Nikolas Gelaşvili (; 5.8.1985, Telavi, Gürcüstan SSR, SSRİ) — gürcüstanlı hücumçu. Gürcüstan millisinin oyunçusudur.
Karyerası
Nikolas Gelaşvili karyerasına Gürcüstanın VİT Corciya klubunda başlayıb (2003-2004, 6 oyun). Daha sonra Kaxetidə (2004-2005, 28 oyun, 8 qol) çıxış edən Gelaşvili 2005-ci ildə VİT Corciyaya dönüb (2005-2007, 51 oyun, 25 qol). 2008-2012-ci illərdə Zestafoninin əsas (105 oyun, 63 qol) və əvəzedici komandasında (3 oyun, 1 qol) çıxış edən forvard 2012-ci ildə Almaniyanın Bohum klubuna keçib və II Bundesliqada 25 oyunda 2 qola imza atıb. O, bundan başqa Bohumun ikinci komandasının heyətində Regional Liqada 2 oyuna çıxıb. 2013-cü ildə Qarabağ klubu ilə 2 illik müqavilə imzalayıb.
2007-ci ildə Qətərlə oyunda Gürcüstan milli komandasında debüt edib.Bohum’un hücumçusu Qarabağ’da
Uğurları Klub
Qarabağ Azərbaycan Premyer Liqası Qızıl (1): 2013-14
Şəxsi
İstinadlar
Xarici keçidlər Nikolas Gelaşvili - fussballdaten.de Nikolas Gelaşvili - National Football Teams
Həmçinin bax
Kateqoriya:Gürcüstan futbolçuları Kateqoriya:Gürcüstan milli futbol komandasının oyunçuları Kateqoriya:Gürcüstanın kişi futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Albaniya Superliqası futbolçuları Kateqoriya:2. Bundesliqa futbolçuları Kateqoriya:Kipr Birinci Diviziyası futbolçuları Kateqoriya:Dinamo Tbilisi FK futbolçuları Kateqoriya:Azərbaycanda legioner Gürcüstan idmançıları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Kiprdəki əcnəbi kişi futbolçular