Bob Norman Ross (d. 29 oktyabr 1942, Daytona Sahili, Florida, ABŞ - ö. 4 iyul 1995, Orlando, Florida, ABŞ) — ABŞ rəssam və televiziyaçısı.

Həyat Bob Ross, yarım saat ərzində təbiət rəsmlərinin yaradıldığı uzun illər davam edən "Şəkil Sevinci" proqramıyla tanınmışdır. Orijinal adı "The Joy of Painting" olan proqram çox populyar olmuşdur.

Rəssam tutulduğu limfa bezi xərçəngi səbəbiylə 1995-ci ildə həyatını itirmişdir.

Hazırladığı televiziya proqramları hələ də bir çox ölkənin TV kanallarında yayımlanmaqdadır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ rəssamları Kateqoriya:Floridada doğulanlar Kateqoriya:Floridada vəfat edənlər Kateqoriya:Limfomadan ölənlər Kateqoriya:XX əsr ABŞ rəssamları