Şah İsmayıl — Bəstəkar Müslüm Maqomayevin eyniadlı Azərbaycan dastanı əsasında yazdığı opera.
Bəstəkar əsəri 1916-cı ildə eynadlı Azərbaycan dastanı əsasında yazıb, ilk dəfə tamaşaya 1919-cu ildə qoyub. Əsər 1925-ci ildə və sonrakı illərdə, müəllifin vəfatınadək (1937), ciddi libretto və musiqi dəyişikliklərinə məruz qalıb. Librettonun ilkin müəllifi Mirzə Əbdülqədir İsmayılzadədir olub, sonradan Məmməd Səid Ordubadi tərəfindən dəyişilib.
Operanın sujetinin əsasını Səfəvi Dövlətinin banisi Şah İsmayıl (XV–XVI) haqqında eyniadlı dastanın variantlarından biri təşkil edir. Birinci Şah İsmayıl, "Xətai" təxəllüsü ilə istedadlı sərkərdə və şair kimi şöhrət qazanmışdır. Onun şəxsiyyəti zaman ötdükcə xalqın təsəvvüründə ideallaşdırılmış və əfsanəyə çevrilmişdir. Operanın librettosunda Şah İsmayılın taxt-tac uğrunda mübarizəsi əks olunmuşdur. Müəllim Mirzə Əbdülqədir İsmayılzadə tərəfindən yazılmış operanın librettosunu bəstəkar sonralar yenidən işləmişdir.
Şah İsmayıl dastanı Bu məhəbbət dastanının 10-a yaxın variantı toplanmışdır. Bəzi mülahizələrə görə, dastan I Şah İsmayılın adı ilə bağlı yaranmışdır. Burada Şah İsmayılın Gülzara aşiq olması, bir sıra macəralardan sonra ona qovuşması, atasının taxtına keçməsi və ədalətli hökmdar olması təcəssüm olunur. Dastanda qəhrəmanlıq motivləri də öz əksini tapmış, Ərəbzəngi kimi cəngavər qadın obrazı verilmişdir.
Qaynaq
Video "Şah İsmayıl" operasını izlə — Təyyar Bayramovun ifasında "Şah İsmayıl" operasını izlə — Canəli Əkbərovun ifasında Nəvə Müslüm Maqomayev — "Şah İsmayıl" operasından Aslan şahın ariyası
Həmçinin bax Nərgiz (opera)
Kateqoriya:Əlifba sırasına görə operalar Kateqoriya:Müslüm Maqomayevin operaları Kateqoriya:Azərbaycan dilində operalar Kateqoriya:Mirzə Əbdülqədir Vüsaqinin əsərləri Kateqoriya:1916-cı ildə Azərbaycanda yarananlar