Bazu kələfi dörd aşağı boyun sinirlərinin və qismən IV boyun və I döş sinirlərinin ön şaxələrindən əmələ gəlir. Bəzən II döş sinirinin ön şaxəsindən də kiçik şaxəcik alır. Ön pilləli və orta pilləli əzələlərin arasından xaricə çıxaraq, aşağı, bayır tərəfə gedir, körpücük sümüyünün altından qoltuq çuxuruna daxil olur. Körpücüküstü və körpücükaltı çuxurları keçərkən körpücükaltı arteriyadan yuxarı və dala yerləşir, öz vəziyyətinə görə iki hissəyə bölünür: körpücüküstü hissə və körpücükaltı hissə . Bazu kələfi qoltuq çuxuruna daxil olarkən üç dəstəyə ayrılır: bayır, içəri və dal dəstələr — . Bunlar qoltuq çuxurunda qoltuq arteriyasını əhatə edirlər. bazu kələfindən iki növ : qısa və uzun şaxələr çıxır.

İstinadlar

Kateqoriya:Periferik sinir sistemi Kateqoriya:Onurğa beyni Kateqoriya:Yuxarı ətraf sinirləri Kateqoriya:Sinir kələfi Kateqoriya:Avtonom sinir sistemi