Aslanov Mirabbas Seyidağa oğlu (d.1923 — ö.2007) — filoloq, jurnalist, pedaqoji elmlər namizədi (1962), Beynəlxalq Padaqoji Akademiyanın həqiqi üzvü (1999).
Həyatı Mirabbas Aslanov 1923-cü ildə Bakının Məhəmmədi kəndində Seyidağa və Bikəxanımın ailəsində dünyaya göz açmışdır. 1941-ci ildə Böyük Vətən müharibəsinə yollanmış və baş leytenant kimi Almaniyaya qarşı müharibədə 3 nömrəli tank qvardiyasında vuruşmuşdur. Müharibədəki rəşadətinə görə Birinci Dərəcəli Vətən müharibəsi Ordeni ilə mükafatlandırılmışdır.
Fəaliyyəti Uzun müddət Hacıbəyovun həyatının və jurnalistlik fəaliyyətinin tədqiqi ilə məşğul olmuşdur. Bu haqda bir sıra məqalələr, 2 monoqrafiya "Ü. Hacıbəyov (Gənclik illəri)", (1977) və "Üzeyir Hacıbəyov — jurnalist", 1985], "Üzeyir Hacıbəyov gündəlik yazmış olsaydı" elmi-kütləvi kitabını (1994) yazmışdır. Hacıbəyovun müxtəlif dövrlərdə yazdığı felyetonları toplayaraq "Ordan-burdan" başlığı ilə çap etdirmiş (1981), bircildlik "Seçilmiş əsərləri"nin (1985) tərtibçisi olmuşdur. "Üzeyir Hacıbəyov" biblioqrafiyasının (1976, 1985) müəlliflərindəndir. C. Məmmədquluzadənin pedaqoji fəaliyyəti, *Molla Nəsrəddin" jurnalında xalq maarifi, təhsil, təlim və tərbiyə məsələlərinə dair məqalələr dərc etdirmişdir.
Ailəsi Mirabbas Aslanov Sona xanımla ailə həyatı qurmuş və bu evlilikdən onların 3 övladı dünyaya gəlmişdir: Aydın, Kəmalə, Gündüz.
İstinadlar
Mənbə Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı: 2008, səh.51.
Kateqoriya:Azərbaycan alimləri