Assasinin kredosu: Mənşə () — Qatilin İnancı II videooyunu əsasında çəkilmiş üç qısa bölümdən ibarət bir filmdir. Film Ubisoft tərəfindən çəkilmişdir. Və birinci bölümü də 26 oktyabr 2009-cu ildə YouTube-də çıxmışdır. Filmin məqsədi videooyun üçün həvəs yaratmaq idi, bununla bərabər, həm də o, Ubisoft-un film sahəsinə girməsində ilk addım oldu.
Filmi kanadalı rejissor İv Simono yönəltmişdir.
Süjet Filmdəki əhvalat Qatilin İnancı II oyunundakı əhvalatın başlanğıcıdır. Diqqətlər videooyunun baş qəhrəmanı Ezio Auditore da Firenze-nin atası Covanni Auditore-nin üzərində cəmləşir.
Covanni XV əsr intibah dövrundə İtaliyada yaşayan bir Qatildir. Yeni bir çağın başlanğıcında satqın bir ailə tərəfindən birləşmiş vahid İtaliyanı dağıtmaq üçün İtaliyanın güclü ailələrindən olan Medisi ailəsinə qarşı sui-qəsd qurulur. Covanni də bir Qatil kimi təhlükə ilə üzləşməli və təqsirkar partiyanı ədalətə təslim etməlidir.
Əhvalat Qatilin İnancı II-dən əvvəl baş verir, Covanni və oğlu Ezio-nun düşmənləri eynidir.
Bölümlər Film üç bölümdən ibarətdir. Müvafiq olaraq 14, 14 və 9 dəqiqəlik üç kiçik bölüm.
Film "Sonluq... sənin əllərindədir" () sözləri ilə bitir (Başqa bir deyimlə: "Nəticə səndən asılıdır"). Həm də film bitərkən Qatilin İnancı II üçün mövzu qoyur.
Rollarda Film və oyun eyni heyət tərəfindən hazırlanıb. Hekayə səhnələri üçün bütün aktyorların (Devon Bostik istisnadır) hərəkətləri qeydə alındı, üzləri skan olundu, səsləri isə yazıldı
Romano Orzari — Covanni Auditore Manuel Tadros — Rodriqo Borciya Claudia Ferri — Mariya Auditore Jesse Rath — Federiko Auditore Devon Bostick — Ezio Auditore Alex Ivanovici — Lorenzo de' Medisi Michel Perron — Uberto Alberti Roc Lafortune — Məhbus No. 1 Arthur Grosser — Roma Papası IV Sikst Shawn Baichoo — Ata Antonio Maffei Peter Miller — Galeazzo Maria Sforza Harry Standjofsky — Silvio Barbarigo Frank Fontaine — Marco Barbarigo Maxime Savaria — Çapar
Əhəmiyyətli reaksiyalar 2010-cu il İGN-in məlumatına görə, "Qatilin İnancı: Mənşə! filminin ən çox izlənilən filmlərdən olmasının səbəbi onun yaxşı yönləndirilmiş süjeti, və videooyun əsasında çəkilməsinə baxmayaraq kinematoqrafiya elementlərinə də diqqət edilmiş olmasıdır.Filmin başqa bir yaxşı tərəfi xüsusi effektlərin yaxşı işlənməsi, intibah dövrü stilinin yaxşı hazırlanması olmuşdur. Tənqidçilər də bir çox əsas xarakterin, o cümlədən Covanni Auditore və Rodriqo Borciyanın keyfiyyətli səsləndirilməsini müsbət qiymətləndiriblər.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2009-cu ilin filmləri Kateqoriya:Kanada filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Kanadanın döyüş filmləri Kateqoriya:Kanadanın macəra filmləri Kateqoriya:Roma haqqında filmlər Kateqoriya:İngiliscə Kanada filmləri Kateqoriya:Miniseriallar Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:Videooyunlara əsaslanan bədii filmlər Kateqoriya:İtalyanca filmlər