Qədim Gəncə qalası — Qədim Gəncə şəhərini əhatə edən üç qatlı müdafiə səddləri. Şəhər ərazisi əvvəlcə daxili, daha sonra ikinci, sonradan isə üçüncü qat divarlarla əhatə edilmişdir. Qala divarlarının dəqiq inşa edilmə tarixi bilinməsə də, məlumdur ki, Gəncə Şəddadilər dövlətinin paytaxtı olarkən (971-1088) artıq şəhər qala divarı ilə əhatə edilmişdir. 1063-cü ildə isə Əbüləsvar Şavurun sifarişi ilə usta İbrahim ibn Osman tərəfindən Qədim Gəncə qalası üçün qoşa qala qapıları hazırlanmışdır. 1139-cu ildə baş vermiş Gəncə zəlzələsi zamanı qala divarlarına ciddi zədə dəysə də, onlar sonradan bərpa olunmuş və 1235-ci ildə monqollar tərəfindən dağıdılana kimi şəhəri müdafiə etmişdir. XVII əsrdə şəhər ərazisi I Şah Abbas tərəfindən köçürülənə kimi Gəncə qalası əhali ilə məskunlaşmışdır.
Qala-şəhərin solsahil hissəsi daşlarla üzlənmiş qala divarları və dərin xəndəklərlə əhatə olunmuşdur. Qala divarları ilə əhatə olunmuş ərazi düzgün olmayan dördbucaqlı formasına və 600x750 m ölçüyə malikdir. Daxili qala divarları çaydaşı və əhəng məhlulu qarışığından inşa edilmişdir. Qala divarları arasındakı dərin xəndək Gəncəçayından gələn su ilə doldurulurdu. Divarlar bir-birindən aralıda yerləşən bastionlarla möhkəmləndirilmişdir.
Tarixi 200px|thumb|left|1063-сü ildə Şəddadilər sülaləsindən olan Əbüləsvar Şavurun sifarişi ilə usta İbrahim ibn Osman tərəfindən Qədim Gəncə qalası üçün hazırlanmış Gəncə qapıları, 1139-cu il Gəncə zəlzələsi zamanı şəhəri yağmalamış I Demetrinin rəhbərlik etdiyi gürcü ordusu tərəfindən qənimət kimi aparılmışdır. Hazırda Gəncə qapılarının dövrümüzə çatmış hissəsi Gelati monastırında saxlanılır. Gəncə qalası orta əsrlərdə (X-XIII əsrlər) monqollar tərəfindən dağıdılana kimi (1235-ci il) Yaxın Şərqin ən böyük ticarət, sənətkarlıq və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Bu zəngin və gözəl qala-şəhər tarixi qədim dövrlərə gedib çıxan yaşayış məntəqəsinin yerində inşa edilmişdi.
Şəhər-qalanın əsasının nə vaxt qoyulması haqqında mənbələrdə müxtəlif fikirlər qeyd edilir. XV əsr İran tarixçisi Mirxond yazır ki, “I Qubad inşaat işini sevən şahlardan idi. O, bir çox gözəl tikili və böyük şəhərlərin əsasını qoymuşdur. Deyirlər ki, Bərdə, Gəncə və Miafarikin də onun tərəfindən əsası qoyulmuş şəhərlərdəndir.” XIV əsr tarixçisi Həmdullah Qəzvini isə qeyd edir ki, “Gəncə beşinci iqlimə aiddir...Bu islam şəhərinin əsası hicri 39-cu ildə qoyulmuşdur. O, gözəl və böyük bir şəhərdir.” Qəzvinin məlumatını əsas alsaq, Gəncə qalasının əsasının miladi 659-660-cı illərdə qoyulmasını ehtimal etmək olar.
Bəzi tədqiqatçılar VII əsrdə Gəncə qalasına nəzarət uğrunda ərəblər və xəzərlər arasında döyüşlərin baş verməsini qeyd edirlər.
Moisey Kalankatlı isə yazır:
Kalankatlının məlumatını əsas alsaq, Gəncə qalasının əsasının IX əsrdə qoyulmasını ehtimal etmək olar. İ. Cəfərzadə Kalankatlının bu məlumatını şərh edərkən deyir ki, “Gəncə qalasının əsasının qoyulmasını IX əsrdən əvvəlki dövrlərə aid edən mənbələrin məlumatlarını nəzərə alsaq, ehtimal etmək olar ki, Xozepatkos əvvəlcə hücum zamanı Gəncə qalasını dağıtmış və daha sonra bərpa etmişdir.”
