Nik Yanqquest () (doğ. tarixi 28 iyul 1983 Sidney, Yeni Cənubi Uels) — avstraliyalı peşəkar reqbi liqasının futbolçusu, Castleford Tigers komandasında oynayır. O əvvəllər Crusaders RL, Gateshead Thunder, Cronulla, Illawarra Dragons, Penrith Panthers və Bulldogs klublarında oynayırdı. O sağ cinahda oynayır. Nik həmçinin avstraliyalı model hesab olunur. 2006-cı ildə o digər oyunçularla birgə təqvim üçün çılpaq şəkillər çəkmişdir. Şəkillərdən yığılan gəlir döş xərçənginin tədqiqinə istifadə edilmişdi. Ancaq bu idman arenalarında bir sıra mübahisələrə səbəb olduğundan, Nik öz çılpaq fotosessiyalarını davam etdirdi, onun homoseksual jurnallarda çəkdirdiyi bir çox şəkilə görə onu hətta gey-ikona adı da verilmişdir.
2007-ci ilin sonunda, Yanqquest Wests Tigers komandası ilə bir illik müqavilə imzaladı, bu onun 6 il ərzində artıq 4-cü klubu idi Həyatı Nik Yanqquest Sidneydə, Yeni Cənubi Uels ştatında anadan olmuşdu. Valideynləri isveç köklüdür.
Mili Reqbi Liqasında peşəkar həyatına qədər o debütant şəklində Cronulla Sharks komandasında oynayırdı. Bu komanda ilə o bir mövsümdə hər 5 oyunda qol vuraraq önə keçir. 2007-ci ildə o Penrith Panthers komandasında oynayırdı. 2007-ci ilin sonunda o artıq Avropada oynamağa başlayır. İlk olaraq o FransanınSalanque Méditerranée komandasında oynamışdı.
Əvvəlki klublar Cronulla Sharks Illawarra Dragons Penrith Panthers Canterbury-Bankstown Bulldogs Pia (2008-ci ildən) Gateshead (2009-cu ildən)
Karyerasının əsas məqamları First Grade Debut: 2003 - Round 1, Cronulla v Melbourne Storm, Toyota Park, 16 Mart First Career hat-trick 2010 - Round 24, Crusaders v. Salford City Reds, The Racecourse Ground, 1 Avqust
Statistika Avstraliya liqa matçları Mənbə:http://www.rugbyleagueproject.org/players/nick-youngquest/summary.html/Career Stats & Summary/ İl Klub/Komanda App T G GK % FG Pts W L D Win % 2003 Cronulla Sutherland Sharks 5 - - - - 0 5 0 0.00% 2004 St George Illawarra Dragons 5 4 - - 16 4 1 0 80.00% 2005 St George Illawarra Dragons 5 2 - - 8 3 2 0 60.00% 2006 Penrith Panthers 7 2 - - 8 2 5 0 28.57% 2007 Penrith Panthers 11 7 15/24 62.50% - 58 2 9 0 18.18% 2008 Bulldogs 4 1 - - 4 0 4 0 0.00% İngiltərə liqa matçları Mənbə: İl Klub/Komanda App T G GK % FG Pts W L D Win % Çağırış kuboku 2009 Gateshead 1 - 1 - 2 0 1 0 0.00% XV Super Liqa 2010 Crusaders RL 27 9 - - 36 12 15 0 44.44% Çağırış kuboku 2010 Crusaders RL 2 2 - - 8 1 1 0 50.00% XVI Super liqa 2011 Castleford Tigers 14 12 - - 48 10 4 0 71.43% Çağırış kuboku 2011 Castleford Tigers 2 - - - - 1 1 0 50.00% XVII Super liqa 2012 Castleford Tigers 23 16 2 - 68 5 18 0 21.74% Çağırış kuboku 2012 Castleford Tigers 1 1 - - 4 0 1 0 0.00%
Model karyerası 2006-cı ildə Döş Xərçəngi Milli Fondunun xərçəngin tədqiqatı maliyyələşdirilməsi üçün Nik illik təqvimdə daha 12 oyunçu ilə birgə çılpaq fotosessiya etmişdir. Fotossesiyalarda şəkillərin tam çılpaq olması Milli Reqbi Federasiyasında mübahisələrə səbəb oldu.
Qadınlara həsr olunmuş bu təqvim, gey-icmanın da böyük marağına səbəb oldu. Bu səbəbdən onu hətta gey-ikona ləqəbi də vermişdilər. Model biznesində belə böyük maraq onu həm idman, həm də model biznesində işləməyə sövq etdi. Və artıq 2009-cu ildə o Nyu Yorkda özünün ilk genişmasştablı fotosessiyasına başladı.
2012-ci ildə Nik idmandan bir müddət uzaqlaşaraq model biznesi ilə məşğul olmağa qərar verir. Hazırda Nik Nyu Yorkda yaşayır. 2013-cü ildən Nik Paco Rabanne'nın kişilər üçün yeni INVICTUS ətrinin siması oldu.
Şəxsi həyat Nik 2009-cu ildə avstraliyalı tanınmış rəqqasə Kassy Lee ilə evlənmişdi.
Fotosessiyalar Nik bir çox brend jurnallar və təqvimlər üçün fotosessiyalar etmişdir. Bunların içərisində: Checkum Gods of Football DNA (jurnal) Têtu (jurnal)
İstinadlar
Xarici keçidlər Bulldogs profile Statistiche di Nick Youngquest, da RugbyLeagueProject.org Statistiche dettagliate in NRL di Nick Youngquest , da Rleague.com
<noinclude>
Kateqoriya:Reqbiçilər Kateqoriya:Avstraliya fotomodelləri Kateqoriya:Sidneydə doğulanlar Kateqoriya:Avstraliya idmançıları