"Xanım gəlincik ilə" () — Leonardo da Vinçinin portretlərindən biri. Tədqiqatçıların çoxunun fikrincə bu portretdə Sisilya Qallerani – İl Moro adı ilə tanınan Milan hersoqu Lüdoviko Sfrozanın sevgilisi təsvir olunub və bu da əsərin mürəkkəb simvolikasında öz təsdiqini tapır.
Bu rəsm əsəri "Mona Liza", "Cinevra de Bençinin portreti" və "Gözəl Ferronyera" ilə yanaşı Leonardoya məxsus dörd qadın portretindən biridir.
Portretin ehtimal edilən modeli
Ənənəvi olaraq hesab edilir ki, portretin modeli Milan hersoqunun məşuqəsi Sisilya Qalleranidir. Əvvəllər belə bir ehtimal mövcud idi ki, həmin qadın Leonardonun başqa bir portretində — "Gözəl Ferronyera" əsərində də təsvir olunmuşdur. Lakin hazırda, "Gözəl Ferronyera"dakı modelin, uzun müddət hersoqun məşuqəsi olmuş Lukresiya Krivelli olduğu güman edilir.
Bu portretin Qalleraninin təsviri ilə identifikasiyası ən yeni dövrə aiddir. Hələ 1877-ci ildə Leonardo yaradıcılığının tədqiqatçıları yazırdılar:
Yaradılması tarixi və vaxtı thumb|200px|Leonardonun başqa bir əsəri olan "Gözəl Ferronyera"da Lüdoviko İl Moronun başqa bir sevgilisi Lukresiya Krivelli, "Xanım sincab ilə" portretində olduğu dəbdə təsvir edilmişdir. Ehtimal edilir ki, Milan sarayında işləyən Leonardo, portreti Sisilya hersoqun sevgilisi olanda, yəni 1489–1490-cı illərdən başlayaraq işləmişdir. Ədəbiyyatda bir qayda olaraq portretdə 17 yaşlı Sisilyanın təsvir edildiyi göstərilsə də, bu sübut edilməmişdir. Başqa tərəfdən portreti rəssamın yaradıcılığının Milan dövrünün əvvəllərinə, yəni 1482–1483-cü illərə aid edən tədqiqatçılar da vardır. Bu halda portretdə Sisilya əsvir edilə bilməzdi, çünki həmin dövrdə onun cəmi on yaşı var idi.
Başqa mənbələrdə qeyd edilir: "Portret 1487-ci ildən sonra çəkilmişdir. Bunu Sisilyanın, Milana Lüdovik Sfrozanın qardaşı oğlu ilə kəbin tarixi müəyyən olan Araqonlu İzabel tərəfindən gətirilmişМихайлов, Б. П. Леонардо да Винчи Архитектор. — М.: Государственное издательство литературы по строительству и архитектуре, 1952. saç formasında təsvir edilməsi də sübut edir."
Sisilyanın Leonardo ilə tanışlığı haqqında dolayı məlumatlar da mövcuddur. Hesab edilir ki, 1489-cu ildə onlar Sfrosun sarayında tanış olmuşlar və Leonardo xanımın portretini çəkməyə başlamışdır. Xanım onu, özünün şəxsən sədrlik etdiyi, fəlsəfə və başqa elmlərin müzakirə edildiyi Milan intellektuallarının görüşlərinə dəvət etmişdir.
Leonardonun, ehtimal ki, Sisilyaya ünvanlanmış və "Sevgili ilahəm mənim…" (Amantissima mia diva) sözləri ilə başlanan məktubunun qaralaması da dövrümüzə çatmışdır. Leonardo və Sisilya arasında intim münasibətlərin olması haqqında da ehtimallar vardır, lakin həmin məlumatlar da az əsaslandırılmışdır. Çünki, bu cür məktub üslubu sevgi məktublaşmasını fərqləndirən xüsusiyyət deyildir, eləcə də, Leonardonun qadınlara marağının olmaması da sübut olunmuş bir faktdır.Leo Calvin Rosten The story behind the painting. — Cowles Magazines & book trade distribution by Doubleday, Garden City, 1962. — P. 32. — p.165.
Məlumata görə, şair Bernardo Bellinçione (1452–1492) sinyora Sisilyanın portretini gördükdən sonra demişdir:
Eyni zamanda şairin bu mövzuda yazılmış və ölümündən bir neçə il sonra nəşr edilmiş soneti ("Rime", XLV) də vardır.Гастев, А. А. Глава 16 // Леонардо да Винчи. — М.: Молодая Гвардия, 1982. — (Жизнь замечательных людей). Onlar Leonardo ilə yaxşı tanış idilər. Rəssam onun La Festa del Paradiso tamaşası üçün ssenoqrafiya yazmışdır.
Ehtimal ki, məhz bu şəkil Sisilya Haleraninin 29 aprel 1498-ci ildə İzabella d’Estə məktubunda xatırlanır. İzabella xahiş edir ki, Covanni Bellininin işi ilə müqayisə üçün portreti ona göndərsin:
Sisilya cavab verir ki, portret daha orijinala oxşamır, çünki o çəkiləndə çox cavan idi və o vaxtdan zahiri görünüşü çox dəyişilmişdir (). O yazır ki, "15 il keçmişdir" bu isə tarixi 1483-cü ilə aid edir, o vaxt isə onun on yaşı vardı. Portret İzabellaya göndərilmişdir..
Müəlliflik və saxlanması
Əsər ciddi şəkildə yenidən işlənmişdir ki, bu da onun müəllifinin Leonardo olmasını tam əminliklə təsdiqləməyə imkan vermir. Buna baxmayaraq, qızın üzünü və sincabın fiqurunu təsvir edən rəsmin hissələrinin yaxşı vəziyyətdə saxlanması icranın yüksək ustalığını aşkar edir.
Bu əsər, Leonardodan başqa Marko d’Odjono, Boltraffio, Ambrocio de Predis kimi intibah rəssamlarına da aid edilmişdir.
Rəsmin rentgenoqrafik tədqiqatında müəyyən edilmişdir ki, o, yenidən işlənib. Onun fonu bir qədər tündləşib (çox güman ki, əvvəl o tünd göy rəngdə olmuşdur), sağ yuxarıda (xanımın sol çiyninin arxasında) yerləşən qapı (pəncərə) kənar edilmişdir. Fon şəklin bərpası zamanı 1830–1870-ci illər yazılmışdır ki, bu da əsərin Ejen Delakrua tərəfindən bərpa edildiyini düşünməyə imkan verir.
Orijinal təsvirdə xanımın başını şəffaf duvaq bəzəyirdi ki, bərpa zamanı bu, saç ilə retuş edilmişdir. Burunun üst hissəsi və tüklərin düzülüş istiqaməti də dəyişdirilib. Sağ əlinin iki aşağı barmağının da vəziyyəti dəyişdirilib və onlar digərlərinə nisbətən az təbii görünürlər. Sol yuxarı küncdəki "LA BELE FERONIERE LEONARD D’AWINCI" yazısı da Leonardoya məxsus deyil və sonradan, çox güman ki, əsərdə Luvrdakı "Gözəl Ferronyera"nın təsvir edildiyinə inanan Çartorıyskinin onu almasından sonra əlavə olunmuşdur. İstənilən halda bu yazı İtaliyada yazılmayıb, əks halda Leonard sözünün sonuna "O" da yazılar və "W" hərfindən istifadə olunmazdı.
