Nizami Musayev — aktyor, rejissor, ssenari müəllifi, trük quruluşçusu. 1992-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Banditizmə və Terrorizmə qarşı Mübarizə İdarəsinin rəisi.

Həyatı Rejissor-aktyor Nizami Musayev 1981-ci ildən kinoda fəaliyyət göstərir. İdmançı olduğu üçün bir neçə filmin trüklərinə özü quruluş vermiş və trükləri özü həyata keçirmişdir.

Nizami Musayev 1992-ci ildə Azərbaycan Daxili İşlər Nazirliyinin Banditizmə və Terrorizmə qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıb.

1995-ci ildən axtarışda olan N. Musayev dövlət əmlakını mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinərək, 2015-ci ildə həbs edilib.

Filmoqrafiya Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film) — trüklərin quruluşu; kaskadyor; rol: oğru Araqarışdıran (film, 1987) Bəyin oğurlanması (film, 1985) Cin mikrorayonda (film, 1985) İşarəni dənizdən gözləyin (film, 1986) Qanlı zəmi (film, 1985) Qara gölün cəngavərləri (film, 1984) Qorxma, mən səninləyəm Lətifə (film, 1989) Ölsəm... bağışla (film, 1989) Özgə ömür (film, 1987) Söhbətül-əsmar (film, 1994) Şeytan göz qabağında (film, 1987) Yaramaz (film, 1988)

İstinadlar

Xarici keçidlər Məktəblərimizin problemlərindən bəhs edən film

Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Ssenaristlər