Səmayə Əliyeva () — Sosialist Əməyi Qəhrəmanı (1966); Azərbaycan prezidentinin fərdi təqaüdçüsü (2002-ci ildən).
Həyatı Səmayə Dadaş qızı Əliyeva 1937-ci ildə Lənkəranın Tütəpeştə kəndində anadan olmuşdur.
Kənd məktəbini bitirdikdən sonra sıravi kolxozçu kimi əmək fəaliyyətinə başlamışdır. Lənkəran Kənd Təsərrüfatı Texnikumunda təhsil almışdır. Rayondakı Dövlət Maşın Sınaq Stansiyasında manqa başçısı, briqadir və sahə aqronomu vəzifələrində çalışmışdır.
1966-cı ildə çaybecərmə sahəsində göstərdiyi yüksək nəticələrə görə ona Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilib. Bir neçə çağırış SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Dəfələrlə ÜLKGİ və Azərbaycan Kommunist Partiyası qurultaylarının nümayəndəsi, Azərbaycan KP MK-nın üzvü olub.
Səmayə Əliyeva 2002-ci ildən Azərbaycan prezidentinin fərdi təqaüdçüsü idi.
2013-cü ilin sentyabr r ayında Lənkəranda vəfat etmişdirAzərbaycanda əmək qəhrəmanı vəfat etdi .
İstinadlar
Kateqoriya:Azərbaycan talışları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri