Solmaz Cəbrayıl qızı Qurbanova () — Azərbaycan Gənc Tamaşaçılar Teatrının aktrisası, Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti (1991). "M. Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının işçilərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 22 may 1991-ci il tarixli, 219 nömrəli Fərmanı

Həyatı Solmaz Qurbanova 1939-cu ildə Bakıda anadan olub. Sənətə 1955-ci ildən Azərbaycan Gənc Tamaşaçılar Teatrından fəaliyyətə başlayıb. Yeniyetmə oğlan rollarında çıxış etmiş S. Qurbanova teatrın səhnəsində əvəzolunmaz ifası ilə yaddaqalan obrazlar yaradıb.

Səhnə fəaliyyətinə Azərb. Gənc Tamaşaçılar Teatrında başlamış, yeniyetmə oğlan rollarında çıxış etmişdir: Onun Qavroş (V. Hüqonun "Səfillər" romanı əsasında), Antonio ("Puerto Sorido alovları", M. Minçkovski), Rəcəb ("Anacan", Y. Əzimzadə), Petya ("İnqilab naminə", M. Şatrov), Kamal ("Sehrli yaylıq", K. Həsənov), Cülyetta, Culiya ("Romeo və Cülyetta", "İki veronalı", U. Şekspir), kraliça ("İki ağanın bir nökəri", K. Qoldoni), Cemma ("Ovod", E. Voyniç), Flavio ("Sükut divarı", P. Missini), Yaqut ("Məlikməmməd", Ə. Abbasov), Paşa xala ("Unutmayın", Y. Əzimzadə), Dilarə ("Ötən ilin son gecəsi", Anar), Şəcərət ("Əlvida, Hindistan", Q. Rəsulov), Afərid ("Söhrab və Rüstəm", İ. Coşğun), Bibi ("Bala bəla sözündəndir" Əli Əmirli), Qəmər banu ("Mahmud və Məryəm", Elçin) və s. rolları bu gün yaddaşlardadır.

Solmaz Qurbanova 4 iyun 2013-cü ildə Bakıda vəfat edib.

İstinadlar

Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:Azərbaycan teatr aktrisaları