Tahir Rzayev () — Azərbaycan Respublikasının Milli Məclisi II, III, IV, V və VI çağırış deputatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru.
Həyatı Tahir Rzayev 24 fevral 1950-ci ildə Ağcabədi rayonunun Xəlfərəddin kəndində anadan olmuşdur. O, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində və Bakı Ali Partiya Məktəbində təhsil almışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 20 kitabın müəllifidir. Rus dilini bilir.
1970-ci ildən Ağcabədi rayonunun tikinti idarələrində fəhlə olaraq çalışmışdır.
Evlidir, 3 övladı var.
İctimai-siyasi fəaliyyəti Tahir Rzayev 1971-ci ildən Ağcabədi rayonunda çıxan "Sürət" qəzetində ədəbi işçi, 1977-ci ildən rayon Komsomol Komitəsinin ikinci katibi, birinci katibi, 1982-ci ildən Ağcabədi Rayon Partiya Komitəsinin təlimatçısı, 1987-ci ildən Ağcabədi Rayon İcraiyyə Komitəsi sədrinin birinci müavini, Ağcabədi Rayon Partiya Komitəsinin ikinci katibi işləmişdir.
1989−1994-cü illərdə rayon yemçilik birliyində fəhlə, "Ülfət" qəzetində ədəbi işçi, "Aran" qəzetində şöbə müdiri, 1994–1999-cu illərdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının köməkçisi, İcra Hakimiyyətinin şöbə müdiri, 1999–2001-ci illərdə Ağcabədi şəhər bələdiyyəsinin sədri vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyası üzvüdür.
Parlamentdə Azərbaycan Respublikasının Milli Məclisi II, III, IV, V və VI çağırış deputatı seçilmişdir. Aqrar siyasət komitəsinin sədri
2024-cü il oktyabrın 8-də Azərbaycan — Qətər parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
İstinadlar
Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Ağcabədi Rayon Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Azərbaycan bələdiyyələrinin sədrləri Kateqoriya:Azərbaycan Milli Məclisinin Aqrar siyasət Komitəsinin sədrləri Kateqoriya:Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvləri Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları