II Aleksandr (Kartlidə)/III Aleksandr (Kaxetidə) və ya Əli mirzə () — Kartlinin və Kaxetinin çarı.
Aleksandr İslamı qəbul etmişdi. Əli mirzə kimi tanınırdı.
Həyatı II Davidin oğlu idi. Müsəlman olmuşdu. 1735-ci ilin avqustunda Nadir şahın Osmanlı üzərində qələbəsindən sonra Kaxetiya valisi olmuşdu. olmuşdu. Səfi xan ona nəzarət etmək üçün, Əli Qulu bəy isə vergi toplamaq üçün ona köməkçi təyin edilmişdi. Gələn il isə yerinə Arçil gətirilərək özü Kartli taxtında II Teymurazın yerinə keçdi.Nana Soloqaşvili (2005). "ქართლ-კახეთი XVIII ს-ის 35-40-იან წლებში" [Kartli-Kaxeti 1735–40cı illərdə] 1736-cı ildə Anna İoannovnaya məktub yazaraq ondan qorunmaq üçün kömək tələb etmişdi. 1737-ci ildəGrebelski, P. Kh., Dumin, S. V., Lapin, V. V. (1993), Дворянские роды Российской империи (Rusiya imperiyasının əsil ailələri), c. 3, s. 68. IPK Vesti (bəzi mənbələrdə 1739Toumanoff, Cyrille (1976), Manuel de généalogie et de chronologie pour le Caucase chrétien (Arménie, Géorgie, Albanie), p. 15) isə Qəndəharda, Nadir şahın Hindistan yürüşündə öldürülmüşdü.
Ailəsi Çar II Şansenin qızı Mariam ilə evlənmişdi. Onun 2 övladı olmuşdu: İvan Aleksandroviç Baqrationi (7 noyabr 1730 - 28 sentyabr 1795) - Pyotr adlı bir oğlu var idi, Rusiyada vəfat etmişdi. Anna Aleksandrovna Baqrationi (1723 - 19 mart 1780) - 1743-cü ildə Moskvada Pyotr İqoroviç Dadianovla evləndi.
İstinadlar
Kateqoriya:Kaxeti çarları Kateqoriya:Kartli çarları Kateqoriya:Baqrationlar Kateqoriya:XVIII əsrdə öldürülən monarxlar Kateqoriya:İran gürcüləri