Ərəb coğrafiyaşünası İbn Havqəl 977-ci ildə yazır: “Gənzə şəhəri gözəl və zəngindir. Bu yaşayış yeri çox sıx məskunlaşmışdır, əhali əliaçıq, xoş xasiyyətli, mügribandır, yadellilər və alimləri sevirlər.”
1938-1940-cı illərdə aparılmış arxeoloji tədqiqatlar zamanı müəyyən edilmişdir ki, Qədim Gəncə qalası daha əvvəlki əsrlərdə yaşayış yeri olmuş ərazidə inşa edilmişdir. Bunu qala altında 1 metrdən artıq qalınlığa malik mədəni təbəqənin üzə çıxarılması sübut edir. İlkin olaraq Qədim gəncə bir qat, daha sonra iki, daha sonra isə üçüncü qat qala divarları ilə əhatə edilmişdir. Bütün bu təbəqələşmə göstərir ki, Qədim Gəncə uzun əsrlər boyunca eyni ərazidə mövcud olmuşdur.
Ümumilikdə Qədim Gəncə qalası və ətrafdakı şəhər məhəllələri 9–10 km2 ərazini əhatə edir. Qala daxilində mədəni təbəqənin qalınlığı 4-metrə yaxındır. Qədim şəhərin iki qat qala divarları ilə əhatə olunması, küncləri işıq istiqamətində yönləndirilmiş dördbucaqlı sitadeli, 42x42x12, 33x33x8 və 31x31x7 sm ölçülü, o zaman üçün kifayət qədər böyük olan, mühüm tikililər üçün xarakterik böyük ölçülü kərpiclərin istifadəsi, 4 km uzunluğa malik sahil səddləri, üç monumental tağlı körpüsü və müxtəlif dini ayinlərin izləndiyi qədim nekropollarının olması onu deməyə əsas verir ki, 1139-cu ildə baş verən güclü zəlzələ və 1235-ci ildə monqollar tərəfindən dağıdılmasından sonra Qədim Gəncə ərazisi tərk edilməmişdir.
XIII əsrdə Gəncədə yaşamış və 1241-ci ildə “Tarix” əsərini yazmağa başlamış Kirakos Qandzaketsi 1235-ci ildə monqolların şəhəri ələ keçirərək dağıtmalarını təsvir edərkən yazır: “Beləcə, dörd il ərzində şəhər insanlarsız qaldı, bundan sonra onun yenidən inşa edilməsi əmri verildi, tədricən toplanmış insanlar şəhər divarları istisna olmaqla onun tikilməsinə başladılar.”
Tarixi mənbələrdə verilən bu məlumatlar və arxeoloji tədqiqatların nəticələri göstərir ki, XVII əsrin əvvəllərinə kimi Gəncə şəhəri qədim dövrlərdən mövcud olduğu ərazidə yerləşmiş, yalnız XVII əsrdə hal-hazırda mövcud olduğu sahəyə köçürülmüşdür. V. Bartold və A. Bakıxanovun məlumatları da bu məlumatları təsdiq edir. Gəncə şəhərinin köçürülməsindən bəhs edən A. Bakıxanov yazır:
Yerləşməsi
Qədim Gəncə qalası Gəncə şəhərindən şimal şərqdə, şəhər mərkəzindən 5 km aralıda yerləşir. Gəncə və Zazalı dəmir yolu stansiyaları arasından keçən Gəncəçay, qala ərazisini və qala divarlarını iki hissəyə bölür. Şəhər-qalanın ərazisi üç qatlı qala divarları ilə əhatələnmişdir. Qala divarları və onların qalıqları 250 hektara yaxın ərazini tutur, şəhər yerinin ümumi sahəsi isə 9–10 km2-ə bərabərdir.
