Mirzə Məhəmmədhüseyn Seyfi () — İran Məşrutə hərəkatının və Mücazat təşkilatının üzvü, xəttat.
Həyatı Mirzə Məhəmmədhüseyn Seyfi 1868-ci ildə Qəzvin şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Ustad yanında xəttatlığı öyrənmişdi.
Mirzə Məhəmmədhüseyn Seyfi nəstəliq xəttinin ustadı idi. O, məşhur "Şahnamə"ni, Nəsrəddin Tusinin "Övsafül-əşraf"ını öz xəttilə köçürmüşdü. İmadülküttab ləqəbini daşıyırdı.
Mirzə Məhəmmədhüseyn Seyfi Məşrutə hərəkatına qoşulmuşdu.
Mirzə Məhəmmədhüseyn Seyfi 1916-cı ildə Mirzə İbrahim xan Münşizadənin və Əsədulla xan Əbülfətzadənin təşkilatçılığı ilə Tehranda yaranmış "Komiteyi-Mücazat" (Cəza komitəsi" daxil olmuşdu. O, öz dəsti-xəttilə komitənin bəyannamələrini yazırdı.
Mirzə Məhəmmədhüseyn Seyfi 1917-ci ildə həbs edildi. Həbsdən azad edildikdən sonra Tehrana gəldi. 1925-ci ildən sonra Rza şah Pəhləvinin dəftərxanasında xidmət edirdi.
Mirzə Məhəmmədhüseyn Seyfi 1936-cı ildə Tehran şəhərində vəfat edib.
Mənbə Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
İstinadlar
Həmçinin bax Hüseyn xan Lələ
Kateqoriya:Qəzvində doğulanlar Kateqoriya:İran Məşrutə inqilabı Kateqoriya:Xəttatlar Kateqoriya:İran Məşrutə inqilabının tərəfdarları