Tədqiqatlar nəticəsində fiqurun və başın konturunda spolvere texnikasının izləri aşkar edilmişdir ki, bu da ilkin şəkildə "kartondan" istifadəni, sonra o, şəklin taxtaya basılmasını və üstdən çəkilməsini təsdiq edir. Leonardonun bu dövr rəsmlərində adətən rast gəlinən barmaq izləri (o boyaları barmağı ilə yüngülcə yayırdı) Sisilyanın üzündə və sincabın başında da aşkar edilib."Fransız mühəndis və fotoqrafı Paskal Kott Krakovda, Çartorıyski muzeyində saxlanan "Xanım sincab ilə" əsəri üzərində Da Vinçinin əl izlərini çəkməyə müvəffəq olmuşdu. Kottun, İncəsənət tədqiqatçıları qeyd edirlər ki, bu əsər üzərində ola bilsin ki, Da Vinçi ilə yanaşı onun tələbələri də çalışmışlar, lakin tədqiqatlar nəticəsində yüz faiz sübut edilmişdir ki, xanım obrazı Da Viçinin özü tərəfindən işlənmişdir və sair fikirləri France Pressedə nəşr edilmişdi.
Paskal Kott 240 meqapiksel dəqiqliklə çəkən fotoaparatı ilə Da Vinçi və digər məşhur rəssamların əsərlərini tədqiq edir. Daha sonra çəkilən fotolara müxtəlif optik spektrlərdən baxılır ki, bu da insanın adi gözlə görə bilmədiyi rəng təbəqələrini görməyə imkan verir. Bu tədqiqat nəticəsində müəyyən edilmişdir ki, Xanımın fonu ilkin versiyada qara yox tünd göy rəngdə olmuşdur. Daha doğrusu, əsərin müasir vəziyyəti qeyri-dəqiq restovrasiyanın nəticəsidir. Həmçinin sincab da ilkin versiyada Da Vinçi tərəfindən bir qədər fərqli pozada işlənmişdi." Fotokameranın köməyi ilə Leonardo Da Vinçinin əl izi tapıldı Rentgen göstərmişdir ki, Leonardo əvvəl fiquru alaqapı və ya yarımyumru pəncərə ilə əhatə etmək istəyib, lakin sonra fikrindən dönmüşdür.
Rəsmin təsviri və simvolikası left|thumb|200px|Leonardo da Vinçi — "Qayalıqlar bakirəsi" üçün eskiz çalışma. Qızın alnı nazik cütqabağı ilə çəkilib bağlanmışdır. Onun başında, çənə altına bərkidilmiş şəffaf ləçək vardır. Onun boynunda tünd incidən boyunbağı boğazını haşiyələrək ikinci uzun düyünlə sinəyə enir, orada donun kvadrat kəsik sinəsi fonunda vizual olaraq itir.
Sisilya Qallerani başının bir az yana çevirilməsi ilə təsvir edilmişdir, bu isə başın sol çiyinə güclü əyilməsinə baxmayaraq, çox təbii görünür. Bu təsəvvürü, hamar düzülmüş saçlarla dairələnən, yetkin olmayan üzün yumşaq və zərif cizgiləri tamamlayır. Saç düzümünün zabitəliyi və tamaşaçıdan yana yönəldilən baxış qeyri-parlaq, təmkinli surət hissini yaradır, Sisilyanın xarici görünüşündə nə isə bir tamamlanmazlıq hiss olunur ki, bu da ona xüsusi cazibədarlıq verir.
Portretdə Sisilya sola çevrilir, sanki, gözəgörünməyən kiməsə qulaq asır (bunu ilk dəfə şair Bernardo Bellinçione qeyd etmişdir). Üçdə-dörd olan belə portret Leonardonun çoxsaylı kəşflərindən biridir.
