Reyunyon ( ) — Fransanın xarici departamentlərindən biri. Hind okeanının qərb hissəsində eyniadlı adada yerləşir. Reyunyon Maskaren adaları arasında ən böyüyüdür. Adanın uzunluğu 75 km-dir. Bu vulkan mənşəli adanın çox hissəsini dağlar tutur, onlardan ən hündürü adanın mərkəzində olan Piton-de-Nej dağıdır (3069m).
Coğrafiyası Ada tropik iqlim qurşağında yerləşsə də, yüksəkliyə doğru hava sərinləşir, yağıntıların miqdarı yüksəklikdən asılı olaraq dəyişir. Cənub və şərqdə leysan yağıntıları ildə 4000 mm, şimalda və qərbdə isə il ərzində 1000 mm-ə qədər rütubət gətirir. Ada siklonların müntəzəm olaraq hərəkət etdiyi zonada yerləşir və güclü leysan yağması ilə müşahidə olunur.
İqtisadiyyatı Təsərrüfatda kənd təsərrüfatı məhsullarının becərilməsi üstünlük təşkil edir. Adada şəkər qamışı becərilən əsas bitkidir, həmçinin rom, vanil, efir yağı da ixrac edilir.
Turizm 1988-ci ildən turizm yüksək sürətlə inkişaf edir. Gözəl landşaftı, qumlu çimərlikləri turist axınına səbəb olur.
Din Adanın mərkəzi olan Sen-Deni tolerant bir şəhərdirReyunyon, Fransanın Hind okeanında bir parçası . milli.az, 03.02.2016. Burada məscidlər və kilsələr qonşuluqda yerləşir. Adaya müxtəlif dövrlərdə ərəblər, portuqallar və fransızlar sahiblik ediblər. Hazırda burada müxtəlif dinlərə ibadət edən davranış qaydaları, adət-ənənələrinə görə tamamilə fərqlənən insanlar yaşayırlar.
İstinadlar
Kateqoriya:Hind okeanının adaları Kateqoriya:Fransa departamentləri Kateqoriya:Fransa regionları Kateqoriya:Ada dövlətlər Kateqoriya:Asılı olan ərazilər Kateqoriya:Vulkanik adalar Kateqoriya:Fransız dilində danışılan ölkə və bölgələr Kateqoriya:1946-cı ildə yaranmış dövlətlər və ərazilər