thumb|Avrasiya dünya xəritəsində thumb|Avrasiya thumb|Avrasiya kosmosdan görünüşdə

Avrasiya — Yerin ən böyük materiki. Avropa və Asiya qitələrindən ibarətdir. Adalarla birlikdə sahəsi 54,759,000 km²-dir, dünya quru ərazisinin 36%-ni təşkil edirЕвразия Энциклопедия "Кругосвет". Əhalisi 4,3 milyarddan çoxdur və dünya əhalisinin 3/4 hissəsini təşkil edirЕвразия.

Ən ucqar nöqtələri: şimalda Çelyuskin burnu (77°43' şm.e.), cənubda Piay burnu (1°16' şm.e.), qərbdə Roka burnu (9°34' q.u.), şərqdə Dejnyov burnu (169°40' q.u.). Yer kürəsinin ən yüksək zirvəsi Everest dağı və quruda ən alçaq mütləq nöqtəsi Ölü dəniz (səviyyəsi −395 m), ən dərin gölü olan Baykal və ən rütubətli sahəsi Çerapunci Avrasiyadadır.

Avrasiyanı qərbdən Atlantik okean, şimaldan Şimal Buzlu okean, cənubdan Hind okeanı, şərqdən Sakit okean əhatə edir.

Adının yaranması tarixi Materikə bir çox adlar verilmişdir. Aleksandr Humboldt əraziyə "Asiya" adını vermişdir. Karl Qustav Royşle 1858-ci ildə "Handbuch der Geographie" kitabında "elerdtheil Asien-Europa" termini işlətmişdir. "Avrasiya" adını ilk dəfə 1883-cü ildə geoloq Eduard Züss vermişdir.

Geoloji xarakteristikası haqqında Materik Şimal yarımkürəsində təxminən 9° q. u. və 169° q. u. arasında yerləşir. Eyni zamanda Avrasiya adalarının bir hissəsi Cənub yarımkürəsindədir. Avrasiyanın bir hissəsi Şərq yarımkürəsində, son qərb və şərq hissəsi isə Qərb yarımkürəsindədir.

Dünyanın iki hissəsini: Avropa və Asiyanı özündə birləşdirir. Onlar arasında sərhəd aşağıdakı xətlə gedir: Ural dağlarının şərq yamacı, Ural çayı, Emba çayı, Xəzər dənizinın qərb sahili, Kuma çayı, Kuma–Manıc şəlaləsi, Manıç çayı, Qara dənizin şərq sahili, Qara dənizin cənub sahili, Bosfor boğazı, Mərmərə dənizi, Dardanel boğazı, Egey dənizi və Aralıq dənizi, həmçinin Hibraltar boğazı. Bu sərhəd tarixi olaraq yaranıbdır, təbiətdə onlar arasında təbii sərhəd yoxdur. Materik bir qrunt layının üstündədir və vahid təbiətə malikdir.

Avrasiya Yer kürəsinin dörd okeanı ilə əhatə olunub.

Materik qərbdən şərqə 16 min kilometr, şimaldan cənuba 8 min kilometr uzanıb. Sahəsi 53,4 milyon km²-dir. Bu quru hissənin üçdə biridir. Avrasiyanın adalarının ümumi sahəsi 2,75 milyon km²-dir.

