Fətəliyev Ramiz Məmmədəli oğlu () — Azərbaycan kinossenaristi,Fətəliyev, R. "Hökmdarın taleyi" filmində mühüm tarixi səhvlər buraxmışıq: Ramiz Fətəliyev: Filmdə lap min nəfər də ölsə, hər çey ideyaya xidmət etməlidir": [Ssenarist -rejissor Ramiz Fətəliyevlə müsahibə] //Xalq cəbhəsi.- 2015.- 31 iyul.- S. 15. Azərbaycan Respublikası Xalq Artisti.

Həyatı Ramiz Fətəliyev 7 iyun 1946-cı ildə Bakıda anadan olub. 1972-ci ildə Moskvada Ali rejissorluq və ssenaristlər kursunu bitirib.Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Respublika qəzetlərində və jurnallarında əsərləri çap olunub.

1974–1975-ci illərdə "Azərbaycanfilm" kinostudiyasıın ssenari-redaksiya kollegiyasının üzvü olmuş və həmin dövrdən yaradıcılıq bioqrafiyası Azərbaycan kinematoqrafiyası ilə bağlı olmuşdur. 1985–1986-cı illərdə isə o, kinostudiyada baş redaktor vəzifəsində çalışmışdır. 1987–1991-ci illərdə siyasi və detektiv romanların Sovet Assosiasiyasının vitse-prezidenti, 1990–1995-ci illərdə əvvəlcə Azərbaycan Ali Sovetinin deputatı, sonra Milli Məclisin üzvü olmuşdur. Ramiz Fətəliyevin ssenariləri üzrə "Azərbaycanfilm"də "Rəqiblər" (kinonovella), T. Bəkirzadə ilə birgə "Ömrün ilk saatı", "Dənizə çıxmaq qorxuludur" (V. Qonçarova, Ə. Əbluçla birgə), "Birisigün, gecəyarısı" (M. Avdiyev, A. Donetslə birgə), "Sizi dünyalar qədər sevirdim", "Burulğan" (E. Quliyevlə birgə), "Xüsusi vəziyyət", "Aşkarsızlıq şəraitində", "Yaramaz" (V. Mustafayevlə birgə), SSRİ-nin müxtəlif kinostudiyalarında 20-dən artıq, o cümlədən "Öz səadəti", "Köhnə məktublar", "Qraçlar", "Mənasız həyat" (Ukrayna), "Altıncı", "Hər cür risqsiz", "Həyatın mənası" (Özbəkistan) bədii filmləri çəkilmişdir. 2002-ci ildən Ramiz Fətəliyev kinoda həm də rejissor kimi fimlər çəkir. O , "Bir anın həqiqəti" (12 seriyalı), "Məhəllə", "Qraf Krestovski" və s. bədii televiziya filmlərinə quruluş vermişdir. O, 1986–1995-ci illərdə kinostudiyanın direktoru olmuşdur.

SSRİ-nin bir sıra kinostudiyalarında ssenariləri çəkilib.

Mükafatları Ramiz Fətəliyev Azərbaycan Respublikasının xalq artisti, respublika Dövlət mükafatı laureatıdır.

6 iyun 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə Ramiz Fətəliyev "Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə" "Şöhrət" ordeni və "Azərbaycan Respublikasında kinematoqrafiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə" "Xalq artisti" fəxri adı ilə təltif edilib.

2019-cu ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatına layiq görülüb.

