Fateh Əli xan Sərdar Nisar Əli xan oğlu Qızılbaş — nəvvab.
Həyatı Fateh Əli xan Sərdar Nisar Əli xan oğlu Qızılbaş 1862-ci ildə Pəncab əyalətində anadan olmuşdu. 1897-ci ildə Pəncab ali şurasının üzvü olmuşdu. 1902-ci ildə rəsmi qonaq kimi Dehliyə dəvət edildi. O, Britaniya imperiyasının Hindistandakı şirkətlərinə pul yatırırdı. 1904-cü ildə general-qubernatorun qanunvericilik şurasının üzvü seçildi. 1911-ci ildə yenidən rəsmi qonaq kimi Dehliyə dəvət edildi.
Fateh Əli xan Qızılbaş Britaniya Hindistanının iri maliyyə maqnatlarından idi.
Fateh Əli xan Sərdar Nisar Əli xan oğlu Qızılbaş 1923-cü ildə vəfat edib.
Kateqoriya:Pakistan tarixi