K. Pedretti yazır: "Ola bilsin ki, bu əsər Leonardo da Vinçinin ən gözəl əsəridir. Əsas pozanın orijinallığı, qadının zadəgan siması ilə, heyvanın heraldik işarəsi arasında simvolik münasibət müəyyən edən parlaq ifadəlilikdir. Bu əsəri ilə Da Vinçi XV əsrin portret ənənəsinin əsasını qoyur, artıq portretlərdə fiqurlar, medaldakı kimi profildən verilmir. Büstlərə xas olan üçdə-dördlük təsvir portretlərə gətirilir. Bunda təbiilik, kinomatoqrafik lentdəki kadrlara oxşayan bir anın təsbiti vardır."Д. К. Самин Леонардо да Винчи // Сто великих художников . — Вече, 2005. — ISBN 5-9533-0862-0
Viktor Qraşenkov bu portret haqqında yazır: "1470-ci illərin Florensiya nümunələrinə əməl edən Leonardo öz modelini qurşağa qədər təsvir etmiş, bununla da əllərin göstərilməsinə də imkan qazanmışdır. Böyük psixoloji dəqiqlik ilə gizli qəlb təsirini tutmağa imkan verən onların təsviri verilmişdir. Sisilyanın barmaqları titrək ehtiyatla və nəvazişlə, onun əllərində yerləşən, qorxaq heyvancığın tüklərinə toxunur. Portret kompozisiyasına daxil edilən güclü kontrapost da ciddi məna ifadə edir. Gənc qadının çiyinləri sola çevrildikdə, onun ehtirassız üzü, kəskin şəkildə əks tərəfə çevrilmişdir. Bu kontrapost, portret surətinə ruhlandırıcı hərəkət daxil edərək, Leonardonun həmin illərdə işlədiyi "Qayalıqlar bakirəsi" əsərindəki mələk üzü üçün etüd kimi istifadə edilmiş qadın başının təsvirini xatırladır. Lakin həmin əsərdə də Sisilya Qalleraninin surəti əks olunub fikri, bizim üçün çox cəsarətli görünür."Гращенков В. Н. Портрет в итальянской живописи Раннего Возрождения. М., 1996. С. 237
Sincab right|thumb|220px|Sincab təmizlik və bakirəlik simvolu hesab edilirdi. Əfsanəyə görə xəzi ləkələnərsə o, ölür. Əsərin çox sevilməsinin və məşhur olmasının səbəbi kimi, ənənəvi olaraq təsvir edilmiş sincab fiquru qabardılır. Şəkildə onun olmasını bir neçə variant ilə izah edirlər. Qədim yunan dilində sincabın adı ( (halle)) faktiki olaraq sinyoranın soyadı Qallerani ilə bağlıdır. O zaman, sözlərin bu kimi cinası İtaliyanın kübar dairələrindı populyar idi.
Öz ağ xəzinə görə sincab təmizlik və bakirəlik simvolu hesab edilirdi. Leonardonun da bu haqqda məlumatı var idi. Leonardo tərəfindən yaradılan "Sincab alleqoriyası" (Fisuilyama muzeyi, Kembric) rəsmi mövcuddurFrank Zöllner Leonardo da Vinci, 1452–1519 . — Taschen, 2000. — P. 45. — 96 p. — ISBN 978-3-8228-5979-7 ki, həmin əsərdə rəssam ovçu tərəfindən tutulmağı ağ xəzinin ləkələnməsindən üstün tutan sincab təsvir edilmişdir. O, hersoqun məşuqəsinin rəsminin saray əxlaqına uyğunluğunu qeyd edə bilərdi: qadın bir tərəfdən ismətli, digər tərəfdən isə gözəl sevgili olmalıdır. Yəni, onun, nikahda olmamasına baxmayaraq, bu onun adına ləkə gətirməməlidir. Ceyms Holl qeyd edir ki, ola bilsin portretin çəkilməsi zamanı Sisilya hamilə olmuşdur və sincab qarını örtərək təkcə kompozisiyanı tamamlayan element funksiyasını yerinə yetirmir, o, həm də işarə edir ki, bu qadın üçün hamiləlik rüsvayçılıq deyil.James Hall The sinister side: how left-right symbolism shaped Western art. — Oxford University Press. — P. 225. — 489 p. — ISBN 978-0-19-923086-0