Arif Nəriman oğlu Əsgərov () — Azərbaycan Respublikası Nəqliyyat nazirinin müavini
Həyatı Arif Nəriman oğlu Əsgərov 1961-ci il yanvarın 1-də Tovuz rayonunun Qovlar qəsəbəsində anadan omuşdur. 1982-ci ildə Lenin Ordenli və Qırmızı Əmək Bayrağı Ordenli Moskva Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunun "Dəmir yolunun iqtisadiyyati və idarə edilməsi" ixtisasını bitirmişdir.
1982–1989-cu illərdə Azərbaycan dəmir yolu Bakı maliyyə şöbəsinin müffətişi, 1989–1993-cü illərdə yolun mühasibat və maliyyə xidməti rəisinin müavini, 1993–1993-cü illərdə yolun maliyyə xidmətinin rəisi, 1993–1994-cü illərdə yolun maliyyə xidməti rəisinin müavini, 1994–1996-cı illərdə "Azərreyl" Səhmdar Cəmiyyətinin Baş direktorun 1-ci müavini, 1996-cı ildə Azərbaycan Dövlət Dəmir Yolu maliyyə və məlumat xidmətinin rəisi, 1996–2000-ci illərdə yolun maliyyə xidmətinin rəisi, 2000–2003-cü illərdə yolun "Tarif və nəqliyyatservis" xidmətinin rəisi, 2003–2004-cü illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi Maliyyə və kredit departamentinin rəisi vəzifələrində çalışmışdır.
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun qardaşıdır.
İctimai-siyasi fəaliyyəti Arif Əsgərov 2004–2009-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi, 2009–2015-ci illərdə isə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Nəqliyyat nazirinin müavini təyin edilmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan Dəmir Yollarının rəhbərləri