Əhmədalılar — Azərbaycan Respublikası Füzuli rayonunun Əhmədalılar kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Muğan düzündədir. Etnotoponimdir. Kəndin ərazisində Arğalı türbəsi yerləşir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Sosial məsələlər 2011-ci ildə ilk dəfə olaraq kəndə təbii qaz verilmişdir.
Kənddə Əhmədalılar kənd məscidi dini icması fəaliyyət göstərir.
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Əhmədalılar kəndinə gedən avtomobil yolu Füzuli rayonunun yol infrastrukturunun inkişafı çərçivəsində inşa edilmişdir. Qarabağ–Böyük Bəhmənli–Arayatlı–Mirzənağılı avtomobil yolunun tikintisi Azərbaycan Prezidentinin 5 oktyabr 2013-cü il tarixli sərəncamı ilə nəzərdə tutulmuşdur. Sərəncama əsasən, yolun tikintisinin maliyyələşdirilməsi üçün Füzuli Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılmışdır. Sənəddə yolun 28 min nəfərin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirdiyi bildirilir.
2014-cü il 1 iyul tarixli sərəncamla yolun tikintisinin davam etdirilməsi üçün əlavə olaraq 5,4 milyon manat vəsait ayrılmışdır. Sərəncamda yenə yolun 13 yaşayış məntəqəsini birləşdirdiyi qeyd edilmişdir.
2016-cı il 23 iyul tarixli sərəncamla isə yolun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının dövlət büdcəsindən 1,8 milyon manat ayrılmışdır. Sərəncamda tikinti işlərinin maliyyələşdirilməsi və həyata keçirilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və “Azəravtoyol” ASC-yə həvalə edilmişdir.
Beləliklə, yolun tikintisi üçün 2013-cü ildə 3 milyon manat, 2014-cü ildə 5,4 milyon manat, 2016-cı ildə isə 1,8 milyon manat olmaqla, rəsmi sərəncamlarda ümumilikdə 10,2 milyon manat vəsait nəzərdə tutulmuşdur.
Tarixi thumb|250px|Kənd ərazisində yerləşən Nəsirli kəhrizi. "Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusundan 1886-cı il tarixində edilmiş ailə siyahılarından çıxarış" məlumatına görə, Yelizavetpol Quberniyasının Cəbrayıl qəzasının Ağalı kənd inzibati ərazi dairəsinin Əhməd-alılar (başqa adı Novruz-Alılar) kəndində 21 tüstü olmaqla 121 azərbaycanlı ("tatarlar" kimi göstərilib), dini etiqadına görə şiələr yaşayıb. Bütün bu əhali təhkimçi kəndlilərdən ibarət olub.
"Qafqaz təqvimi"nin 1912-ci il üzrə məlumatına görə, Karyagin qəzasının Əhmədalılar kəndində 205 nəfər, əsasən təqvimdə "tatarlar"kimi göstərilən azərbaycanlılar yaşayıb.
Sovet dövründə kənddə kolxoz fəaliyyət göstərib və həmin kolxoz Böyük Vətən Müharibəsi illərində Müdafiə Fonduna 120 kq yun ianə edib.
Birinci Qarabağ Müharibəsi zamanı 1993-cü ilin avqustunda hərbi əməliyyatlar zonasının yaxınlığında yerləşən Əhmədalılar kəndi Ermənistan Ordusunun hərbi birləşmləri tərəfindən işğal edilərək, dağıdılıb, sakinlər isə kəndi tərk ediblər.
1994-cü ilin yanvarında qış əks-hücumu zamanı Azərbaycan Ordusu Əhmədalılar kəndində nəzarəti bərpa etməyə və sakinləri oraya qaytarmağa nail oldu.
Birinci Qarabağ Müharibəsindən sonra Əhmədalılar kəndində orta məktəb bərpa edilib.
07.12.1999-cu il tarixli 771-IQ nömrəli Qanunla təsdiq edilmiş Siyahı əsasında Füzuli rayonunun Əhmədalılar bələdiyyəsi yaradılıb.
Onun birinci nizanmnaməsi Bələdiyyənin 12.09.2000-ci il tarixli 09 nömrəli Protokolunda təsbit edilmiş Qərarı ilə, ikinci Nizamnaməsi 05.03.2024-cü il tarixli 06 nömrəli Protokolu ilə təsbit eidlmiş Qərarı ilə təsdiq edilmiş, 28.04.2025-ci il tarixli 06 nömrəli Protokolu ilə təsbit eidlmiş Qərarı ilə isə Nizamnaməsinə dəyişiklik edilərək, yeni əraziləri göstərilmişdir.
Əhmədalılar Bələdiyyəsi 2000-ci ildən "Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında Əsasnaməyə" uyğun olaraq yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvüdür.
"Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, Əhmədalılar Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvüdür.
2011-ci ildə Əhmədalılar kəndi qazlaşdırılıb.
18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun 18.2-ci bəndinə əsasən "18.2. Arayatlı, Babı, Əhmədalılar, Qazaxlar və Mollaməhərrəmli bələdiyyələrinin əhatə etdiyi Arayatlı, Babı, Əhmədalılar, Qazaxlar, Mirzənağılı və Mollaməhərrəmli kəndlərində Əhmədalılar bələdiyyəsi" yenidən təşkil edilib.
Kənddə Nəsirli kəhrizi yerləşir. Kəhrizin bərpası Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) tərəfindən, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirilmişdir. Bərpa işlərinə 16 oktyabr 2022-ci ildə başlanılmış, 20 noyabr 2022-ci ildə başa çatdırılmışdır.
Qalereya
Həmçinin bax Füzuli rayonu
İstinadlar
Xarici keçidlər
Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti
Kateqoriya:Füzuli rayonunun kəndləri