Sony Xperia Z1 — Sony şirkətinin Android əməliyyat sistemli smartfonu.
Sony Xperia Z1 smartfonu "X-Reality" təsvir emalı alqoritminə malik 5 düymlük "Triluminos" ekranı ilə təchiz edilib. Ekranın təsvir ölçüsü 1920x1080 nöqtə təşkil edir. Qurğu 2.2 QHs takt tezlikli dörd nüvəli "Qualcomm Snapdragon 800 MSM8974" prosessoru və "Adreno 330" qrafik nüvəsi ilə təchiz edilib. Əməli yaddaşın həcmi 2 QB, fləş-yaddaşın həcmi 16 QB təşkil edir. Daxili yaddaşın həcmini "microSD" formatlı yaddaş kartlarının köməkliyi ilə artırmaq olar. Aparatın ön panelində quraşdırılmış 2,2 meqapiksel təsvir ölçülü kamera "Full HD" formatında video çəkə bilir. Akkumulyatorın tutumu 3000 milliamper/saata malikdir. Qurğunun ölçüləri 144x74x8,5 mm, çəkisi 170 qr təşkil edir. Aparata "Android 4.2 Jelly Bean" əməliyyat sistemi quraşdırılıb.
İstinadlar
Xarici keçidlər
Rəsmi səhifə
Kateqoriya:2013-cü ildə yarananlar Kateqoriya:Smartfonlar Kateqoriya:2013-cü ildə təqdim edilən mobil telefonlar Kateqoriya:Sony smartfonları Kateqoriya:Android cihazları