Şəhər-qalanın xarabalıqları yerləşən ərazi cənubdab Xaraba yeri, Dinaraç, Narlı qoruq, Çilləxana və Əsa yeri, qərbdən İrəvanlı yeri, şimaldan Tap-Qışlaq, Tatlı və Zazalı kəndləri, Şərqdən isə Mirzik kəndi ilə əhatələnmişdir. Gəncəçayın sağ sahilində, dəmir yolu xəttindən şimalda qədim İmamzadə qəbirsanlığı və İmamzadə türbəsi yerləşir. Gəncəçayın sağ sahilində, dəmir yolu xəttindən təxminən 1 km aralıda, İmamzadə türbəsindən fərqli olaraq qala divarları xaricində inşa edilmiş Comərd Qəssab türbəsi yerləşir.
Qala divarları halqasından 3 km aralıda daha bir qədim qəbirsanlıq yerləşir. XII əsr şairi Nizami Gəncəvinin həmin qəbirsanlıq ərazisində yerləşən məzarı üzərində sonradan böyük məqbərə inşa edilmişdir.
Təsviri
Qala-şəhərin solsahil hissəsi daşlarla üzlənmiş qala divarları və dərin xəndəklərlə əhatə olunmuşdur. Ehtimal ki, xəndək daha bir qala divarı ilə əhatə olunmuş, yəni iki qala divarının arasında yerləşmişdir. Qala divarları ilə əhatə olunmuş ərazi düzgün olmayan dördbucaqlı formasına və 600x750 m ölçüyə malikdir. Daxili qala divarları çaydaşı və əhəng məhlulu qarışığından inşa edilmişdir. Qala divarları arasındakı dərin xəndək Gəncəçayından gələn su ilə doldurulurdu. Divarlar bir-birindən aralıda yerləşən bastionlarla möhkəmləndirilmişdir.
Qala divarlarının cənub-şərq tərəfində yarımdairəvi künc qülləsinin qalıqları yaxşı saxlanmışdır. Qüllə də qala divarları kimi çaydaşı və əhəng məhlulundan inşa edilmişdir. Burda xəndək qülləni keçərək şimala – çay istiqamətinə doğru irəliləyir. Qalanıın bu hissəsinin daxili həcmi şəhər tikililərinin qalıqlarından formalaşmış təpə formasına malikdir. Təpənin səthi çaydaşıları, bişmiş kərpic qalıqları, həmçinin şirli və şirsiz saxsı qab qırıqları ilə örtülmüşdür. Şəhər yerindən kənarda yerləşən və sahil boyunca uzanan müdafiə divarları yaxşı saxlanmışdır. Bu divar çay axınının əksinə bir kilometrdən çox məsafədə uzanır. Dövrümüzə çatmış sahil divarı bir metrdən çox enə malik olmaqla, gəc və gil qarışığından istifadə ilə inşa edilmişdir. Bəzi yerlərdə divarın hündürlüyü 3 metrə yaxındır. Hörgü zamanı çaydaşlarından istifadə edilmiş və inşaat “şam ağacı” formasında aparılmışdır. Bu divarın hörgüsündə kərpicə nadir hallarda rast gəlinir.
Çayın aşağı axarında, qala divarlarından kənarda sahil müdafiə divarı davam etdirilmir və onun olmasını isbat edəcək qalıqlar dövrümüzə çatmamışdır. Buna görə də tədqiqatçılar belə qərara gəlmişlər ki, Qədim Gəncə qalasının solsahil hissəsində əsas tikililər cənub və cənub-qərb hissədə - hazırda Xaraba yeri adlanan ərazidə yerləşirdi.
Qalanın sağsahil hissəsi solsahil hissəsindən bir neçə dəfə böyükdür. Şəhər yerinin bu tərəfi hər tərəfdən demək olar ki paralal gedən iki qatlı qala divarları ilə əhatə edilmişdir. Yalnız cənub-qərb tərəfdən qala divarları bir qatlıdır. Qala divarları arasındakı məsafə 100-200 metr arasında dəyişir.
Birinci qala divarları ilə əhatə olunmuş ərazi 600x420 metr ərazi və düzgün olmayan düzbucaqlı formasına malikdir. Qala divarları bir-birinin yaxınlığında yerləşən yarımdairəvi bürclərlə möhkəmləndirilib.