İqlimi Avrasiya ən mürəkkəb iqlim şəraitinə malik materikdir. Bunun səbəbləri materikin çox nəhəng olması (qərbdən-şərqə, şimaldan-cənuba böyük məsafədə uzanması), relyefin mürəkkəbliyi, materikin mərkəzinin okeanlardan aralı olması, böyük dağ sistemlərinin yerləşməsidir. Materikin şimaldan cənuba böyük məsafədə uzanması onun səthində günəşdən gələn istiliyin qeyri-bərabər paylanmasına səbəb olur. Cənub enliliklərində günəş şüaları yer səthinə daha böyük bucaq altında düşdüyünə görə bura daha çox istilik alır. Şimala doğru günəş şüalarının düşmə bucağı azalır və səthin aldığı istiliyin miqdarı da aşağı düşür. Nəticədə materikin cənubu ilə şimalı arasında kəskin temperatur fərqi yaranır. Böyük iqlim fərqləri materikin kənar qərb və şərq, eləcə də daxili hissələri arasında da mövcuddur. Bunun səbəbi materikin daxili hissələrinin iqliminə okeanların təsirinin zəifləməsidir. Nəticədə materikin mərkəzinin okeanlardan uzaqlığı kontinental iqlim şəraiti yaradır. Belə ki, Atlantik okeanı üzərindən gələn mülayim və rütubətli hava kütlələri qərbə — Avropaya bol yağıntı gətirir, iqlimi yumşaldır. Şərqə hərəkət etdikcə bu hava kütlələrinin rütubətliyi və iqlimin kontinentallığı azalır. Materikin iqliminə Şimal Buzlu okeanının da təsiri böyükdür. Bu okeanın üzərində yaranan quru və soyuq hava kütlələri materikin geniş şimal ərazilərinə daxil olaraq qışda şaxtalı, yayda sərin hava şəraiti yaradır. Materikin şərq və cənub hissələrinin iqlimi isə ilin isti dövründə Sakit və Hind okeanlarından gələn musson küləklərinin təsiri altında formalaşır. Yay mussonları materikin kənar zonalarına bol yağıntı gətirdiyi halda, qış mussonları materikdən okeana əsdiyindən qışda burada quru, aydın havalar hakim olur. Hind okeanından gələn isti və rütubətli hava kütlələri yalnız Cənubi Asiyanın iqliminə təsir edir. Hündürlüyü 7–8 km-dən artıq olan Himalay dağları rütubətli mussonları materikin daxili hissələrinə buraxmır. Nəticədə Himalay dağlarının cənub yamaclarına çox, şimal yamaclarına — Tibet və mərkəzi Asiyaya olduqca az yağıntı düşür.

İqlim xəritəsi materikdə temperatur və yağıntıların paylanması xüsusiyyətlərini aydınlaşdırmağa imkan verir. Qışda materikin çox hissəsində orta temperatur 0 dərəcədən aşağı olur. Yalnız Atlantik okeanı, Aralıq və Qara dəniz sahillərində qışda temperatur 0 dərəcədən yuxarı olur. Cənubi Asiyada isə qış ayları mülayim, hətta isti olur. Qışda yanvar ayının orta temperaturunu göstərən izotermlər qərbdən şərqə meridian istiqamətində dəyişir və şimal-şərqə doğru azaldığı müşahidə olunur. Avrasiyanın, eləcə də bütün şimal yarımkürəsinin "soyuqluq qütbünün" (Oymyakon −71 dərəcə) burada olması təsadüfi deyil.

Yay temperaturu materikdə bir qədər yüksəkdir. İyul izotermləri enlik istiqamətində gedir və yalnız daxili hissələrdə bir qədər şimal-şərqə doğru meyil edir. İyul ayının orta temperaturu şimal və şimal-şərq sahilləri istisna olmaqla hər yerdə 10 dərəcədən yüksəkdir. Materikdə ən yüksək temperatur Ərəbistan yarımadasında +54 dərəcə müşahidə olunmuşdur.

İqlim xəritəsində yağıntıların da qeyri-bərabər paylandığını müşahidə edilir. Atlantik okeanı sahilləri il boyu bərabər miqdarda bol yağıntı alır. Materikin Sakit və Hind okeanlarının təsiri altında qalan şərq və cənub hissələri də bol yağıntı ilə təmin olunur. Dünyada ikinci ən çox yağıntı düşən yer, Himalay dağlarının cənub-şərq yamacı — Çerapunca (12000 mm) məhz bu materik ərazisindədir. Lakin burada yağıntılar əsasən yay aylarında düşür. Materikin çox böyük hissəsi ildə 500 mm-dən az yağıntı alır. Daxili hissələrə — Mərkəzi Asiyaya, Ərəbistan yarımadasına, İran yaylasının bəzi yerlərinə hətta 50 mm-dən də az yağıntı düşür. Bunun səbəbi okeandan uzaqlaşdıqca hava kütlələrinin öz rütubətini itirməsi, sıra dağların rütubətli hava kütlələrinin qarşısını kəsməsi ilə izah edilir. Materikin ərazisində ən az yağıntı Rub-Əl-Xali səhrasında (10 mm-ə qədər) qeydə alınıb.

