Qüdsi Dursun oğlu Osmanov () — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri.
Həyatı Qüdsi Osmanov 16 fevral 1966-cı ildə Ermənistan SSR Noyemberyan rayonu Ləmbəli kəndində anadan olub.
Sankt-Peterburq Su Kommunikasiyaları Universitetini (İqtisadiyyat), Sankt-Peterburq Dövlət Universitetinin Hüquqşunaslıq və Beynəlxalq Münasibətlər fakültələrini bitirmişdir. Siyasi elmlər namizədidir. Rusiya Federasiyasının XİN nəzdində Diplomatik akademiyasının "Beynəlxalq iqtisadiyyat" fakültəsinin magistraturasını bitirmişdir.
1984–1987 — keçmiş SSRİ hərbi qüvvələr sırasında xidmət etmişdir.
Evlidir, dörd övladı var.
Karyerası 1997–2004 — Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Fəxri konsulu vəzifəsində çalışıb. 2004-cü il dekabrın 16-da ona 1-ci dərəcəli fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib. 2005–2013 — Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş konsulu vəzifəsini daşıyıb. 2013–2016 — Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfir müavini vəzifəsini yerinə yetirib. 2016-cı il sentyabrın 7-də o, Fövqəladə və Səlahiyyətli Səfir diplomatik rütbəsi ilə təltif edilib. 2016-2023 — Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
9 dekabr 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qüdsi Osmanov Fövqəladə və Səlahiyyətli Səfir diplomatik ranqına malikdir. Fəaliyyət sahəsi Azərbaycan ilə Rumıniya arasında iqtisadiyyat, ticarət, mədəniyyət, idman və elmi-texniki sahələrdə ikitərəfli münasibətlərin genişləndirilməsi. Azərbaycan Respublikasının milli maraqlarının, Azərbaycan Respublikasının Rumıniyada yaşayan vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və mənafelərinin qorunması.
Mükafatları "Sankt-Peterburqun 300-illiyi", "Rusiya donanmasının 300-illiyi" və Rusiyanın görkəmli dövlət xadimi və diplomat A. M. Qorçakov adına medallar ilə təltif edilib.В САНКТ-ПЕТЕРБУРГЕ ОТМЕТИЛИ ДЕНЬ ДИПЛОМАТИЧЕСКОГО РАБОТНИКА Azərbaycan Respublikası Prezidentinin 09 iyul 2019 il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. 09 iyul 2019 il tarixində Azərbaycan Respublikasının Xarici İşlər nazirliyinin "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı ilə təltif olunub. Moldova Respublikasının Xarici İşlər və Avropaya İnteqrasiyası Nazirliyinin "Diplomatik xidmətə görə" II dərəcəli medalı (30 oktyabr 2023-cü il) "Şərəf" ordeni (Moldova) (12 dekabr 2023) Moldova Respublikası Daxili İşlər Nazirliyinin “Əməkdaşlığa görə” medalı (27 dekabr 2023-cü il) Moldova Hökumətinin Fəxri Diplomu (28 dekabr 2023-cü il)
İstinadlar
Xarici keçidlər Azərbaycanın Rumıniyadakı səfirliyinin saytında Osmanov Qüdsi Dursun oğlunun profili
Kateqoriya:Azərbaycan diplomatları Kateqoriya:Loru mahalında doğulanlar Kateqoriya:Ermənistan azərbaycanlıları Kateqoriya:Sankt-Peterburq Dövlət Universitetinin məzunları Kateqoriya:Azərbaycanın Sankt-Peterburqdakı baş konsulları Kateqoriya:XXI əsrin diplomatları Kateqoriya:XX əsrin diplomatları