İkinci qala divarları daha geniş ərazini əhatə edir. Bu divarların əhatə etdiyi ərazi də düzbucaqlı formasına malikdir. Həmin ərazi 860x860 metr ölçüyə malikdir. Şərq divarının şimal qurtaracağı bu böyük meydanı əhatə edərək qərbə doğru burulur və İmamzadə türbəsinin divarları yaxınlığında yoxa çıxır. İki qala divarı arasındakı ərazinin bu hissəsini İmamzadə türbəsi və sonradan salınmış İmamzadə qəbirsanlığı tutur. Qərb divarı sahil divarı ilə üst-üstə düşür və beləliklə sahil kənarı möhkəmləndirmə səddi həm də qala divarlarının bir hissəsi kimi istifadə olunur. Cənub-qərb tərəfdən bu hissə daxili halqanın divarları ilə əhatələnmişdir. Onun qərb qurtaracağı şəhər sitadelinin ərazisindən çıxaraq sahil yaxınlığında şimala dönür və bir qədər irəliləyərək sahil divarı ilə birləşir. 320px|thumb|left|İkinci qala divarında tədqiq edilmi dairəvi qüllənin qalıqları Bu divarlardan başqa, Qədim Gəncə qalasının şərq hissəsinin divarları da çox dağılmış vəziyyətdə olsa da dövrümüzə çatmışdır. İkinci şəhər divarından bir qədər şərqdə yerləşən bu divar dəmir yolunun cənubundan baxdıqda yaxşı görünür. İkinci qala divarı ilə üçüncü divar arasında təxminən 150 metr məsafə vardır. Üçüncü qat qala divarı dəmir yolu yaxınlığında kəsilir və xəttin digər tərəfində bir neçə addım sonra yenidən görünərək şimal-qərb istiqaməti boyunca xeyli uzanır. Daha sonra iki təpə yaxınlığından keçərək ikinci qat qala divarına doğru yaxınlaşır. Daha sonra həmin divar düz xətt boyunca 300 metrdən artıq şimala doğru irəliləyərək bir qədər qərbə, daha sonra şimala doğru burularaq qərbə dönür və İmamzadə türbəsini əhatə edən divarlara çatır. Qala-şəhərin bu hissəsində bir-birinə qarışmış çoxlu sayda divar qalıqları görünməkdədir. Həmin divarlar müxtəlif ölçü və səviyyədə olan meydanlar əmələ gətirirlər.
Qədim Gəncə qalasının birinci və ikinci divarlarından dövrümüzə yalnız xarabalıqlar çatmış, bəzi yerlərdə bastion və qüllələrin qalıqları görünməkdədir. Qala divarlarının ən yaxşı saxlandığı hissələr şəhər-qalanın qərb, cənub və qismən şərq hissəsində yerləşir. Qala divarlarının yer üstündə olan hissəsindən görünür ki, divarlar çaydaşı və əhəng məhlulundan istifadə edilməklə hörülmüşdür. Divarların bəzi yerlərində nadir hallarda bişmiş kərpic hörgülərinə də rast gəlinir. Xüsusilə sağ sahil qalasının birinci (daxili) qala divarının qərb tərəfindəki künc qülləsinin divarında yaxşı kərpic hörgüsünü müşahidə etmək mümkündür.
Qala divarlarının inşasında kərpic və çaydaşı ilə yanaşı 75x75x40 sm ölüçyə malik tuf daşlarından da istifadə olunmuşdur. Divarda onlar bloklar şəklində tətbiq edilməklə kərpic yuvararın içində yerləşdirilmişdir. Tuf daşı ətrafındakı kərpiclər yanlardan vertikal, üst və altdan isə horizontal şəkildə hörülmüşdür. Qala divarlarının qalıqlarına əsasən müəyyən edilmişdir ki, bu cür daş-kərpic hörgüsü bütün divar boyunca sıralanmış və bir növ naxış xarakteri daşımışdır. Qalanın inşası zamanı istifadə edilmiş tuf daşı Hacıkənd qəsəbəsi ərazisindəki daş karxanasından gətirilmişdir. XVII əsrdə həmin karxandan gətirilmiş tuf daşlarından Gəncə şəhərindəki Müqəddəs İohann kilsəsinin, XIX əsrdə isə isə Göygöl şəhərindəki Müqəddəs İohann kilsəsinin inşasında istifadə olunmuşdur.