Avrasiya yeganə materikdir ki, bütün iqlim qurşaqlarında yerləşir. Üfüqi zonallıq qanunauyğunluğuna müvafiq olaraq burada ekvatorial qurşaqdan qütb qurşağına qədər bütün qurşaqlar növbələşir: Şimal Buzlu okeanındakı adalar və şimal sahilboyu arktik, İslandiya adasından başlamış şərqə doğru zolaq şəklində subarktik iqlim qurşaqları yerləşir. Avrasiyanın ən geniş hissəsi mülayim qurşaqda yerləşir və mürəkkəbliyi ilə seçilir. Qərbdə, Atlantik okeanı sahillərində mülayim dəniz iqlimi, şərqə doğru ardıcıl olaraq mülayim kontinental, kəskin kontinental, Sakit okean sahillərində isə musson və mülayim dəniz iqlim tipləri hakimdir. Qərbdə, Priney yarımadasından şərqdə, Sakit okeanın sahillərinə qədər zolaq şəklində subtropik iqlim qurşağı yerləşir və Aralıq dəniz iqlimi, kontinental, musson iqlim tipləri ayrılır. Ərəbistan yarımadası, Fars körfəzi ətrafı, İran yaylasının cənub hissəsi, Hind-Qanq ovalığının qərbi tropik kontinental, Hindistan və Hind-Çin yarımadaları, Şri-Lanka adası subekvatorial iqlim qurşaqlarında yerləşir. Malakka yarımadası və Zond adalarında ekvatorial iqlim qurşağı hakimdir.

Çayları və gölləri Daxili suların həcminə görə Avrasiya ən zəngin materik hesab olunur. Daxili suların istər ərazi üzrə paylanmasına, istərsə də qidalanmasına və rejiminə görə materikin ayrı-ayrı hissələri arasında xeyli fərq var. Dünyada uzunluğu 4000 km-dən çox olan 14 çaydan 7-si məhz bu materikdə yerləşir. Ən böyük gölü Xəzər, ən uzun çayı Yantszıdır — 5800 km. Dünyanın ən dərin şirinsulu gölü Baykal ,ən duzlu gölü Ölü dəniz məhz Avrasiya materikindədir. Pamir dağlarında isə uzun dağ-dərə buzlağı — Fedçenko buzlağı yerləşir. Avrasiyanın çaylarının fiziki xəritəni nəzərdən keçirsək, materikin kənarlarında çay şəbəkəsinin daha sıx, cənub-qərb hissəsində və daxili rayonlarında isə seyrək olduğunu müşahidə edərik. Çaylar materikin daxilindəki dağlardan, yüksəklik və yaylardan başlayaraq müxtəlif istiqamətlərdə axır. Töküldüyü yerdən asılı olaraq, Avrasiyanın çayları 5 hövzəyə bölünür. Burada dörd böyük okean hövzəsi ilə yanaşı dünya okeanına çıxışı olmayan daxili (axarsız) hövzə də geniş sahə tutur. Daxili hövzə materikin 1/3 hissəsini əhatə edir. İqlim şəraitindən asılı olaraq, qidalanmasına və rejiminə görə çaylar bir-birindən xeyli fərqlənir. Müxtəlif hövzələrə məxsus çayların qidalanmasında və su rejimindəki fərqlərin əsas səbəbi yağıntıların illik miqdarı, onun fəsillər üzrə paylanması və buxarlanmadır. Avrasiyanın Şimal Buzlu okeanı hövzəsinə aid olan çayları — Ob, Yenisey, Lena , Peçora və s. Bu çaylardan Ob ən uzun, Yenisey isə ən bol sulu çay hesab olunur. Hövzənin çayları yuxarı axarda dağ çayları, orta və aşağı axarlarda isə tipik düzənlik çaylarıdır. Çayların böyük məsafədə cənubdan şimala və müxtəlif iqlimə malik olan ərazilərdən keçməsi onların rejiminin mürəkkəbliyinə səbəb olmuşdur. Bu çayların əksəriyyətinin qidalanmasında qar və yağış suları üstünlük təşkil edir. İlin çox hissəsini bu çaylar donur. Yazda buzdan azad olan çaylarda güclü daşqınlar əmələ gəlir. Atlantik okeanı hövzəsinin çayları Avropanın yüksəkliklərindən, dağlardan başlayır. Burada çay şəbəkəsi daha sıx olsa da, uzun çaylar yoxdur. Ən böyük çay Dunay çayıdır. Bu çay uzunluğuna görə Avropada ikinci çaydır. Dunay çayı bir neçə dağı, yüksəkliyi, ovalığı keçərək Qara dənizə tökülür və mənsəbində delta əmələ gətirir. Dunay yuxarı axarda tipik dağ çayıdır, xırda qollar qəbul edir. Orta axarda ona iri qollar — Drava, Tisa, Sava və s. birləşir. Dunay böyük məsafədə gəmiçilik üçün çox yararlıdır. Çünki o, bir neçə dövlətlərin ərazisindən keçir və onların çoxu üçün dənizə yeganə çıxış yoludur. Digər mühüm çayları Şimal və baltik dənizinə tökülən — Reyn, Elba, Visla, Oder çaylarıdır. Bu çaylar bol sulu olmaqla il boyu gəmiçilik üçün yararlıdır. Bu çayları birləşdirən kanalların çəkilməsi onların nəqliyyat əhəmiyyətini xeyli artırmışdır. Cənubi Avropada Aralıq dənizinə (Rona, Po) və birbaşa Atlantik okeanına (Taxo, Qvadiana, Laura) tökülən çayların əksəriyyəti qısa və azsulu, gəmiçilik üçün o qədər də yararlı olmayan çaylardır. Bu çaylar qışda bolsulu olur, yayda isə olduqca dayazlaşır, bəziləri isə hətta quruyur. Lakin bu çayların suvarma əhəmiyyəti böyükdür. Sakit okean hövzəsinə aid çayları — Yantszı, Xuanxe, Mekonq Amur və s. çaylarıdır. Bu çaylar mənbələrini yüksək dağlardan və yaylalardan götürməklə şərqə axır. Yuxarı axarda çaylar dağ çaylarıdır. Sürətli axına malik olduqları üçün düzənliyə çıxdıqda özləri ilə birlikdə gətirdikləri çoxlu miqdarda qırıntı və asılı materialları çökdürür. Əksər çayları delta əmələ gətirir. Bu hövzəyə aid olan çayların qidalanmasında yağış suları üstünlük təşkil edir. Qidalanmada musson rejimi özünü göstərir. Yay mussonlarının yaratdığı güclü yağışlar nəticəsində tez-tez daşqınlar əmələ gətirir. Başlanğıcını yüksək dağlardakı buzlaqlardan götürən çaylarda yay daşqınları buzlaqların əriməsi ilə daha da güclənir. Mülayim qurşaqda axan çaylar qışda donur. Buna görə onlarda qar və buzların əriməsi nəticəsində yazda daşqınlar baş verir. Yantszı çayı Şərqi Çin dənizinə tökülərkən böyük delta yaratmışdır. Bu çay Avrasiyanın ən uzun çayıdır. Böyük məsafədə gəmiçilik üçün yararlıdır, suvarmada geniş istifadə olunur. Çin əhalisinin dörddə bir hissəsi Yantszı çayının hövzəsində yaşayır.