8 iyun 2026-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Filmoqrafiya

Quruluşçu rejissor Bir anın həqiqəti (film, 2003) Məhəllə (film, 2003) Qraf Krestovski () (2004) — "NTV" (Rusiya, 2004) Hökmdarın taleyi (film, 2008)

Ssenari müəllifi Azərbaycanın faunası (film, 1970) Azərbaycanın florası (film, 1970) Azərbaycan SSR (film, 1973) Ömrün ilk saatı (film, 1973) Dənizə çıxmaq qorxuludur (film, 1973) Diplomlu mütəxəssis (film, 1974) ("Mozalan" № 16 (1974)) Ömrün səhifələri (film, 1974) Yeraltı əhvalat (film, 1975) Azərbaycan ipəyi (film, 1977) Öz bəxtim (film, 1979) () — Dovjenko ad.k/s (1979) Həyatın xırdalıqları (film, 1980) () — Dovjenko ad.k/s (1980) Köhnə məktublar (film, 1981) () — Dovjenko ad.k/s (1981) Altıncı (film, 1981) () — Qorki ad.k/s (1981) Birisigün, gecəyarısı... (film, 1981) Zağcalar (film, 1982) () — Dovjenko ad.k/s (1982) Ailə işləri (film, 1982) () — Dovjenko ad.k/s (1982) Köçəri (film, 1983) () — "Ermənifilm" ("Mosfilm Debut" studiyası üçün) (1983) Şahidsiz (film, 1983) () — "Mosfilm" (1983) Xüsusi risk etmədən (film, 1983) () — Qorki ad.k/s (1983) Çıxış yolu (film, 1984) ("Mozalan" № 87 (1984)) Bəlkə… (film, 1985) ("Mozalan" № 95 (1985)) Sövdə (film, 1985) () — Qorki ad. k/s (1985) Sizi dünyalar qədər sevirdim (film, 1985) Xüsusi vəziyyət (film, 1986) İnciklik (film, 1986) () — "Mosfilm" (1986) Toy ittiham olunur (film, 1986)]] () Təzə evlənənlər üçün çətir (film, 1986) () — "Mosfilm" (1986) Aşkarsızlıq şəraitində... (film, 1986) Burulğan (film, 1986) Həyatın mənası (film, 1987) () — "Özbəkfilm" (1987) Rüstəm İbrahimbəyov (film, 1988) Yaramaz (film, 1988) Təxribat (film, 1989) Girişmə, öldürər! (film, 1990) Бес в ребро (film, 1990) () Nakəs (film, 1991) Xəzərim mənim, taleyim mənim (film, 1991) Bir anın həqiqəti (film, 2003) Qraf Krestovski () (2004) — "NTV" (Rusiya, 2004) 40 (film, 2007) Ev (film, 2007) Həyatdan sonra (film, 2008) () Düyün (film, 2008) Sürü (teleserial, 2009) () Kuklalar (film, 2009) İstanbul reysi (film, 2010) Əlavə təsir (film, 2010) Buta (film, 2011) Vəkil hanı? (film, 2011) Sirr (serial, 2012) Həddən artıq uyğunluq (film, 2016) Postskriptum (film, 2016)

Redaktor Şeytan göz qabağında (film, 1987) Lətifə (film, 1989) Qətl günü (film, 1990) Aktrisa (film, 2011) (tammetrajlı bədii film) — redaktor Şəbəkə (film, 2011) Dolu (film, 2012)

Dialoqların müəllifi Yarımçıq xatirələr (film, 2015)

Yaradıcılıq birliyinin rəhbəri Tam məxfi (film, 2004)

Məsləhətçi Ci-Mi (film, 2008) Qocalar (film, 2008)

İstinadlar

Mənbə Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 310–311. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.

Xarici keçidlər Биографические сведения и фильмография 70 лет режиссёру-сценаристу Рамизу Фаталиеву Рамиз Фаталиев. "Командировка" Ramiz Fətəliyev: "Anarın Axundov haqqında filmi çox keyfiyyətsiz televiziya tamaşasıdır" — MÜSAHİBƏ Səda — Ramiz Fətəliyev-70 (08.06.2016)

Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:"Azərbaycanfilm" kinostudiyasının direktorları Kateqoriya:Azərbaycan film redaktorları Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin məzunları Kateqoriya:Azərbaycan Milli Kino Mükafatı laureatları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Rusiya kinorejissorları Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:Azərbaycan kinorejissorları