Aqil Eldar oğlu Nəbiyev () — azərbaycanlı keçmiş futbolçu və məşqçi. "Şüvəlan" klubunun məşqçisidir.

Həyatı Aqil Nəbiyev Tovuzda anadan olub. Uşaq yaşlarından doğma rayonda futbolla məşğul olmağa başlayıb. İlk məşqçisi Rəşid Alıyev olub. Daha sonra Nəriman Qasımovun rəhbərliyi altında futbolun sirlərinə yiyələnməyə başlayıb.

Aqil Nəbiyev Gəncə Texnologiya Universitetini bitirib. Bədən Tərbiyyəsi və İdman Akademiyasında ikinci təhsil alır. Ailəlidir, 3 övladı var. İkisi oğlan, biri qızdır.

Karyerası 18 yaşında ikən Xanoğlan Abbasovun rəhbərlik etdiyi Turanın əsas komandasına cəlb edilib. 2003-cü ildə icarə əsasında Neftçiyə keçib. Kazbek Tuayevin rəhbərliyi altında 6 ay çıxış edib və yenidən Turana qayıdıb. 2007-ci ildə Olimpikə transfer olunub. 2013-cü il yanvardan avqusta qədər Bakının şərəfini qoruyub. 2013-cü ildə Rəvan Bakı klubuna transfer olunub. Azərbaycan milli futbol komandasının heyətində 8 oyun keçirib. Milli formada son oyunu 16 oktyabr 2012-ci il tarixdə Rusiya ilə qarşılaşmaya (0:1) təsadüf edir.

İstinadlar

Xarici keçidlər Aqil Nəbiyev - National Football Teams

Həmçinin bax

Kateqoriya:Futbol müdafiəçiləri Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Rəvan Bakı FK futbolçuları Kateqoriya:Bakı FK futbolçuları Kateqoriya:AZAL Bakı PFK futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Turan Tovuz PFK futbolçuları Kateqoriya:Araz-Naxçıvan PFK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Azərbaycan futbol məşqçiləri