Zurab Caparidze (; d. 1 yanvar 1976) — Gürcüstan siyasətçisi və Gürcüstan parlamentinin VIII çağırışının üzvüdür. Caparidze hal-hazırda müxalifətdə olan Birləşmiş Milli Hərəkat partiyasını təmsil edir. 2013-cü ilin iyununda onun namizədliyi həmin ilin oktyabrında baş tutacaq prezident seçkilərdə irəli sürülmüşdür.

Caparidze Tbilisi Dövlət Tibb Universitetindən 1999-cu ildd və Gürcüstan İctimai Əlaqələr İnstitutunu 2005-ci ildə bitirmişdir. 1998-ci ildən başlayaraq o, Qərbin sponsorluğu ilə Gürcüstanda tətbiq edilən müxtəlif yardım proqramlarında iştirak etmişdir. 2005-ci ildən 2011-ci ilə qədər Gürcüstan İctimai Əlaqələr İnstitutunda dərs demişdir. 2010-ci ildən 2012-ci ilə qədər "Tabula" jurnalının müxbiri olmuşdur. Caparidzenin siyasi karyerası 2012-ci ilin oktyabrında onun prezident Mixeil Saakaşviliyə tərəf olan, lakin seçkilərdə səs çoxluğu toplaya bilməyən Birləşmiş Milli Hərəkatından parlamentə seçilməsindən başlamışdır. 2013-cü ilin iyununda partiya onu prezidentliyə dörd namizəddən biri kimi elan etmişdir.

Siyasi mövqeyi Caparidzenin mövqesi libertarianlıq və Qərbə doğru inkişaf etməkdən ibarətdir. O, Gürcüstanın NATO və Avropa Şurasında tam üzvlüyünə dəstəkdir. Caparidzenin iqtisadi mövqeyi bazarın dövlət nəzarətinin altından çıxarılmasını və ölkənin makro-iqtisadi potensialının inkişafını nəzərdə tutur. Caparidze həmçinin Gürcüstanda marixuana istifadəsinin qanunlaşdırılmasını dəstəkləyir.

İstinadlar

Kateqoriya:Gürcüstan siyasətçiləri Kateqoriya:1976-cı ildə doğulanlar Kateqoriya:1 yanvarda doğulanlar Kateqoriya:Gürcüstan prezidentliyinə namizədlər Kateqoriya:Gürcüstan jurnalistləri Kateqoriya:Gürcüstan parlamentinin deputatları Kateqoriya:Gürcüstan pedaqoqları