Ofeliya Hacağa qızı Sənani () — televiziya aparıcısı, aktrisa, Azərbaycan Respublikasının xalq artisti (1991). "Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin və Naxçıvan Muxtar Respublikası kütləvi informasiya vasitələrinin işçilərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 may 1991-ci il tarixli, 200 nömrəli Fərmanı Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü.
Həyatı Ofeliya Sənani Azərbaycan Dövlət Universitetini bitirmişdir (1966). Gültəkin Cabbarlının yetirməsidir. Teleradio Verilişləri Şirkətinin diktorudur. 1959–1975 illərdə radioda işləmiş, bir sıra radio tamaşalarında baş rollarda çıxış etmişdir. 1975-ci ildən televiziyada fəaliyyət göstərir. 1960–1990-cı illərdə eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləmiş, 100-dən artıq filmin baş qəhrəmanlarını səsləndirmişdir. Kinofilmlərdə də çəkilmişdir ("Dağlarda döyüş", "Ulduzlar sönmür" bədii filmləri, "Bakı bulvarı", "Mücrü" və s. televiziya filmləri).
2002-ci ildən prezident təqaüdçüsü olub. 2026-cı ildə sənətkarın 85 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Film Fondunda yaradıcılıq gecəsi keçirilmişdir.
Ssenarist Valid Sənaninin həyat yoldaşıdır.Sənani, O. Məşhur diktor: "Qayınatam bunu mənə qadağan etmişdi": [Xalq artisti Ofelya Sənaninin müsahibəsi] //Xalq cəbhəsi.- 2016.- 26 fevral.- S.15.
Filmoqrafiya Dağlarda döyüş (film, 1967) Sahil bağı (film, 1967) O qızı tapın (film, 1970) Yeddi oğul istərəm... (film, 1970) Gün keçdi (film, 1971) Ulduzlar sönmür (film, 1971) Var olun, qızlar... (film, 1972) Skripkanın sərgüzəşti (film, 1972) Mücrü (film, 1973) Tütək səsi (film, 1975) Ürək... Ürək... (film, 1976) Arxadan vurulan zərbə (film, 1977) Qayınana (film, 1978) Dantenin yubileyi (film, 1978) Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film) – rol: sərnişin
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.
Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Diktorlar Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin məzunları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri