmış "Qiymət" pyesi illüziyalar və gerçəklər, həqiqət və yalan, yaxın adamların bir-birinə doğmalığı və yadlığı haqqındadır.

Artur Miller 10 fevral 2005-ci ildə vəfat edib.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ dramaturqları Kateqoriya:ABŞ yazıçıları Kateqoriya:Nyu-Yorkda doğulanlar Kateqoriya:Sidik kisəsi xərçəngindən ölənlər Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:ABŞ ateistləri Kateqoriya:XX əsrin ABŞ romançıları Kateqoriya:Dramlar Kateqoriya:Avtobioqrafiyalar Kateqoriya:Teatrşünaslar