Həmdulla Yunis oğlu Cəfərov () — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı.

Həyatı Həmdulla Cəfərov 1962-ci il iyunun 15-də Quba şəhərində anadan olub. St. Peterburq Maliyyə-İqtisad İnstitutunda sənayenin planlaşdırılması üzrə ali təhsil alıb. Rus dilini bilir. Bitərəfdir.

Həmdulla Cəfərov ailəlidir, 2 övladı var.

Fəaliyyəti 1995-ci il noyabrın 26-da baş tutan təkrar parlament seçkilərində 63 nömrəli Quba dairəsindən bitərəf namizəd olan Həmdulla Cəfərov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Həmdulla Cəfərov Milli Məclisin Büdcə məsələləri Daimi Komissiyasının və Azərbaycan—Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.

İstinadlar

Kateqoriya:Qubada doğulanlar Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycan siyasətçiləri